Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə95/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   91   92   93   94   95   96   97   98   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

 
Şəkil 1.
 
Bəndin en kəsiyi 
Bənd hazırlanması ilə əlaqədar olaraq su altında qalmış ərazinin sərhədi topoqrafik məlumata 
görə müəyyən edilmişdir. Həmin ərazidəki yaşayış məntəqələri boşaldılmış və başqa ərazilərə köçü-
rülmüşdür. Əvvəlcədən müəyyənləşdirilmiş su basacaq ərazidə meşə, bağlar və digər ağaclar qırılıb 
daşınmışdır. Həmin zonada inşaat materiallarının qalmasına icazə verilməmişdir. Ərazidə məzarlıq 
olmadığına görə məzarlıq köçürülmə olmamışdır. Əgər su altında qalacaq yeni və köhnə məzarlıq 
olsa idi təbii ki, lazımı gigiyena tədbirləri görülməli idi.
 
 
Şəkil 2. 
Şəmkirçay su anbarı bəndinin en kəsiyi. 


BİOLOGİYA, TİBB VƏ AQRAR ELMLƏR
 
111 
Şəmkirçay su anbarında bəndin oxunun seçilməsi mərhələsi: 
Bəndin oxunun seçilməsi 
mərhələsində Şəmkirçay çayının üzərində yerləşən 4 variantda oxlar nəzərdən keçirilmişdir: Qara-
qoç köç yerindəki oxdan 16,9 km məsafədə və çay axınından yuxarıda yerləşən Seyfəli (A-A), Qa-
raqoç (B-B), Barules (C-C), Barsum (D-D) oxları (Şəkil 2) [4,6]. 
A-A oxu
-Qaraqoç köç yerindən 500 metr yuxarıda yerləşir. Bəndin hündürlüyü 140 m, göv-
dəsinin həcmi 19 mln.m
3
-ə yaxın, su anbarının tutumu 180 mln.m

-dir. 
B-B oxu
-A-A oxundan çayın axını üzrə 5,5 km yuxarıda yerləşir. Bəndin hündürlüyü 151 m, 
gövdəsinin həcmi 18 mln.m
3
, su anbarının tuumu 180 mln.m
3
-dir. 
C-C oxu
-A-A oxundan çayın axın üzrə 9,75 km yuxarıda yerləşir. Bəndin hündürlüyü 163 m, 
gövdəsinin həcmi 15 mln.m
3
, su anbarının tutumu 180 mln.m
3
-dir. 
D-D oxu
-A-A oxundan çayın axını üzrə 12 km yuxarıda yerləşir. Bəndin hündürlüyü 150 m, 
gövdəsinin həcmi 16 mln. m
3
, su anbarının tutumu 180 mln.m
3
-dir (şəkil 3). 
Ərazinin relyefi, geoloji və geomorfoloji quruluşu haqqında olan məlumatlara əsaslanaraq
Şəmkirçay çayının dərəsini üç mühəndisi-geoloji rayona bölmək olar: I rayon –çayın yuxarı axını; 
II rayon-çayın orta axını; III rayon – çayın aşağı axını [4,6]. 
Çayın yuxarı axınında (I rayon) çay axının yalnız bir hissəsindən istifadə etmək mümkündür. 
Bu sahə suvarılan torpaqlardan uzaqda və gediş-gəliş yolu olmayan əlçatmaz dağ şəraitində yerləşir. 
Bundan əlavə, I rayonda bəndin tikilməsi üçün tikinti materialı kimi istifadə edilə biləcək dördüncü 
dövr çöküntüləri praktiki olaraq yoxdur [6]. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin