ALTIMIŞ SƏKKİZİNCİ KƏRAMƏT «İMAM HÜSEYN (Ə)-IN ƏZADARLIQ MƏCLİSİ!»
Ayətullah hacı Şeyx Əli Əhmədi Miyanəçinin dilindən hekayət:
«Birisi yuxusunda görür ki, həzrət imam Hüseyn (əleyhissalam), həzrət Əbul Fəzl Abbas (əleyhissalam) ilə birlikdə Kərbəla şəhidlərinə əzadarlıq keçirilən evin yanından keçirlər. İmam Hüseyn (əleyhissalam) qardaşı Əbul Fəzl Abbasa(əleyhissalam) buyurur:
Bu evin sahibindən ötrü savab yaz!
Həzrət Əbul Fəzl Abbas(əleyhissalam) soruşur:
Nə qədər yazım?
İmam Hüseyn (əleyhissalam) buyurdu:
Yaz!.......
Eləcə də keçib getdilər. Həzrət savabı yazır. Yenə də bir evin yanından keçdilər. İmam Hüseyn (əleyhissalam) buyurdu:
Yaz!
O şəxs deyir: Bu vaxt yuxudan ayıldım. Sonra yuxumda gördüyüm şəxsin yanına gedib imam Hüseyn (əleyhissalam)-ın onun barəsində söhbətini ona nəql etdim və vəziyyəti soruşdum.
Əza sahibi cavab verdi: Mən imam Hüseyn (əleyhissalam)-ın məclisindən ötrü tütün almaq istəyirdim. İki cür tütün var idi. Mən bazardan ucuz tütün aldım.
Dostları ilə paylaş: |