ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə137/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   133   134   135   136   137   138   139   140   ...   175

YÜZ ON İKİNCİ KƏRAMƏT

«GÖRDÜM İKİ ƏLİ KƏSİKDİ.»


Höccətul-islam Hacı seyyid Abbas Mircə`fər yazır:

1983-cü ildə Məkkədən qayıtdıqdan sonra böyrəklərimdə ağrı hiss etdim. Bir neçə gün Tehranın Şəhriyar adlı xəstəxanasında yatdım. Amma bir nəticə hasil olmadı. Ordan Tehranın «Cihad» xiyabanındakı «Səccad (əleyhissalam)» adına xəstəxanaya köçürdülər. Mütəxəssis həkim nəzarətində böyrəklərimdə cərrahiyyə əməli olundu. Əməliyyatdan 19 gün sonra xəstəxanada yatmalı oldum. Sonra xəstəxanadan çıxıb müqəddəs Qum şəhərinə Həzrət Mə`sumə (s.ə) ziyarətinə gəldim.

Quma gəldikdən sonra sağ böyrəyimdən ağrı tutdu. Yenə Tehrandakı «Səccad (əleyhissalam)» xəstəxanasına müraciət etdim. Həkim müayinə etdikdən sonra dedi: Kor bağırsaqdır. Partlamaq üzrədir. Tezliklə əməl otağına apardılar və cərrahiyyə əməli etdilər. 18 gün də bu vaxt qaldım. Elə bu hadisədən sonra təzə bir xəstəlik tapdım. Həkimlər müayinədən sonra qəti qərara gəldilər ki, hər iki xayalıq götürülməlidir. Yanımda qardaşım və zövcəm həkimə e`tiraz etdilər ki, bu kişi 40 gündür ki, cərrahiyyə halında yatır. Daha dözə bilməz. Həkim cavab verdi ki, mən Amerikada beş belə cərrahiyyə əməli etmişəm, onlardan ikisi sağalıb. O, cavan olduğuna görə söz verirəm ki. 80% həyatını davam etdirəcək. Həmin gecə tibb bacıları və həkimlər məni cərrahiyyə əməlinə hazırlaşdırırdılar. Xəstəxananın taxtında yatıb vəziyyətimin necə olacağını düşünürdüm. Bu arada mən on iki imama, uşaqlar və həyat yoldaşım isə Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdik. Təvəssül duasına başlamışdım. İmam Rza (əleyhissalam)-a çatanda heç bir şey başa düşməyib yuxuya getdim. Gecə saat on birin yarısı idi. Yuxuda gördüm ki, başımın üstündə bir əl qərar tutub. Dedim: Ağa belə niyə edirsiniz? O, cavabında dedi:

Nə olub bu qədər səs-küy salmısınız?

Dedim: Ağa! 38 gündür ki, xəstəxanada yatıram. İndi ikinci dəfə cərrahiyyə əməli etmək istəyirlər! Həmin halda yuxuda gözlərimi açdım. O, buyurdu: «Bir şey olmaz!»

Mən soruşdum: Siz kimsiniz? Cavab verdi ki: «Məni tanımırsınız?»

Həzrətə baxanda gördüm ki, iki əli də kəsikdir. Ona tərəf əl uzadıb qucaqlamaq istədim:

«Ağa qurbanın olum!» Tanıdım ki, Həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam).

Mən çox insanlar görmüşəm, amma bu gözəllikdə görməmişdim. Qara saqqalı, cazibəli və nurani sifəti vardı. Başında da yaşıl əmmaməsi.

Yuxudan ayıldım və əlimi yavaşcadan ağrıyan yerə qoydum. Ağrı-acıdan əsər-əlamət yox idi. Ağlamağa başladım. Zövcəm ayılıb soruşdu:

Nə olub? Sən iki cərrahiyyə əməliyyatından çıxmısan. Narahat olma, yenə də yaxşı olar.

Dedim: Yox ay xanım! Həqiqi həkim gəlib şəfamı verib!

Sübh tibb bacıları gəlib cərrahiyyə işini hazırlamağa başladılar. Mən onlara dedim:

Siz zəhmət çəkməyin! Həqiqi həkim gəlib mənə şəfa verdi!

Saat sübh 9-da həkim gəldi. Ərz etdim: Həkim qardaş! Əsl həkim şəfamı verib. Həkim məni bir daha müayinə edib dedi: Siz azadsınız! Çıxıb gedə bilərsiniz.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin