GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
160
lahatları, onların mahiyyəti və əhəmiyyəti haqqında təsəvvürlərin konkret-tarixi qarşılıqlı əlaqəsinin
dövlət və hüququn yaranması və inkişafının ümumi qanunauyğunluqlarının və tendensiyalarının
dərk edilməsinin fəlsəfi səviyyəsi ilə əsaslandırılması zəruridir.
Keçmiş SSRİ ölkələrində hüquqi dövlətçiliyin və bu ölkələrdə yeni hüquq sisteminin təşəkkül
tapmasının konstitusiya islahatı gedişatında onların konstitusiya-hüquqi əsaslandırılmasına, yeni is-
tiqamətlərin müəyyən edilməsinə və yeni xarakteristikalara zərurət yaranır. Bütün bunların nəticə-
sində siyasət və hüquq elmlərinin qovuşuğunda yeni kompleks xarakterli elmi istiqamət formalaşır:
dövlət və hüquq tarixi və nəzəriyyəsi, konstitusiya hüququ, politologiya, müqayisəli hüquqşünaslıq
əsasında konstitusiya islahatları nəzəriyyəsi. Bu elmi istiqamətə ehtiyac müxtəlif amillərin təsiri al-
tında formalaşmışdır [29, s.274]. İlk növbədə, yeni anlayış-kateqorial aparatın yaradılmasına qədər
özünü fənnlərarası sintezə, ənənəvi institutların yenidən nəzərdən keçirilməsinə can atma biruzə
verdi. Hazırki elmi istiqamət elmi biliklərin müxtəlif ənənəvi sahələri çərçivəsində toplanmış empi-
rik məlumatlar və konseptual ideyaların prinsipial olaraq yeni keyfiyyət əlamətlərini əldə etdikləri
konstitusiya hüququ elminin inkişafının konkret-tarixi mərhələsində mümkün olmuşdur.
Azərbaycan və xarici elm adamlarının əsərlərində konstitusiya islahatları
problemlərinin və
yeni ideya və konsepsiyaların formalaşmasının başa düşülməsi üçün əsas rolunu oynaya biləcək
çoxlu sayda nəzəri-dərketmə materialları formalaşmışdır. F.T.Nağıyev qeyd edir ki, konstitusiya is-
lahatları dövlət hakimiyyətinin dövlət və ictimai quruluşda konstitusionalizm prinsiplərinin reallaş-
masına yönəlmiş siyasi qərar və hərəkətlərin məcmusudur [5, s.137].
Deyilənləri nəzərə almaqla tədqiqatların təklif olunan elmi istiqamətinin kompleks xarakterli
olması haqqında danışmaq mümkündür. Bu təkcə nəzəri bazanın fənnlərarası təbiəti ilə deyil, həm-
çinin empirik məlumatların mürəkkəbliyi ilə də təsdiqlənir. Konstitusya islahatı gedişatında dövlə-
tin, onun orqanlarının, ərazisinin, şəxs, sosial birliklər, siyasi birləşmələr və publik hakimiyyət sub-
yektləri ilə münasibətlərinin yenidən qurulması və təkmilləşdirilməsi üçün tədbirlər bir-biri ilə sıx
əlaqəlidir. Bu, şübhəsiz ki, öz əksini konstitusiya islahatlarının tədqiq edilməsi prosesində təhlil edi-
ləcək hadisələrin məzmununda tapır. Digər tərəfdən, bütövlükdə hüququn, onun hər bir sahəsinin,
normalarının islahatı üzrə tədbirlər keçirilir. Bu fəaliyyət öz mürəkkəbliyinə və əhatəliyinə görə nis-
bətən müstəqil xarakter daşıyır, daxili sistemləşdirməyə məruz qalır və bu keyfiyyətləri eynisilə nə-
zəri təhlildə tətbiq olunan empirik materiala da ötürür.
Dövlət və hüququn bir fenomen kimi nisbi müstəqilliyi elmi ədəbiyyatda dəfələrlə qeyd olu-
nur və konstitusiya islahatları gedişatında özünü göstərir [19, s.66]. Bu, konstitusiya islahatlarının
nəzəri tədqiqatının kompleks xarakterli olmasına əlavə bir arqumentdir.
Retrospektdə konstitusiya dəyişiklikləri modernləşmə və islah edilmə formalarında baş verir
və heç də həmişə özündə bu dəyişikliklərin ictimai-siyasi və hüquqi nəticələrinin lazımi təhlili və
proqnozlaşdırmasını, islahatın öz konstitusiya hüququ predmeti hüdudlarından dövlət-hüquqi və ic-
timai həyatda keyfiyyətin sistem-struktur dəyişmələri sahəsinə “çıxma”-sını ehtiva edən elmi əsas-
landırma əldə etmir [28, s.32].
Eyni zamanda, konstitusiya hüququnun fundamentallığını nəzərə almaqla (digər hüquq sahə-
lərinə münasibətdə) konstitusiya qanunçuluğunun –
konstitusiyaya uyğunluq, lazımi konstitusiya
düşüncəsi (biliklər, nəzəriyyə, elm, ideologiya, psixologiya), normal, adi şəraitdə və ya “ştatdankə-
nar”, münaqişəli və ya böhran vəziyyətdə konstitusiyanın qurulması, hüquq subyektləri tərəfindən
konstitusiya bacarıqları və vərdişlərinin (konstitusiya texnologiyası), təkcə qüvvədə olan konstitusi-
ya-hüquqi gerçəkliyin hüquq postulatlarına (hüquq doqmaları səviyyəsində) və konstitusiya ideolo-
giyasına (geniş mənada) deyil, həmçinin prezumpsiyalara, ənənələrə və adətlərə, hətta konstitusiya
praktikasının onların hüdudlarından kənarda mümkün olmayan konstitusiya-hüquqi fiksiyalarına
müraciət olunmasını nəzərdə tutan sabit konstitusiya praktikasının əldə edilməsinin təmin edilməsi-
nin mürəkkəb prosesləri kimi dövlət və ictimai həyatın şübhəsiz konstitusionallaşdırması zamanı
mövcud sahəvi qanunvericilikdə və təşkilati-hüquqi modellərdə yeniləşdirilmiş
və ya bunun üçün
potensiala malik olan konstitusiya əsaslarının həyata keçirilməsi imkanının əsaslandırılmasına ehti-
yac yaranır.