ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə134/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   130   131   132   133   134   135   136   137   ...   175

YÜZ DOQQUZUNCU KƏRAMƏT

«BU AĞA ƏBUL FƏZL ABBASDIR!. SƏNƏ ŞƏFA VERMƏYƏ GƏLİB.»


Xanım Fatimə Rüstəmpurun 1998-ci ildə həzrət Əbul Fəzl Abbas (əleyhissalam)vasitəsilə şəfa tapmağım aşağıdakı kimidir:

Xəstənin adı: Xanım Fatimə Rüstəmpur.

Yaşadığı yer: Kerman şəhəri, Mütəhhəri parkı, Seyyid şühəda küçəsi-12. Hazırlıq institunun cənub tərəfi: 14. Cənab Nəzərinin mənzili.

Xəstəlik müddəti: 5 ay.

Həkimə müraciəti: 1998-ci il.

Xəstəliyi: Xərçəng.

Müalicə həkimi: Doktor Mənsuri «Xərçəng xəstəliyi üzrə mütəxəssis.

Hadisəni xanımın övladı xanım Təyyibə Nəzəri nəql edir:

48 yaşlı anam əvvəllər sağlam idi. Təxminən beş ay bundan əvvəl mənə elə gəldi ki, anamda xəstəlik vardır. Əllərində və qoltuğunun altında olan ağrılarından şikayətlənirdi. Bu işin böyüməsini gördükdə həkimə müraciət etdik. Həkim bizi analiz otaqlarına yolladı. Analizin cavabından sonra qərara alındı ki, cərrahiyyə əməli ilə bu şişi götürmək lazımdır. Cərrahiyyə zamanı mə`lum oldu ki, bu götürüləsi şiş deyildir. Artıq şiş boyun hissəsinə də təcavüz etmişdi. Boyun və sinə tərəfdən şişin əsərləri görünürdü. Heç bir əməliyyat etmədən kəsilən yeri tikib anamı evə göndərdilər.

Allahdan başqa hər yerdən ümüdümüz üzülmüşdü. Qəlblər yalnız Allahı nəzərə alırdı. Anamın əllərinin ağrısı şiddətlənəndə kimyəvi keyitmə dərmanından ötrü həkim Mənsuriyə müraciət etdim. O, dedi:

Allahın köməyi ilə dərman verməyə başlayaq. Ancaq sağalmağa heç bir ümüd yoxdur. Sağ qalmayacaq.

Hamımız narahat idik. Hərə bir söz deyirdi. Həkim evdə müalicə üçün bir həftəlik nüsxə yazdı. Tapşırdı ki, sonradan xəstəxanaya müraciət edərsiniz!

Bu arada anamın qonşularından biri yuxuda görür ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adından su paylayan bir nəfər bir dəstə qoyun otarmaqla məşğuldur. Xanım Rüstəmpur (anam) sağlam halda qoyunların böyüyündən birini tutub su paylanan evin qabağında qurban kəsir. Sonra ziyarət oxumaqla məşğul olur. Bu yuxudan sonra biz bacı-qardaş qərara aldıq ki, bir qurbanlıq aparıb ziyarətgahda kəsib ehsan verək. Üçüncü gün Kermandan, imam Rza (əleyhissalam)-ın nəvələrindən birinin ziyarətgaha hərəktə gəldik. Axşama iki saat qalmış İmamzadə ziyarətgahına çatdıq. Orada əvvəlcə on dörd Mə`suma(əleyhimussalam) dua oxuduq. Sonra aşura ziyarəti oxuduq daha sonra bir qoyun qurbanlıq kəsib Kermana qayıtdıq.

Anam yorulub saat səkkizdə yuxuya getdi. Yuxuda görür ki, şəhid oğlu ilə bir nəfər üzü niqablı böyük şəxsiyyət otağa daxil olurlar. Oğlu deyir: Ana! Bu ağa «Həzrət Əbul Fəzl Abbasdır(əleyhissalam). Sənə şəfa verməyə gəlib. Bu vaxt hiss etdim ki, ağa əlini şişin üzərinə vurdu. Buyurdu: Sənin xəstəliyin yoxdur! Sağalmısan! Qalx!

Uşaqlar nəql edirlər: Axır vaxtlarda yerdən başqalarının köməyi ilə güclə qalxan anam, ağlar halda sür`ətlə yuxudan oyanıb oturdu və dedi:

Ağa Əbul Fəzl Abbas (əleyhissalam) burda idi. Mənə şəfa verdi. Baxıb gördük ki, şişdən heç bir əsər-əlamət yoxdur. Həkimlərə də müraciət etdik. Keçmiş xəstəlikdən əlamət yox idi.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin