Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə149/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   145   146   147   148   149   150   151   152   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
163 
metinin hüquq nəzəriyyəsi, dövlətşünaslıq və konstitusiya hüququ predmeti ilə əlaqəsini göstərmək 
lazımdır. 
V.V.Lazarevin fikrincə, hüquq və dövlətşünaslıq nəzəriyyəsinin predmetini dövlət və hüqu-
qun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunauyğunluqlarının öyrənilməsi təşkil 
edirsə, [18, s.12] Z.A.Əsgərovun fikrincə, konstitusiya hüququ elmi, konstitusiya hüquq normaları-
nın hazırlanmasını, onun xüsusiyyətlərini, normanın özü ilə tətbiqi arasındakı asılılığı, konstitusiya 
hüququnun tətbiqi praktikasını, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarını və onların 
qarşılıqlı münasibətlərini öyrənir [3 s.7]. Konstitusiya islahatları tədqiqinin predmeti də bunları nə-
zərə almaqla izah edilməlidir. Lakin, bununla yanaşı, istər-istəməz onda tarixi və nəzəri cəhətləri 
bir-birindən ayırmaq və konstitusionalizmin bir nəzəriyyə olaraq eyni vəzifəni yerinə yetirməli ol-
ması məsələsi ortaya çıxır. Bununla əlaqədar, bu məsələnin yerinə yetirilmə texnologiyası nöqteyi 
nəzərindən konstitusiya islahatlarının dəyərləndirilməsi tədqiqatçının əsaslanmalı olduğu ilkin mə-
lumatların göstərilməsini özündə ehtiva etməlidir.
Alimlər ənənəvi olaraq tarixi hadisələrin nəzərdən keçirilməsinə əsaslanır və bunun əsasında 
nəzəri ümumiləşdirmələr edir və nəticələr çıxardırlar. Müasir hüquqi nəzəriyyələr hər bir ayrı döv-
lətin inkişafını empirik məlumatların, faktoloji materialın təhlili ilə izah etməyə çalışır və bununla 
məhdudlaşırlar. Lakin bu, nəticələrin kifayət qədər obyektiv qəbul olunması üçün bəs etmir, buna 
görə də, yalnız empirik deyil, həm də xaotik olanların, konkret tarixi epizodlarda bifurkasiya nöqtə-
lərinin nəzərə alınması təklif olunur. Elmi ədəbiyyatda qeyd olunduğu kimi, dövlətin və cəmiyyətin 
inkişafı tendensiyalarının müəyyən edilməsi məsələsinin qoyulub-qoyulmamasından asılı olmaya-
raq konstitusiya islahatlarının xarakteristikası bütün bu amillər nəzərə alınmaqla verilməlidir. Kons-
titusiya islahatları obyektiv olaraq yanlız onlara xas olan əlamətlərə və keyfiyyətlərə malik olan mü-
rəkkəb konkret-tarixi bir hadisədir: birincisi, onlar müəyyən zaman çərçivəsində həyata keçirilir
yəni onlar tarixi çərçivələrə malikdirlər; ikincisi, konstitusiya dəyişiklikləri müəyyən bir ərazini 
əhatə edir; üçüncüsü, dövlət və ictimai həyatın ən vacib sahələrində baş verən böhran halları kons-
titusiya islahatının ayrılmaz elementi, ünsuru hesab edilir; dördüncüsü, konstitusiya islahatı dövlət 
və hüququn müəyyən vəziyyəti ilə bağlıdır və o, yuxarıda qeyd edilmiş böhran halları ilə şərtlənən 
keçid dövrü adlandırılır. Qeyd edilmiş əlamətlər konstitusiya islahatlarının mahiyyətinə, tipologiya-
sına, miqyasına, onların funksional xarakteristikasına və tarixi əhəmiyyətinə təsir göstərir [10, s.23]. 
Lakin alimlər onları birmənalı dəyərləndirmir. Belə ki, elmi ədəbiyyatda belə bir fikir 
irəli sürülmüşdür ki, böhran hər hansı bir keçid proseslərinin məcburi əlamətidir. O, ictimai həyatın 
bütün tərəflərinə, bütün siyasi-hüquqi institutların fəaliyyətinə keçir, yenilənmə, struktur, funksional 
və ideoloji transformasiya zərurətinə inandırır. Bununla əlaqədar, vurğulanır ki, “yeni siyasi-iqtisadi 
bütövlüyə irəliləməni məhz böhran təmin edir. Böhran tarixi dövrü keçmiş institutlardan, struktur-
lardan və siyasi xadimlərdən xilas olmaq imkanı yaradır. Hadisələrin inkişafının digər variantında 
bizim cəmiyyət bir daha bütöv bir tarixi dövrü normal dövlətçiliyin olmaması şəraitində və belə və-
ziyyətdən nə vaxtsa çıxmağın heç bir perspektivi olmadan yaşamaq təhlükəsi ilə üzləşə bilərdi [7, 
s.117]. 
Müəllifin böhran hallarının mülki cəmiyyəti aktivləşməyə məcbur etməsi haqqında fikri ilə ra-
zılaşsaq da, mülki cəmiyyət üçün təhlükə yaratmasına dair nəticəni məntiqli saymaq olmaz. Bu və-
ziyyətdə böhran hallarının dəyərləndirilməsi açıq-aydın şişirdilmişdir. Bizim fikrimizcə, qeyd edil-
miş əlamətlərin yanlız kompleks şəkildə nəzərə alınması konstitusiya islahatlarının və keçid proses-
lərinin obyektiv dəyərləndirilməsi üçün imkan yaradır. 
Konstitusiya islahatı və keçid halı sindromu kimi böhran hər bir hadisənin öz təyinatının ol-
ması, öz rolunu yerinə yetirməsi ilə bağlıdır. Bununla yanaşı, əsas məsələ onların qarşıdurmasından 
ibarətdir. Böhran sistemin bütün elementlərinin dağıdılması əsasında işləyir, konstitusiya islahatı isə 
dövlətin və cəmiyyətin yaradılmasına, yenidən qurulmasına və onların böhran vəziyyətindən çıxa-
rılmasına, sabitləşdirilməsinə və irəliləyən inkişafının təmin edilməsinə yönəlib. Bu baxımdan kons-
titusiya islahatı müsbət hal kimi dərk edilməli və dəyərləndirilməlidir. O, bütün institusional müd-
dəaların dəyişdirilməsinə qadirdir və obyektiv olaraq bunun üçün nəzərdə tutulmuşdur.



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin