İCTİMAİ ELMLƏR
157
kifayət qədər geniş imkanları onunla əlaqədardır ki, iştirakçılar həmişə
bir çox maraqlara malik
olurlar. Alimlərin ümumi rəyinə görə, beynəlxalq münaqişələrin həllinin ən optimal və səmərəli va-
sitəsi xərclənən vəsaitlərin miqdarı, davamlı müsbət nəticəsinə görə,
həmçinin yeganə beynəlxalq
hüquqa müvafiq olan sülh vasitələridir. Əgər silahlı münaqişə başlayıbsa, onu mümkün qədər dinc
vasitələrlə həll etmək lazımdır, əgər bu mümkün deyilsə, silah tətbiqinin və dinc əhalinin həlak ol-
masının qarşısını almaq zərurəti yaranır. Əməkdaşlıq və güzəşt cəmiyyətdə münaqişələrin həllinin
əsas mexanizmidir, bu da hərbi təhlükənin riskini əhəmiyyətli dərəcədə aşağı salır [14,s.37].
Müharibədən sonrakı cəmiyyətdə zorakılığa vərdiş uzun müddət ictimai həyatın bütün sahələ-
rində özünü göstərir. Kimin qalib gəlib, kimin müharibədə uduzduğundan asılı olmayaraq, onun iş-
tirakçıları üçün böyük insan, siyasi və iqtisadi itkilərlə müşayiət olunur. Münaqişəyə qeyri-peşəkar
müdaxilə onu ağırlaşdırır. Münaqişənin statikliyi həm də göstərir ki, inkişaf etdikcə münaqişənin iş-
tirakçıları deyil, həm də mübahisə predmeti dəyişə bilər. Münaqişə daim inkişaf edərək faktiki ola-
raq bütün parametrlərinə görə onun nizama salınması üçün imkanlar açır. Münaqişədə tərəflər arası
münasibətlərdə yeni aspektlərin meydana çıxmasına görə, onlar dünən qeyri-mümkün görünən ra-
zılığa gələ bilərlər. Beləliklə, əgər münaqişə bu konkret anda aradan qaldırılmırsa, bu o demək deyil
ki, onun nizamlanması ümumiyyətlə mümkünsüzdür. Elə nizamlanmanın
mahiyyəti vəziyyəti də-
yişmək və sülh yolu ilə qarşılıqlı məqbul həllin tapılmasını mümkün etməkdədir. Amma siyasi as-
pekt müasir hərbi nəzəriyyəçilərinin anlamında əsas olaraq qalır.
Dostları ilə paylaş: