«Demə ki, yuxu görürəm». -Bu cümləni üç dəfə təkrar etdi. (İşarə olunurdu ki, e`tinasızlıq etmə.)
Ayılan kimi necə ki, yuxuda əmr olunmuşdu o cür də nəzr etdim. Bu vaxta qədər belə yuxu görməməyimlə bərabər heç nəzr etməyin və onun tə`sirindən də xəbərim yox idi. Çünki bu hadisədən az bir vaxt sonra bütün narahatçılığım aradan getdi.
Təsadüfən həmin günlərdə o il məhərrəm ayında imam Hüseyn (əleyhissalam) məclisində istifadə etməkdən ötrü Tikdər kəndində az qoyun var idi. Etdiyim nəzirə əsasən, xahiş etdim ki, nəzr etdiyim nişanədə qoyun tapsınlar. Əgər qırmızı tüklü olsa daha yaxşı olardı. Maraqlıdır ki, yuxumda gördüyüm həmin rəngdə qoyunu mənim üçün aldılar. 35 tümənə həmin qoyunu alıb həzrət Əbulfəzl Abbas (əleyhissalam)-ın niyyəti ilə qurban kəsdim. Doğrudur ki, nəzr etmək əmri yalnız o illə bağlı idi, amma həzrət Fatimeyi Mə`sumənin (s.ə) və Əbülfəzl Abbas (əleyhissalam) bərəkətindən hər il Babul-həvaic» adına «rövzə» məclisi qurur, 40 ilə yaxındır ki, onların hörmətini saxlayıram. Bununla da Allah dərgahında onlara yaxın olmağa çalışıram.
Dostları ilə paylaş: |