ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə72/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   68   69   70   71   72   73   74   75   ...   175

QIRX DOQQUZUNCU KƏRAMƏT

«MƏNİM AĞAM, GÖRMÜRSƏNMİ? EŞİTMİRSƏNMİ?»


Ayətullah mərhum hacı şeyx Abbas Əli İslami yazır:

1.Mərhum hacı seyyid Məhəmməd Ərəb neçə illər həzrət Əbul-Fəzl Abbas ibni Əlinin (əleyhissalam) hərəmində xidmətçi olumuşdur. Bir gün ondan soruşdum: Xidmət etdiyin dövrlərdə o həzrətdən kəramətlər müşahidə etmisənmi? Seyyid buyurdu:

Əlbəttə! O həzrətin «Kəramət evi» olması heç də əsassız deyil. Mən çoxlu kəramətlər görmüşəm. Mən öz gördüklərimdən sizə nəql edirəm:

Günlərin birində xidmətçilərlə birlikdə pak hərəmin eyvanında oturmuşduq. Söhbətə məşqul idik. Birdən ərəb bir kişi səhnəyə gəlib o Həzrətə belə ərz etdi:

Mənim ağam! Məgər görmürsənmi? Məgər eşitmirsənmi?....

Mən yaxına gedib onun əhvalını öyrənmək istədim. Amma o mənim sinəmə əlini basıb zirehə tərəf getdi. Əlini zirehin içinə uzadıb ərz etdi:

Əlinin oğlu! Mallarımı səndən istəyirəm! Bir az keçməmiş əlini geri çəkdi. Əlində balaca kisədə nə isə var idi. Onun içi Osmanlı lirəsi ilə dolu idi. Fəryad edir:

Allaha and olsun ki, bu Babul-həvaicin kəramətindəndir!

Bu hadisənin nə olduğunu soruşdum. Dedi: Səudi çöllüklərində yaşayan köçərilərdənəm. Nəcəfə ziyarətə gələn vaxtı mallarım oğurlanmışdı. Nəcəfdən Kərbəlaya qədər «Babul-həvaicdən» şəfaət istəyirdim. Allaha çox şükür ki, məqsudimə çatdım.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin