YÜZ DÖRDÜNCÜ KƏRAMƏT «HƏZRƏT ƏBUL FƏZLİN(Ə) KƏRAMƏTİNDƏN DÜKANA HEÇ BİR ZƏRƏR DƏYMİR.»
Tehrandan «Ənsarul Əbbas» hey`ətinin başçısı Hacı Hüseyn yazır:
Hacı Həsən, bizim hey`ətin həzrət Əbul Fəzl Abbas (əleyhissalam) adına ələmini saxlayır. Bazarda bir dükanı var. Bir müddət əvvəl bazarda yanğın olur. Belə ki, bazarda onun ətrafında olan dükanların hamısı yanır. Amma onun dükanına heç bir şey olmur. Səhəri hamı bazarda bu mənzərəni təəccüblə müşahidə edir. Bundan başqa bütün dükanlar yanmışdı. Həzrətin kəramətindən dükan amanda qalmışdı.
Dostları ilə paylaş: |