ALTIMIŞ YEDDİNCİ KƏRAMƏT «BU AĞANIN ƏLİ YOXDUR!»
Cənab Əbdül Həmid Bəhrani hacı Əbdünnəbiyyədən belə nəql edir:
Təxminən 20 il bundan əvvəl Abadan şəhərində yaşayırdım. Xəstələnmişdim. O qədər ağır idim ki, ölüm ayağında idim. Yuxuda atamın mənə bir dənə nar dənəsi verdiyini gördüm. Mənə:
«Bunu meyl et» söylədi.
Sonra mənə buyurdu:
Narı sizə bu verdi.
Mən o ağaya tərəf gedib əllərindən öpmək istədim. Atam dedi:
O ağanın bədənində əli yoxdur!
Dedim: O kimdir?
Buyurdu: O, həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam).
Ondan sonra indiyə qədər xəstələnməmişəm!
Aç qanlı gözün ey şəhi dövran bacun ölsün!
Aç qanlı gözün ey şəhi dövran bacun ölsün
Dur şamə gedir Zeynəbi nalan bacun ölsün.
* * *
Cismun yarali isti hava peykərin üryan
Fəvvarə kimi qan axıb səhralərə hər yan
Oldun bu biyabanda Hüseyn qanuva qəltan
Ləb teşnəvu dil xəsteyi ətşan bacun ölsün.
* * *
Nə haldi bu söylə səni ey şahi Mədinə
Düşmüş yarali cismün Hüseyn ruyi zəminə
Qol bağli ciyər dağli qızım nazli Səkinə
Şamə gedibəm naleyi üryan bacun ölsün.
* * *
Gəldim nə cəlal iylə Hüseyn Kərbibəlayə
Tuş oldu günüm gülşən ara xari cəfayə
Başuvi kəsib Şumri dəqa vurdi cidayə
Qan cuşə gəlib doldi biyaban bacun ölsün.
* * *
Bu ərsədə yağ mayə gedib cahi cəlalun
Öldürdi bacun Zeynəbuvi dərdi məlalun
Qol bağli gəlib qətligaha əhli əyalun
Dur sal yola ey şahi şəhidan bacun ölsün.
* * *
Kim qıldi səni qanuva qəltan anam oğli
Kim qıldi bu gül cismuvu üryan anam oğli
Kim kəsdi başun ləbləri ətşan anam oğli
Qan iylə dolub ərseyi meydan bacun ölsün.
* * *
Qıl qollari bağlanmış əyaluvə nəzarə
Əfqanə gəlirlər bu sitəm cani nəzarə
Mümkün döyür nəşüvu qoyum indi məzarə
Qol bağli əsirəm gözi giryan bacun ölsün.
* * *
Xirgahuvi yandırdlar ey mahi Mədiynə
Yağ mayə gedib zülmilə həm durri xəziynə
Zəncir ilə qol bağli gedir nazli Səkiynə
Şamə yola sal ey sənə qurban bacun ölsün.
* * *
Şəmşiri sənan yarəsi namünda sərasər
Nə dəfn kəfən var quri yer cismüvi bəstə
Övladi Əli qol-qola bağli hami yeksər
Üryan dəvə bu dəstəyi nisvan bacun ölsün.
* * *
Bu bəzmi əza içrə gəlün şiri fəqanə
Göz yaşi olar həşri günü əldə bəyanə
Tuti çək Hüsen qəmlərini mülkü bəyanə
Hər dəmdə sala bəzmə bu ünvan bacun ölsün.
Dostları ilə paylaş: |