ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə154/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   150   151   152   153   154   155   156   157   ...   175

YÜZ OTUZ İKİNCİ KƏRAMƏT

«MƏNİ ŞİƏLƏRİN ƏBUL FƏZL ABBASA TUTDUQLARI ƏZA MƏCLİSİNƏ APARIN!»


Höccətul-islam vəl-müslimin Oman ölkəsindən olan Şeyx Səid Səidi üç kəramət yazır:

1. Qadınlardan birinin bütün uşaqları, qohum-əqrabası və əri sünni idilər. Bu xanım şil xəstəliyinə tutulmuşdur. Əri sağalmasından ötrü çox xərc çəkmişdi, amma onun şəfa tapmasından mə`yus olub onu uşaqları ilə birlikdə atası evinə göndərmişdi. Ola bilsin onu boşayıb təzə arvad almaq fikrindəymiş. Xanım pərişan halda bacılarına deyir:

Sabah Məhərrəmin yeddinci günü və şiələrin yanında həzrə Əbul Fəzl Abbas (əleyhissalam) günüdür, ora gedin. Xahiş edirəm məni də şiələrin «Abbas» matəmi məclisinə aparın. «Abbas ələminə» bağlayın, bəlkə onun əli ilə şəfa tapam.

Səhəri gün bacıları xanımın qoltuğuna girib ayaqları yerlə sürünə-sürünə onu Əbul Fəzl Abbas (əleyhissalam) məclisinin qadınlar olan qismətinə gətirdilər. Həzrətin adına olan «Ələmin» yanında otuzdurdular. Bu vaxt sübh mərasimi qurtarmışdı. Hər halda sinə vurmaqlıq mərasimi başladı. Qadınların mərasiminin məs`ulu ona yaxınlaşıb dedi:

Qalx! Əzadarlıqda sən də iştirak et!

Xəstə qadın cavab verdi:

Sən ki, bilirsən mən şiləm, qalxmağa qüdrətim yoxdur.

Buyurdu: Heç narahat olma «Ya Əbul Fəzl Abbs!» deyib yerindən qalx! Xəstə qadın uca səslə və xalis niyyətlə:

«Ya Əbul Fəzl Abbas!» deyəndə, birdən yerindən qalxdı.

O vaxt qadın özü ayaqlarına əlini vurub hiss edir ki, şillikdən qıçlarında əsər-əlamət yoxdur. Ona görə də ixtiyarsız halda baş-gözünə vurub, fəryad çəkib əzadarlıq etməyə başlayır. Kişilər bu səsi eşidib pərdənin dalında onlar da əzadarlığa başlayırlar. Məclis xüsusi şur və həyəcanla davam edir.

Onu da qeyd edək ki, bu xanım Məhərrəmin yeddisindən Səfər ayının axırına qədər bütün əzadarlıq məclisində iştirak eməkdən əlavə orada köməklik də göstərimşdir. Əri də qadının şəfa tapmasını eşidib onu evinə qaytarır və öz müştərək həyatlarına təzədən başlayırlar.

Xatırladaq ki, bu qadının qardaşı vəhhabi olub şiələrin belə məclislərini bid`ət və xurafat kimi qələmə verirdi. Belə məclislərə qarşı mübarizə aparanlardan idi. Amma bacısının həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) əli ilə şəfaət tapmasını qəbul edib müqabilində təslim olmuşdur!



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin