ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə126/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   122   123   124   125   126   127   128   129   ...   175

YÜZ BİRİNCİ KƏRAMƏT

«ÖLMÜŞ UŞAQ DİRİLDİ!»


Cənab höccətul-islam vəl-müslümin seyyid Hüseyn Hüseyni Tehrani yazır:

Dostlardan biri nəql edir: Həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəmində ziyarətlə məşğul idim. Köçəri ərəblərdən birinin iplə bağlı bir şeyi pak zirehin yanına qoymağını müşahidə etdim. Sonra özü çəkilib kənarda oturdu. Daha sonra bir kişi ilə qadın xüsusi libasla gəlib iplə bağlı qutunun başı üstə durdular. Mübarək zirehdən tutub şiddətlə təkan verib ərəbcə nə isə dedilər:

Bir neçə andan sonra qutu tərpənməyə başladı. İplər qırıldı və təəccüblə gördük ki, qutunun içindən 10-12 yaşlı bir uşaq çıxdı.

Bu hadisəni müşahidə edənlər təəccüblə əvvəlcə qutunu gətirən birinci kişidən hadisənin əsl sirrini soruşdular. O dedi:

Ərəbin köçəri qəbilə başçılarından olan bu kişi və qadının uşaqları olmurdu. Qəbilə başçılığı onların adətinə görə irsi olur. Bir müddət sonra Allah onlara bir oğlan uşağı əta edir. Lakin, bir müddətdən sonra uşaq xəstələnir. Nə qədər müalicə edirlərsə faydası olmur. Təkcə yolu bunda görürlər ki, uşağı həzrətin hərəminə gətisinlər. İki günlük yol arasında uşaqdan göz olmağı (onların xadimi olduğuma görə) mənə tapşırmışdılar. Yol arasında uşağın vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu bu qutuya qoyub ağzını da bağladım. Lakin ata-anasının qəlbləri qırılmamaqdan ötrü hadisəni onlara xəbər vermədim. Əslində iki gün idi ki, onların uşaqları ölmüşdü. Siz öz gözünüzlə gördünüz ki, həzrət Əbul Fəzl Abbas (əleyhissalam) bərəkətindən Allah çıxmış ruhu necə təzədən bədənə qaytardı və uşaq tam sağlam oldu. Bu vaxt uşağın ata-anası qərara alırlar ki, onu Kərbəlada olan böyük alimlərdən birinin yanına aparsınlar.

Şeyx oğlandan soruşdu: Nə gördün?

Cavab verdi: Mən ölmüşdüm. Ata-anam həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) dua etdikdə, Ruh mələyi məni göydə yaxşı və gözəl bir otağın qapısının ağzına aparıb dayanmışdı. İki qolları bədənində olmayan bir ağa bizə yaxınlaşdı. Mələk o ağadan hacət istədi. Ağa otağın içinə daxil oldu. Otağın içində cəlal və əzəmətlə oturmuş bir nəfər iar idi ki, dizinin üstündə iki oğlan uşağı oturmuşdu.

Qəməri bəni Haşim(əleyhissalam) onlara dedi:

Bu işi də yola verin.

Cavabında buyurdular: İş qurtarmışdır!

Həzrət Əbul Fəzl Abbas (əleyhissalam) cavabında buyurdu:

Əgər belədirsə buyurun ki, «Babul həvaic» ləqəbini mənim üstümdən götürsünlər. Mən «Babul həvaic» olmasam əhali naümid qayıtsın! Gördüm oturan ağa əlini qaldırıb dua etdi. Həzrət razı və sevincək halda bizə tərəf gəldi. Mənim yanımda olan mələyə buyurdu: Onun ruhunu bədəninə qaytarın!

Bununla da mən həyata qayıtdım!


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin