Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə147/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   143   144   145   146   147   148   149   150   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

İCTİMAİ ELMLƏR
 
161 
Konstitusiya-hüquqi praktikanın bu istiqamətləri və müvafiq elmi-tətbiqi tədqiqatlar aşağıda-
kıları nəzərdə tutur: birincisi, qüvvədə olan Konstitusiyaya hörmətli, heç bir bəhanə altında pozun-
tulara yol verməyən yanaşma [20, s.17]; ikincisi, “konstitusionalizmin layiqli saviyyəsinin deforma-
siya olunması”-ın qarşısını alan “sağlam mühafizəkarlıq” [21, s.10]; üçüncüsü, konstitusiya mo-
dernləşməsi və islahatının metodoloji cəhətdən əsaslandırılmış ayrılması ilə konstitusiya dəyişiklik-
lərin yolları, səviyyələri və həddləri haqqında dəqiq təsəvvürün yaranması. 
F.T.Nağıyev qeyd edir ki, konstitusiya islahatlarında gənc suveren dövlətlərdə baş verən döv-
lət suverenliyinin möhkəmləndirilməsi və bazar iqtisadiyyatına keçid dövründə cəmiyyətin siyasi-
dövlət təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar sosial proseslər; ictimai münasibətlərin hüqiqi tən-
zimlənməsinin səmərəliliyinin artırılması; insanın ali sosial dəyəri kimi tanınması kimi ictimai dəyi-
şikliklər öz əksini tapır [4, s.116]. 
Bununla yanaşı, çətin ki, konstitusiya islahatını xüsusi bir forma, modernləşmə növü kimi nə-
zərdən keçirmək və ya konstitusiya modernləşməsinə aid etmək mümkündür. Bu səbədən konstitu-
siya dəyişikliklərinin yollarını - təkamül və ya inqilabi, səviyyə və həddlərini müəyyən etmək va-
cibdir: konstitusiyanın ümumi müddəalarında əks olunmuş konstitusiya prinsiplərinə toxunmayan 
ayrı-ayrı normativ dəyişikliklər, konstitusiya normalarının, konstitusiya quruluşu prinsiplərinin qis-
mən və ya sistemli yeniləşdirilməsi, yeni konstitusiyanın qəbulu olunması. Bu əsaslarla konstitusiya 
modernləşməsini “konstitusiya normaları və prinsiplərinin müvafiq hüquq subyektləri tərəfindən 
sistemli şəkildə həyata keçirilməsi yolu ilə hüquq münasibətlərinin daima təkmilləşdirilməsi mexa-
nizmi” kimi, “konstitusiya sisteminin onun radikal, əsaslı dəyişiklikləri ilə bağlı olmayan təkamül 
inkişafı praktikası” kimi müəyyən etmək olar [8, s.31]. V.V.Kireev bu problemə müraciət edərək 
konstitusiya dəyişikliklərinə “yanaşmaların metodoloji müəyyənləşdirilməsi” zəruriliyini sübut edir 
və bu yanaşmaları nəzərə almaqla konstitusiya islahatını modernləşmədən fərqləndirir: konstitusiya 
islahatı – “onun mahiyyətinə uyğun olan konstitusionalizm dəyişikliklərinə aparan konstitusiya sə-
viyyəli aktların tam və ya qismən dəyişdirilməsinin siyasi-hüquqi prosesidir” [9, s.7]. “Hüququn on-
tologiyası, qneseologiyası və aksiologiyası baxımından” bu cür teleoloji yanaşma – konstitusiona-
lizmin transformasiya olunmasına müəyyən məqsədlə yönəldilmə üzrə – ölkədə formalaşmış konsti-
tusionalizm sisteminə əhəmiyyətli dərəcədə təsir etməyən konstitusiya modernləşməsindən fərqli 
olaraq islahatın həlledici əlamətini qeyd etmək imkanı verir. Bu, ilk növbədə normativ-hüquqi xa-
rakter daşıyan qismən və ya sistemli dəyişikliklər, həmçinin konstitusiya mətnini dəyişdirmədən 
konstitusiya təsəvvürlərinin dəyişdirilməsi, konstitusiya göstərişlərinin çıxarılması və ya daxil edil-
məsinin “pərdələnmiş cəhdlər”-in həyata keçirilməsi, konstitusiya göstərişlərinin dərk edilməsi və 
tətbiq edilməsinin dəyişdirilməsinə gətirib çıxaran rəsmi təfsirdir [9, s.7]. 
Demokratiyaya transformasiya keçidində olan dövlətlərdə konstitusiya islahatları tədqiqində 
spesifik xüsusiyyətlər qeyd olunur. Belə dövlətlərdə bu, milli hüquq sisteminin qərbləşdirilməsi, 
vesternləşdirilməsi ilə birlikdə baş verir. Belə bir transformasiya gedişatında keçid dövrü təkcə siya-
si və ya hüquqi proseslərə aid deyil. Məhz bu səbəbdən elmdə köhnə ideoloji ştamplardan, damğa-
lardan və ehkamlaşdırılmış təsəvvürlərdən imtina etmək zəruridir. Belə dövrlərdə elmi biliklərin in-
teqrasiya və differensiasiya olunması imkanı yaranır. Bununla yanaşı, onların əsasında
 
dövlətin hü-
quq sistemi strukturunun surətlə yenidən qurulması prosesi gedir. Konstitusiya islahatı kimi bir fe-
nomenin dərinliyinə nüfuz etmək onun miqyasını, daxili quruluş və strukturunu, onun ünsürlərinin 
xarici hadisələrlə və proseslərlə əlaqəsini görməyə kömək edir. Konstitusiya islahatlarının tədqiqi 
təzahürlərinin mürəkkəbliyi və müxtəlifliyi, obyektiv hallardan asılılığı və vətəndaş cəmiyyətinin və 
dövlət-hüquq proseslərinin inkişafının qanunauyğunluğunun əvvəlcədən müəyyən olunması ilə diq-
qəti dərhal cəlb edir [27, s.272]. 
Bununla bərabər, konstitusiya islahatlarının gedişatında yeni dövlətçiliyin yaranması və ya 
mövcud olanın keyfiyyətcə dəyişdirilməsi qanunauyğunluqları formalaşır və meydana çıxır. Yuxarı-
da deyilənləri nəzərə almaqla hazırki tədqiqatın bu hissəsinin diskursu dövlət və hüququn transfor-
masiya olunması qanunauyğunluqlarının dərk edilməsinin müstəqil istiqamətlərindən biri kimi 
konstitusiya islahatlarının ümumnəzəri təhlilindən ibarətdir.



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin