Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə150/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   146   147   148   149   150   151   152   153   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
164 
Elmi ədəbiyyatda təsdiqlənir ki, mövcud empirik materialın əsasında məntiqi modelləşdirmə gös-
tərir ki, dövlət və hüququn pozitiv, müsbət inkişafı istisna edilmir, lakin onların hamısı bu və ya digər 
baxımdan islahatçı proseslərlə, müxtəlif növlü islahatlarla əlaqəyə girirlər. Onların arasında konstitusiya 
islahatı xüsusi yer tutur, çünki o, dəyişikliklərin əsas obyektlərinə – dövlət və hüquqa yönəlmişdir. 
Deyilənlər konstitusiya islahatlarının məzmununu, təyinatını, mahiyyətini və digər səciyyəvi 
xüsusiyyətlərini izah edən xüsusi nəzəri platformanın, biliklər kompleksinin zəruri olması haqqında 
nəticə üçün əsas kimi çıxış edə bilər. Üstəlik, bu biliklər konstitusiya hüququ çərçivəsində tətbiq 
edilmək üçün kifayət qədər obyektiv olmalıdır. Fikirlərin, konsepsiyaların, baxışların obyektiv ol-
ması tələbi konstitusiya islahatlarının tədqiq edilməsi üçün vacibdir. Müqayisə üçün müəlliflər ingi-
lis alimi A.Toynbinin onun fundamental on iki cildlik “Tarixin tədqiqi” ( 1931-1961-ci illər) adla-
nan əsərində əks olunan tədqiqatlarına istinad edirlər. A.Toynbinin fikrincə: “Marksizm nəzəriyyəsi 
bütün zamanlar üçün insan istəklərini təmin etmək üçün çox dard və təhrif olunmuş bir nəzəriyyədir 
[24, s.161]. Alimlərin fikrincə, əsasına bu nəzəriyyə qoyulmuş sovet sisteminin dağılması ingilis 
tədqiqatının nəticələrinin doğruluğunu sübut edir.
Bununla yanaşı, öz nəticə və konsepsiyalarında tarixdə sosial istiqamətindən asılı olmayaraq 
yer tutan empirikliyə əsaslanan konstitusiya islahatlarının tədqiqi nəzəri baqajdakı boşluğu doldura 
bilər və doldurmalıdır. Konstitusiya islahatı dövlətin və hüququn öz inkişafında yeni mərhələyə ke-
çidini təmin etməli olduğu üçün onun tədqiqatı son zamanlar tədqiqatçıların diqqətini əhəmiyyətli 
dərəcədə cəlb edən keçid prosesləri nəzəriyyəsi ilə müqayisə edilməlidir. Konstitusiya islahatlarının 
tədqiqinin əlaqəli nəzəriyyə və konsepsiyalar ilə qarşılıqlı münasibəti, həmçinin konstitusiya isla-
hatlarının onların sistemində tutduğu yer məsələsi də qanunauyğundur. Konstitusiya islahatlarının 
tədqiqi, şübhəsiz, konstitusionalizmin müasir nailiyyətlərinin təsiri altında formalaşır. O, həm də 
politologiyanın siyasi sistemlər, siyasi hakimiyyət və s. nəzəriyyəsi kimi konseptual nailiyyətlərinə 
də əsaslanır. Faktların xüsusi bir kateqoriyasını – göstərici hadisələri ayırmağa kömək edən hadisə-
lərin dəyərləndirilməsində ontoloji yanaşmalar da onlar (konstitusiya islahatlarının tədqiqatı) tərə-
findən qəbul olunur. Lakin, konstitusiya hüququnun nəzəri istiqamətləri sistemində konstitusiya is-
lahatlarının tədqiq olunmasını müəyyən edən əsas amil konstitusiya transformasiyasının tədqiqatı-
nın metodoloji, qnesioloji və fəlsəfi əsaslarının düzgün müəyyənləşdirilməsindən ibarətdir. Məhz 
onlar konstitusiya islahatlarının predmet sahəsini, onların mahiyyət və tətbiqi aspektlərini, onların 
porblematikasını obyektiv şəkildə müəyyən etməyə, konstitusiya islahatlarının faktoloji tərkibində 
eksperimental və qaçılmaz olanları fərqləndirməyə imkan yaradırlar. Konstitusiya islahatları tədqi-
qatlarının da digər nəzəri istiqamətlər kimi ənənəvi aspekt və poblemləri var: nəzəri-metodoloji və 
siyasi-ideoloji aspektlər; hakimiyyətin həyata keçirilməsi və ötürülməsi mexanizmlərinin yeniləşdi-
rilməsi, hakimiyyətin institusionallaşdırılması və hakimiyyət institutlarının funksional modernləşdi-
rilməsi, böhran hadisələrinin və münaqişəli vəziyyətlərin idarə olunması problemləri və s. 
Konstitusiya islahatlarının səciyyələndirilməsində onların digər məzmun və istiqamətdə aparı-
lan islahatlarla, məsələn siyasi sistem islahatları ilə, iqtisadi sistem islahatları ilə, məhkəmə islahatı 
ilə, yerli özünüidarəetmə islahatı ilə əlaqəsi məsələsi də mühüm əhəmiyyət kəsb edir. Konstitusiya 
islahatının digər islahatlarla qarşılıqlı əlaqəsini bazis və üst quruluş, iqtisadiyyat və siyasət və s. bu 
kimi kateqoriyaların bir-birinə uyğunlaşdırılmasında tapmaq olar. Belə qarşılıqlı əlaqənin əsasını 
faktiki və hüquqi konstitusiyanın nisbəti təşkil edir. Hüquqi konstitusiya hüquqi bir sənəd kimi yal-
nız faktiki konstitusiyaya, yəni cəmiyyətdə real mövcud olan münasibətlərə uyğun olduğu halda re-
al hesab olunur. Bu qanunauyğunluq konstitusiya islahatının digər bütün islahat növləri ilə qarşılıqlı 
münasibəti üçün də sarsılmaz qalır. Konstitusiya islahatı nəzəri təhlilin aparılması üçün zəruri olan 
ilkin materialını onlardan götürür. 
Lakin konstitusiya proseslərinin müstəqilliyinin zəruriliyini də unutmaq lazım deyil. Əks hal-
da onlar elmi tədqiqatların predmetini təşkil etməzdilər. Onların tədqiqatında həm empirik, həm 
funksional, həm konseptual, həm sistemli, həm də fraqmentar və institusional olanları fərqləndir-
mək bacarığı da mühümdür. Çünki bu, konstitusiya islahatının obyektiv xarakteristikasını lazımi 
metodoloji səviyyədə təmin edəcək. Konstitusiya islahatlarının dərk edilməsi və müəyyənlşdirilməsi 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin