GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
112
Yuxarıda deyildiyi kimi, çay boyu aşağıya doğru hərəkət etdikcə, dərənin yamacları enləşə-
rək, su anbarının yerləşdirilməsi üçün əlverişli şərait yaradır. Lakin bununla yanaşı, bəndin oxunun
uzunluğu da artır. Baxılan rayonun aşağı hissəsində dərənin nisbətən daralması ilə yaranmış vahid
təbii ox Seyfəli kəndinin yaxınlığında yerləşir [6].
Bütün uzunluğu boyu oxun əsasında Yura yaşlı vulkanogen ana süxurlar yatır. Çayın subasarı
hüdudlarında ana süxurlar qalınlığı 15 metrədək olan müasir məcra allüvisi ilə örtülmüşdür. Daha
sonra sağ sahil istiqamətində ana süxurların səthi dərinləşərək, çay dərəsinin qədim dərinləşmələrini
üzə çıxarır. Qədim dərinləşmə çöküntüləri ana süxurlar üzərində yatan 70-80 metr qalınlıqlı qədim
çaqıllarla təmsil olunur. Ox boyu bir qədər uzaqda ana süxurlar yenidən üzə çıxır. Sol sahil başdan-
başa ana süxurların çıxışlarını təmsil edir.
Burada bənd yaradılması üçün mühəndisi-geoloji şəraitin mürəkkəbliyi dərinləşmələrdə çaqıl
çöküntülərinin qalınlığının böyük olması və bu çöküntülərin sukeçiricilik xüsusiyyətlərinin xeyli
dərəcədə artması ilə əlaqədardır. Lakin bu oxdan imtina etmək üçün geoloji proseslərdən daha çox,
yaradıcılıq su anbarının dərənin yamacları boyu 3,0 km-ə məsafə üzrə bir-birinin ardınca uzanan bir
sıra yaşayış məntəqələrini və kənd təsərrüfatı üçün yararlı torpaqları su altında qoya bilməsi təhlü-
kəsi əsas rol oynayır.Verilmiş rayonun yuxarı hissəsində Barum və Barsum kəndləri yaxınlığında
bir-birindən 4 km məsafədə yerləşən daha 2 ox nəzərdən keçirilir. Burada çay dərəsi dar olmaqla,
V-şəkilli formaya malikdir.Hər iki ox orta Yuranın çatlı porfiritlərindən ibarətdir. Yalnız çayın su-
basarında bu süxurlar az qalınlıqlı allüvial çöküntülərlə örtülmüşdür.
Geoloji cəhətdən hər iki ox əlverişlidir. Lakin, dərənin bu hissəsinin əlçatmaz xarakteri, giriş
yolunun çətinliyi və digər şəraitləri tikintinin həyata keçirilməsini şübhə altına alır.Beləliklə, Qara-
qoç köç yerinin yaxınlığında yerləşən II mühəndisi-geoloji rayonun təxminən orta hissəsindəki ox
ən uğurlu variant sayılır. Bəndin seçilmiş oxu çayın axını üzrə Seyfəli oxundan 7,5-8,0 km yuxarıda
yerləşir. Burada çayın vadisi mürəkkəb dərə-təpəli relyefə malik olmaqla, bəzi yerlərdə sıldırımlı
dik sahilləri olan dərə formasındadır. Bəndin əsasını kvarslı dioritlərlə təmsil olunan III dövrün ana
süxurları təşkil edir. Çayın subasar hissəsində bu süxurlar üstdən doldurucusu qum olan iri çaydaş-
ları ilə çaqıllardan ibarət 10 metr qalınlıqlı məcra allüvisi ilə örtülmüşdür.
Sağ sahildə ana süxurlar yer səthinə ensiz haşiyə şəkilində çıxaraq dik uçurum əmələ gətirir.
Daha sonra süxurların səthi çöküntü təbəqəsi ilə örtülməklə dərinləşir.Burada quyular vasitəsilə 50-
60 metr qalınlığı malik qədim dərinləşmələr aşkar olunmuşdur. Çayın qədim dərinləşmələrini təşkil
edən çöküntülər doldurucusu qum-qumca allüvial çaqıllardan ibarətdir. Bu çöküntülərin üzəində
püskürmə süxurlarının yuvarlaqlanmamış kobud qırıntılarından (qırma daş, xır) ibarət, doldurucusu
gilcə olan kifayət qədər iri qalınlıqlı delüvial çöküntülər yatır. Çöküntülərin qalınlıqlı 15-20 metrə
yaxındır.
Hidrogeoloji cəhətdən sulu təbəqə məcra və dərinləşmələrin çaqıllarından ibarətdir. Sol sahil
başdan-başa ana süxurların çıxışlarını təmsil edir. Su anbarının kasası əsasən, yamaclarda çıxışları
olan kvarslı dioritlər üzərində yatan allüvial çaqıllardan təşkil olunmuşdur.
Aparılmış tədqiqatlara əsasən, bəndin bünövrəsini təşkil edən çöküntüləri 3 mühəndisi-geoloji
növə ayırmaq olar [3].
Dostları ilə paylaş: