GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
92
prosesində onların qoparılması qalan çiçəklərin normal böyüməsinə müsbət təsir edir. Nar kolların-
da çiçəkləmə fenoloji fazası may ayının əvvəllərindən başlayıb, iyulun axırına kimi davam edir.Çi-
çəklərin xarici görünüşü ilə bunların uzun və ya qısa dişicikli olmasını təyin etmək mümkündür.
Uzun dişicikli olmasını asanca təyin etmək mümkündür. Uzun dişicikli çiçək iri, orta hissəsi yoğun
silindr formalı və dişiciyi erkəkciklərdən hündür və ya bir bərabərdə olur. Qısa dişicikli çiçəklər isə
xırda, zəng formalı olub, dişiciyi gödəkdir və erkəkciklərdən aşağıda yerləşir. Bu əlamətlər əsasında
çiçəkləmə fazasında zəngşəkilli çiçəklər müəyyən olunub kənarlaşdırılmalıdır;
10.
Nar bağının düzgün və vaxtlı-vaxtında suvarılması vacib şərtdir. Nar quraqlığadavamlı,
qışda yarpaqlarını tökən quru subtropik iqlim bitkisi olsa da belə, normal inkişaf etməsi üçün, vege-
tasiya dövründə ( yaz və yay aylarında ) 600-700 mm yağıntı düşməlidir[23]. Torpağın kifayət qə-
dər rütubətliliyi fonunda ( 75-80% və daha çox) nar bol və keyfiyyətli məhsul verir. Aparılmış təd-
qiqatlarla müəyyən edilmişdir ki, illik yağıntılarının miqdarı 800 mm-dən az olan rayonlarda nar
bitkisinin suvarılması zəruridir. Ümumiyyətlə, il ərzində nar bağında 8-10 vegetasiya suvarması tət-
biq olunur. Lakin, nar bağının izafi rütubətlənməsinə də yol vermək olmaz. Əks təqdirdə bu bitkinin
köklərinin çürüməsi
ilə nəticələnər;
11.
Nar bağında xəstəlik və zərərverici mənbəyi olan alaq otlarının məhv edilməsi mühüm
aqrotexniki fitosanitar tədbirdir. Alaq otlarının mədəni bitkilərin həyatındakı mənfi rolu aşağıdakı-
lardan ibarətdir;
-Mədəni
bitkilərin suyuna, qidasına şərik çıxaraq, tez böyüyürlər və onları kölgələndirirlər;
-Mədəni bitkilərin toxumlarını bioloji zibillənməyə məruz qoyurlar;
-Məhsul yığımını çətinləşdirir;
-Xəstəlik və zərərvericilərin daşıyıcısı olub, onların mədəni bitkilərə keçməsinə şərait yaradır-
lar və s.
Hazırda bitki mühafizəsində alaq otlarının məhv edilməsində aqrotexniki ( mexaniki surətdə),
kimyəvi ( herbisidlərlə) və bioloji mübarizə üsullarından ( təbii antoqonislərin -herbofaqların və
mikroorqanizmlərin tətbiqinə əsaslanan ) istifadə olunur[24]. Alaqlara qarşı
aqrotexniki mübarizə
üsulu cərgəaralarının işlənməsi zamanı alaqların k/t-ı maşın və alətləri ilə mexaniki surətdə məhv
edilməsinə əsaslanır. Lakin, bu üsulun bir çatışmayan cəhəti vardır. Belə ki, alaqlarla mübarizədə
uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma, kipləşmə əmələ
gəlir. Bu isə kök sisteminin inkişafını məhdudlaşdırır, mikroorqanizmlərin fəaliyyətini zəiflədir.
Alaq otlarının kimyəvi üsulla məhv edilməsi herbisidlərin tətbiqinə əsaslanır. Bu məqsədlə, başdan-
başa və seçici təsirli herbisidlər istifadə olunur. Başdan-başa təsirli herbisidlər ərazidə mövcud olan
bütün bitki örtüyünü ( mədəni və yabanı olmaqla ) məhv etdiyindən nar bağında belə təsirə malik
herbisidlərin tətbiqinə icazə verilmir[25]. Seçici təsirli herbisidlər isə yalnız alaq otlarına münasi-
bətdə məhvedici təsirə malik olduqlarından və mədəni bitkilər üçün tamamilə, təhlükəsiz olduqları
üçün onların nar plantasiyasında tətbiqi məqsədəmüvafiqdir.
12.
Nar bağlarında tətbiq edilən əsas aqrotexniki tədbirlərdən biri də cərgəaralarının saxlan-
masıdır. Odur ki, torpaq strukturunun yaxşılaşdırılması və münbitliyinin bərpa edilməsi məqsədilə,
4-5 il müddətinə cərgəaralarının çoxillik ot bitkiləri ( rayqras, çoban toppuzu, yonca ) altında saxla-
nılması məsləhətdir. Vegetasiya dövründə 3-4 dəfə çalım olmalı və çalımdan sonra suvarma aparıl-
malıdır.
Beləliklə, ölkəmizdə ekoloji k/t-nın inkişaf etdirildiyi bir vaxtda kimyəvi mühafizənin rolunu
minimuma endirmək, ekoloji təmiz məhsul əldə etmək üçün narın əsas
xəstəlikləri ilə mübarizədə
yüksək səviyyəli aqrotexnikanın tətbiqi vacib şərtdir.
Dostları ilə paylaş: