ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə39/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   35   36   37   38   39   40   41   42   ...   175

İYİRMİNCİ KƏRAMƏT

«BƏLİ, BİZDƏN BAŞQA DA BAŞQA HƏKİMLƏR VAR!»


Höccətül-islam hacı şeyx Məhəmməd Müiyn Ğurab yazır:

«Təxminən qırx il bundan əvvəl subay vaxtımda cümə gecələrindən birində piyada Nəcəfdən Kərbəlaya getdim. «Kumeyl» duasını Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) hərəmində oxudum. Duanın ortasında məni yuxu tutdu. Bir neçə dəqiqədən sonra səs-küyə və şivən səsinə yuxudan ayıldım. Gördüm dəli bir ərəb qızını Həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak zirehinə bağlayıblar. O da dəli olduğundan camaata cəsarət edirdi. Ata-anası və qouhm-əqrabası onun ətrafını tutmuşdular. Bu divanə qızın şəfa tapmasından ötrü qəməri bəni Haşim Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) dua edirdilər.

Həmən yerdə bir nəfər iranlı özünü pisixatriya həkimi kimi tanıtdırdı. Buyurdu: Deyin o qızı hərəmin eyvanına gətirsinlər, mən orda olacağam. Bu xəstəni müalicə edəcəyəm.»

Mən iranlı həkimin dediyini qızın atasına dedim: Qızın atası ərəbcə belə dedi: «Lə`nət o ataya ki, Həzrət Əbul-Fəzl Abbasa (əleyhissalam) e`tiqadı olmasın.» Doğrusu bu sözdən çox xəcalət çəkdim. Gedib yerimdə oturdum və oxuduğum duanın davamına başladım. Yenidən dua oxuyan halda yuxuya getdim. Yenə təzədən səs-küyə yuxudan ayıldım. Divanə qızın ətrafını tutmuşdular. Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) kəramətini göstərmişdir. Ona şəfa vermişdi. Əhali tökülüb qızın paltarına əl sürtürdülər. O, özünü qorumaqdan ötrü atasının libasına bürünmüşdü.



O halda iranlı həkimin iki əli ilə başına vurub ağladığını gördüm. Bizdən başqa da həkimlər varmış!-dəyə peşiman olmuşdu.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin