QIRX SƏKKİZİNCİ KƏRAMƏT «YA ƏBUL-FƏZL ABBAS(Ə), O KƏSİLMİŞ UZUN QOLLARINI!....»
Höccətül-islam vəl-müslimin Hacı şeyx Əhməd Xudayi Zəncani yazır:
(İslam inqilabından əvvəlki illərin birində) Yayın isti və uzun günlərindən biri idi. Bir neçə nəfər jandarm kəndimizin kəndxudası olan rus mühacirin evinə tərəf getdilər. Əhalinin gözü jandarmalara düşən kimi şivən-nalə hər tərəfdən qalxdı. Xüsusilə, əsgərlik yaşına düşən kiçik yaşlı uşaqları olanlar çox narahat olurlar. Bilirdilər ki, bunlar fəqir və əliboş camaatın cibini əsgərlik bəhanəsi ilə soymağa gəliblər.
Çox keçəmdi kəndin carçısı qalın və qorxulu səsi ilə vəziyyəti əhalinin nəzərinə çatdırır: «Nə qədər bacarırsızsa cavan uşaqlarınızı əsgərlik üçün göndərin gəlsin.» Sonra əlavə edir: «Əgər qaçan və gizlənən olsa belə və belə edəcəyik». O biri tərəfdən kəndxudanın dəllalları işə başladılar. Tanıdıqları və münasib adamları görüb hər birindən uşaqlarının əsgərlikdən müəyyən müddət qalmaq və yaxud bağışlanmaq üçün müəyyən məbləğ pul və qoyun almağa başlayırlar.
Mənim qardaşlarımdan birinin əsgərlik yaşı keçmişdi, indi də əsgər getməli idi. Mərhum atam rüşvət əhli deyildi. Həmin gecənin sabahı əsgərlər Təbrizin Bəsməng düşərgəsinə getməli idilər. Atam, qardaşıma belə dedi: Oğlum! Mən nə rüşvət əhliyəm, nə də ki, bu qədər pulum var. Get! Allah amanında! Ya e`zam olarsan, ya da qayıdarsan.
Sübh tezdən qardaşım ailəmizin ağlaşma səsi müşayəti ilə, xüsusilə anamın və başqa qohumlarımızın narahatçılıqları içində əsgərlərin bölməsinə yola düşdü. Yaxşı yadımda deyil. Həmin günün axşam çağısı, yaxud sabahısı, e`zam olmayanlar Bəsmənc məntəqəsindən kəndə qayıtdılar. Qardaşım onların arasında yox idi. Mə`lum idi ki, e`zam olunmuşdu. Şam namazının vaxtı yetişmişdi. Anam başa düşür ki, oğulunu əsgərliyə ötürüblər. Bu xəbəri eşitcək anamın nə etdiyi yadımda deyil. Lakin bu səhnəni heç vaxt unutmaram.
Namazdan sonra anam qibləyə oturduğu yerdə namaz çadrasının ətəyindən tutan halda qiblə tərəfə əl uzadıb xalis niyyətlə dedi:
«Ya Əbul-Fəzl Abbas! O qələm olmuş uzun qollarını uzat mənim balamı qaytar!»
Bu sözü dedikdən sonra ağlamağa başladı. O bu cümləni bir neçə dəfə təkrar etdi və dedi: «Ya Əbul-Fəzl Abbas! Mən uşağımı səndən istəyirəm.» Üç gün keçmişdi. Bu üç gündə anamın işi-gücü ancaq ağlamaq idi. Həmişə öz-özünə bu cümləni təkrar edirdi. Bəlkə də həzrət Əbul-Fəzl Abbas(əleyhissalam) üçün nəzir etmişdi.
Üç gündən sonra gecə yarı gözümüz önündə qardaşım içəri girdi. Anam sevincindən ağlamağa başladı. Dedi: Gördünüz uşağımı həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) aldım. Həzrət uşağımı zalimlərin əlindən aldı!
Qardaşımdan soruşdum: Nəyə görə qayıtdın? Nə oldu ki, qayıtdın? Dedi: Bizi Urmiyyə düşərgəsinə apardılar. Bir azdan sonra əsgər paltarı geyindik. Tə`lim meydanına apardılar. Bir nəfər zabit gəlib bizi sıraya düzüb saymağa başladı. Sayıb qurtarandan sonra dedi:
Bir nəfər artıqdır.
Sonra qədəm vura-vura hamını nəzərdən keçirməyə başladı. Mənə çatanda əlini mənim çiynimə qoyub dedi:
«Çıx çölə!» Mən sıradan ayrıldım. Sonra məni idarəsinə apardı. Sənədlərimi gətizdirdi. Bir məktub yazıb mənə verdi, birini isə sənədlərin üstünə qoydu. Mənə belə dedi:
Sən həmişəlik əsgərlikdən azadsan. Bu da sənin azad olmaq kağızın. Get salamatçılıqla!
Əsgərliyin müşkilatını bilənlərə aydındır ki, hansı oyunlardan sonra azad olurlar. Mənim işim lap mö`cüzəyə oxşayırdı.
Bəli, bu cavanın harayına anasının pak niyyətli nalələri və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəraməti yetişdi.
Dostları ilə paylaş: |