ГәМӘри бәни һашим һӘЗРӘТ Әбулфәзл аббасын (Ә) нурлу чөҺРӘСИ



Yüklə 1,54 Mb.
səhifə135/175
tarix02.01.2022
ölçüsü1,54 Mb.
#1952
1   ...   131   132   133   134   135   136   137   138   ...   175

YÜZ ONUNCU KƏRAMƏT

«QULAĞIMA OXŞAMA SƏSİ GƏLDİ!»


Höccətul-islam vəl-müslimin Hacı-şeyx Barat Əli Xudayi Ərdəbili yazır:

1. Mərhum Kərbəlayi Əhəd nəql edir: Mən 8‒9 yaşımda Kərbəlanın «Salikin» adlı yolu tərəfdə qoyun otarırdım. Karvan başçılarının avazlı səsləri mənim ruhumu Kərbəla tərəfə çəkirdi. Kərbəla ziyarətini həddən artıq istəyirdim.

Bir gün gördüm ki, karivan dəstləri dalbadal hərəkətdədirlər. Adətə görə, hər karivanın bir başçısı və hər birinin əlində isə həzrət Əbul Fəzl Abbas(əleyhissalam) adına ələmləri olardı. Qışlağın təzə gəlmiş əhalisi ələmin dalınca müşayət edib göz yaşlarını saxlaya bilmirdilər. Bir az gedib sonra qayıdırdılar. Mən də inəkləri və qoyunları kəndə tərəf ötürüb ələmin ardınca getdim. Amma ,başqaları kimi bir azdan qayıtdım. Bu o vaxtımda idi ki, anamın qucağından bir anda olsun belə ayrı düşməyimə razı deyildim.

Bəli! Bundan sonra qərara aldım ki, piyada Kərbəlaya gedən karivanlarla yola düşüm və onlara xidmət göstərim. Bununla da Nəcəf-Əşrəfə və başqa imamların(əleyhimussalam)-ın da ziyarətinə gedə bildim.

Yol boyu mən həmişə piyada olardım. Günün yandırıcı istisi bizə dəydiyinə görə qədəmlərimizi tez-tez atırdıq. Karivandan dala qalmaq təhlükəsini həmişə nəzərə alırdım. Əgər karivandan geri qalsan qaçaqçılıqla məşğul olan təhlükəli ərəblərin əlində əsir olmaq qorxusu vardı. Tez və sür`ətlə hərəkətin, o cümlədən yeməyimin münasib olmaması səbəb oldu ki, yol arasında zəhərləndim. Yoldaşlarım məni qusmaq və qarın ağrısı olan vəziyyətimdə bir mənzilə əziyyətlə çatdırdılar. Halım həddən artıq xarab olduğuna görə məni karvansaraların birində qoyub qəlbi yanıq halda vətənə tərəf hərəkət etdilər. İndi bihuş halda karvansaranın bir tərəfində qalmışdım. Nə yeməyim var, nə də suyum. Əslində hər an Əzrailin gəlməsini gözləyirdim. Huşsuzluğum günortadan səhər sübhə kimi çəkdi. Sübh özümə gəldim. Uşaq çağlarım idi. Qəriblik hiss edib göz yaşı axıtmağa başladım. Gileyli halda Nəcəfi-Əşrəf şahı həzrət Əli (əleyhissalam)-a və Kərbəla Sərdarına(əleyhissalam) belə xitab etdim:

Ya Əmirəl-mö`minin! Ya Qəməri bəni Haşim! Sizin eşqiniz məni vadar etdi ki, ata-anamdan, qardaşımdan və bütün qohumlarımdan ayrılıb sizə tərəf gələm. İndi bu çöllükdə və bu karvansaranın bir guşəsində ölüm halındayam. Hamıdan əvvəl anamın gözləri mənim intizarımdadır. Əgər mən belə halda ölsəm və adsız, əlamətsiz dünyadan getsəm, onun qəlbinin yarası heç vaxt getməyəcək. Qonaq qəbul etməklik ədəbindən uzaqdır ki, onlar gəlib məni biyabanda belə halətdə görsünlər!

Sonra qüdrətsizlik və zəifliyin şiddətindən giley dilimi bağlayıb bihuş halda uzandım. Həmin halda xoş bir avaz qulağıma gəldi. Deyirdi:

«Kərbəlayi Əhəd!»

Gözümü açıb başımın üstündə böyük bir atlını gördüm. Mənə buyurdu: Nəyə görə burda qalmısan? Zəif halətimlə dedim: «Ağa! Ölürəm!»

Elə sandım ki, tanış zəvvarlardan biridir. Mənim ölüm xəbərimi anama sən çatdırarsan. Atlı əyilib yəhər üstə olan halda mənim əlimdən tutub möhkəm sıxdı. Bununla sanki mənə təzədən ruh verildi. Sonra buyurdu:

Karvan heç də burdan uzaqda deyil, qalx onlara çataq!

Hərəkətinin keyfiyyətini başa düşmədim. Lakin çox çəkmədi ki, yorğunluq məndən yox oldu. Təzədən mənə güc-qüvvə gəldi. Özümü bulaq kənarında oturmuş dostlarımın yanında gördüm. Dostlarım məni görən kimi şövq və sevincdən ağlamağa başladılar. Necə gəlməyimi soruşdular. Mən də bütün əhvalatı onlara nəql etdim.

Mənə elə gəlirdi ki, karivandan ayrıldığım bir gündən çox deyildi. Amma onlar iki gündən çox ayrıldığımı deyirdilər. Əlamətlər də onların dediyini təsdiq edirdi. Çünki, mən İraq torpağında torpağa düşmüşdüm. Onlara isə İranın Həmədan şəhərində birləşmişdim. Ondan sonra yaxşılaşmaqdan ötrü yavaş-yavaş hərəkət edirdim. Məni növbə ilə ata mindirdilər. İcazə vermədilər ki, bir addım da piyada yol gedim. Nəhayət, sağ-salamat və sağlam ata-anama təhvil verdilər. Təəccüblü əhvalatı da qohumlarıma nəql etdilər.

Ondan sonra qarşıya çıxan bütün çətinliklərimdə həzrət Əbul Fəzl Abbası(əleyhissalam) köməyə çağırırdım və o da kömək olurdu.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin