Gənc təDQİqatçI, 2020, VI cild, №1


ÖRTÜYÜNÜN MÜASİR VƏZİYYƏTİNİN İNDEKSLƏŞDİRİLMƏSİ



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə65/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   61   62   63   64   65   66   67   68   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

ÖRTÜYÜNÜN MÜASİR VƏZİYYƏTİNİN İNDEKSLƏŞDİRİLMƏSİ 
 
Y.T. Abiyev
AMEA Mərkəzi Nəbatat Bağı, Badamdar şossesi 40, Bakı AZ 1004, Azərbaycan
 yusif.abiyev@gmail.com 
Məqalə Samur-Yalama Milli Parkının bitki örtüyünün Normallaşdırılmış Fərq Vegetasiya İn-
deksi (NDVI) əsasında peyk görüntüsü ilə öyrənilməsinə həsr olunmuşdur. Təqdiqatın aparılması 
üçün Landsat 8 OLI peykindən 2019-cu ilin iyun ayında çəkilmiş multispektral görüntü əldə edil-
mişdir. Bitkiliyin sağlamlığı (canlılığı) və sıxlığı ilə xakaterizə olunan NDVI metoduna uyğun ola-
raq Milli Parkın meşələri və ətraf ərazilər -1 - +1 dəyərləri arasında indeksləşdirilmişdir. Nəticəyə 
əsasən tədqiqat ərazisinin bitki örtüyünün vəziyyətinin xəritələri indekslər üzrə müqayisə edilmiş, 
ərazi sinifləndirilmişdir. Meşə örtüyünün ortalama indeks dəyəri 0.55 olmuş və bu indeksə görə me-
şə massivi normal dərəcədə sağlamlığa və canlılığa malik meşələr hesab edilmişdir.
Açar sözlər: 
milli park,
 
məsafədən zondlama, landsat, bitki örtüyü, Vegetasiya İndeksi, moni-
torinq, meşə 
 
Giriş 
Meşələr karbonun buxarlanmasını təmin edərək Yerin iqlimini tənzimləyir ki, bu da coğrafi 
ərazidə ekoloji tarazlığın qorunmasını təmin edir [7]. Uzun zamandır ki, ətraf mühit və antropogen 
təsirlərin nəticəsində bioloji sistemlər təhlükə qarşısında qalmış, bu faktorların təsirlərinin getdikcə 
artması daha böyük ərazilərin stresə məruz qalmasına zəmin yaradacaq [19]. Biomüxtəlifliyi zəngin 
olan meşələr davamlı inkişafa töhfə vermək üçün yüksək potensiala malikdir [5]. Mühafizə olunan 
ərazilər biomüxtəlifliyin qorunması üçün təşkil edilən ən mühüm yerlərdən biri hesab olunur [12]. 
Belə ərazilərdə biomüxtəlifliyin davamlı qorunması üçün ərazinin monitorinqi, ekosistemə təsir 
edən biotik və abiotik amillərin dəyərləndirilməsi vacibdir [18]. 
Dünya elmində daha çox bir bölgənin bitki örtüyünün kompleks monitorinqi texniki və iqtisa-
di baxımdan səmərəli texnologiya olan məsafədən zondlama vasitəsilə həyata keçirilir [16]. Məsa-
fədən zondlama rəqəmsal formada obyektlə heç bir fiziki əlaqə olmadan peyklərdən gələn spektral 
məlumatların toplanması, saxlanması, yoxlanılması, inteqrasiyası, alınması, manipulyasiyası, təhlili 
və görüntülənməsi üçün kompüter əsaslı bir sistemdir [10]. Hava fotoqrafiyası, Optik Multispektral 
Skaner, Radar, Lidar (Lazer) və Videoqrafika kimi peyk sensorlarının təmin etdiyi məkan görüntü-
ləri vasitəsilə bitki örtüyünün dəyişmə dinamikası, biomüxtəlifliyin monitorinqi,
 
meşələrin inven-
tarlaşdırılması, meşə örtüyünün fotosintez qabiliyyətinin kəmiyyət dərəcəsi, quraqlıq proseslərininin 
modelləşdirilməsi və proqnozlaşdırılması kimi istiqamətlərdə elmi tədqiqat işləri aparılmışdır [13, 
17]. Yer səthinin xüsusilə, bitki örtüyünün indekslənməsi üçün həmin prinsipə əsaslanan Perpendi-
kulyar Vegetasiya İndeksi, Nisbi Vegetasiya İndeksi, Normallaşdırılmış Fərq Vegetasiya İndeksi 
(NDVI) və başqa bir çox düsturlar tərtib edilmişdir [6]. 
De Fries R. və b. məsafədən zondlama ilə mühafizə olunan əraziyə ətraf yaşayış məntəqələri-
nin təsirini araşdırmış və ərazinin gələcək idarəedilməsi üçün plan tərtib etmişdir [5]. Fung T. və 
Siu W. (2000) SPOT multispektral görüntülərinin istifadəsi ilə 8 il ərzində dəyişməni NDVI metodu 
ilə öyrənmişdir. Tədqiqat zamanı sosial, torpaq, meşə, sürüşməyə meylli ərazilərdən toplanmış mə-
lumatlarla müqayisəli şəkildə, dəyişən ətraf mühit keyfiyyətini araşdırmış və nəticə olaraq bitki ör-
tüyünün dəyişməsinin antropogen faktorla əlaqəli olduğunu ortaya qoymuşdur[9]. Fraser R.H. və b. 
(2009) torpaq örtüyünün dəyişməsinin ekoloji faktorlardan asılığını [10],Nageswara P.P.R. və b. 
(2005) kənd təsərrüfatı ərazilərində quraqlığın dəyişməsini [16], Yacouba D. və b. (2009) NDVI ilə 


BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
 
81 
ərazi istifadəsinin dəyişməsini öyrənmiş [21], tədqiqat ərazilərinin gələcək idarəetmə planları üçün 
təkliflər vermişdir. 
Tədqiqat ərazisi –
 
Samur-Yalama Milli Parkının (SYMP) meşələri Azərbaycanın şimal-şərq 
hissəsində, Samur-Dəvəçi çökəkliyinin bir hissəsini əhatə edərək, Xəzər dənizinin sahil boyunca en-
siz zolaq şəklində uzanır [1]. Ətraf yaşayış yerləri, aqrar sahələr və turizm obyektləri daxil olmaqla 
ümumi tədqiqat ərazisi 19536 (Milli Park - 11772 ha) hektardır. SYMP-nın yerləşdiyi rayon quru və 
isti iqlim zonasına aiddir. Havanın orta aylıq temperaturu yanvarda 1,2

C, iyulda 24
0
C olur. Hakim 
küləklər əsasən şərqdən və şimal-şərqdən əsir. Küləyin orta aylıq sürəti 2-3 m/saniyədir. Qar örtüyü 
10-15 sm-dən yuxarı olmur, qışın mülayim keçməsi və şaxtaların istilərlə tez-tez əvəz olunması nə-
ticəsində qar örtüyü 5 gündən, 15 günə qədər davam edir [1, 3, 4, 15]. 
Milli Parkın ərazisində uzunsaplaq palıd, qafqaz vələsi, ağyarpaq qovaq növləri üstünlük təş-
kil etməklə meşə ilə örtülü sahənin 87,2% -i qədər, qalan növlər (şabalıdyarpaq palıd, qızılağac və 
s.) isə 12,8%-i qədərdir [1]. 
Meşələrin biomüxtəlifliyi sahil ekosistem kompleksinin bir hissəsi hesab olunur [15]. Azər-
baycanın sahil mühitinin biomüxtəlifliyi həm antropogen, həm də ətraf mühit amillərinin davamlı 
təsirinə məruz qalır [3]. Tədqiqat sahəsi bu təsirlərin dərəcəsinə görə həssas ekoloji bölgə hesab 
edilir [4].
Tədqiq edilən işin məqsədi Samur-Yalama Milli Parkının bitki örtüyünün Normallaşdırılmış 
Fərq Vegetasiya İndeksi əsasında peyk görüntüsü ilə monitorinqini aparmaqdan ibarət olub və 
2019-cu ildə Milli Parkın bitki örtüyünün sıxlıq və sağlamlıq vəziyyəti öyrənilmişdir. Bu da gələ-
cəkdə həmin ərazidə əhatəli monitorinqlər aparmaqla baş verə biləcək dəyişikliklərin əvvəlcədən 
proqnozlaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin