ON İKİNCİ KƏRAMƏT «HAMINI YUXUDAN AYILTDI»
Cənab höccətül-islam vəl-müslümin Şeyx Ruhullah Qasimpur «Babil» şəhərindən iki kəramət yazıb göndərmişdir:
1. 1371-ci şəmsi ilində Babil şəhərinin kəndlərindən birində Məhərrəm ayının on gününü təbliğ edirdim. Məhərrəmin yeddinci gecəsində kəndin ağsaqqallarından biri mənə belə əhvalat nəql etdi:
Mənim kürəkənim keçən ilə qədər müharibə yaralılarından biri idi. Bədəninin mühüm yerlərində qəlpə qalmışdı. Həkimə müraciət etdikdə dedi ki, cərrahiyyə əməliyyatı aparmaq mümkün deyil, amma bədənində qalsa təhlükəlidir. Hər halda istər cərrahi əməli olsun, istərsə də olmasın, təhlükəlidir.
Məhərrəmin yeddinci gecəsi idi. Bütün ailəmizlə narahat idik. Kürəkənimin vəziyyəti çox pərişan idi. Nəhayət, həzrət Əbül Fəzl Abbası (əleyhissalam)-ı köməyə çağırdıq. Yeddinci gecənin yarısında yerindən qalxdı və hamını yuxudan oyatdı. O vaxt ağlaya-ağlaya belə dedi: Həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) bərəkətindən qəlpə özü bədənimdən düşdü.
Dostları ilə paylaş: |