Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə158/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   154   155   156   157   158   159   160   161   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
172 
üzvündən 4-ü Musavatı ( Mustafa Mahmudov, Məmməd bəy Şeyxzamanov, Murtuz Axundzadə və 
Nəriman bəy Nərimanbəyov), qalan 5 nəfəri isə İttihadı ( Bəhram bəy Vəzirov), sosialistlər bloku-
nu (Rza bəy Qaraşarov), Əhrarı (Hacı Hüseyn Əfəndiyev), Daşnaksütyunu ( Arşak Malxazyan ) və 
slavyan-rus cəmiyyətini ( M.Vinoqradov) təmsil edirdi. [4,s.116] AXC parlamentinin aqrar islahat 
komissiyası 1919-cu il fevralın 4-dən 1920-ci il aprelin 21-dək fəaliyyət göstərmiş və komissiyanın 
25 dəfə iclası olmuşdu. (Səməndərov s.82) Aqrar qanunla bağlı aqrar komissiya üzvlərinin vahid 
proqramı olmadığı üçün və yuxarıda qeyd etdiyimiz kimi, onların müxtəlif partiyaları ( Müsavat, 
Əhrar, İttihad, Daşnaksütyun, slavyan-rus cəmiyyəti, Sosialistlər bloku) təmsil etmələri komissiya-
nın qanun layihəsi hazırlamaq işinə mane olurdu.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qarşısında həllini gözləyən vacib məsələlər durudu. 
1918-1920-ci illər Azərbaycan tarixində siyasi cəhətdən təlatümlü illər kimi tarixə düşmüşdür. Siya-
si cəhətdən stabilliyin olmaması Parlament iclaslarına da sirayət etmişdi. Parlament iclaslarının ste-
noqrafik hesabatlarına nəzər yetirəndə görmək olur ki, əsas diqqət daha çox ərazi bütövlüyünün qo-
runması, böyük dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması, qaçqınlar məsələsi, 
maliyyə, dövlət quruculuğu, ticarət, təhsil, ticarət məsələləri və s. məsələlərə yönəlmişdi. Demək 
olar ki, iclasların əksəriyyətində hökm sürən gərgin siyasi vəziyyət daha çox gündəliyə salınaraq 
müzakirə edilmişdir. Bildiyimiz kimi, 1918-1920-ci illər ərzində Zəngəzur qəzası erməni vəhşiləri-
nin əsas qurbanına çevrilmişdi. Erməni quldur dəstələri bölgənin müsəlman əhalisinə qarşı xüsusi 
qəddarlığı, bölgədəki siyasi vəziyyət parlament iclaslarının əsas müzakirə etdiyi məsələlərdən idi. 
Məhz 20 dekabr 1918-ci il tarixli fövqaladə 4-cü iclasda Qarabağ hadisələri, Andranikin hücumları 
müzakirə edilmişdi. Gərgin siyasi vəziyyətin hökm sürdüyü şəraitdə parlament gündəliyində müza-
kirə edilən əsas məsələnin siyasi məsələlər olması aqrar məsələnin müzakirəsinin iclasdan-iclasa tə-
xirə düşməsinə səbəb olurdu. 
1919-cu il 21 avqust tarixli 67-ci iclasda aqrar məsələ ilk dəfə konkret məsələ kimi Parlament 
iclasının gündəliyinə 17-ci müzakirə ediləcək məsələ kimi salındı. Ancaq həmin iclasda Azərbaycan 
hökumət bankının, universitet açılması məsələsi ətrafında geniş müzakirələr aparıldığı üçün aqrar 
məsələnin müzakirəsi təxirə düşdü. 67-ci iclasda ilk dəfə aqrar məsələ gündəliyə salınsa da, bundan 
əvvəlki iclaslarda artıq partiyalar bu məsələ ilə əlaqədar öz bəyannamələrini elan etmişdi. Növbəti 
dəfə 1919-cu il 28 avqust tarixli 69-cu iclasının gündəliyinə məruzəçi Ağamalıoğlunun təyini ilə aq-
rar məsələ gündəliyə salındı. Bu iclasda da əsas diqqət maliyyə məsələsinə, xarici düşmənlərə ( 
Denikin, bolşeviklər) qarşı mübarizəyə yönəldiyindən yenidən aqrar məsələnin müzakirəsi təxirə 
düşdü. 
18 sentyabr 1919-cu il 74-cü iclasda məruzəçi Səməd ağa Ağamalıoğlu təyin olunmaqla tor-
paq məsələsi 20-ci məsələ kimi gündəliyə salındı. Əliheydər Qarayev çıxışında torpaq məsələsinin 
parlament iclasında əvvəl 15-ci məsələ olması, indi isə 20-ci məsələ olmasından danışdı. İnqilabdan 
iki il yarım vaxt keçməsinə baxmayaraq, torpaq məsələsinin yubadılmasına etiraz etdi. Payızın gəli-
şi ilə kəndlilərə torpaq lazımdır. Bəylər tərəfindən incidilən əkinçilər həftələrlə gəlib Əkinçilik Na-
zirliyinin binasının qarşısında dayanmalı olduğunu diqqətə çatdırdı. Təklif etdi ki, torpaq məsələsi 
birinci növbədə gündəliyə qoyularaq müzakirə edilsin. Sosialistlər fraksiyasının nümayəndəsi Əh-
məd Cövdət Pepinov və Əhrar fraksiyasının nümayəndəsi Muxtar Əfəndizadə Səməd ağa Ağamalı-
oğlunun fikrini dəstəklədi. Yanvar ayından məsələnin uzadılması ağır nəticələrə səbəb olacağını 
qeyd etdilər. 
Torpaq qanununun qəbul edilməməsi vergilərə də təsirsiz ötüşmürdü. Çünki bu məsələ həll 
olunmadan vergi də təyin edilə bilməzdi. 1919-ci il 20 sentyabr tarixli 75-ci iclasda Sosialistlər 
fraksiyasının nümayəndəsi Əliheydər Qarayev torpaq məsələsinin həllinin vacibliyindən danışıb
torpaq məsələsinin həll edilmədən vergilərin toplanmasına başlanmasının böyük problem yaradaca-
ğını bildirdi. Müsavat fraksiyasının kəndlilər üçün vergini bir-on, on iki artırılmasını onların zəh-
mətkeş deyil, bəylər olması ilə bağlayırdı. Həmin iclasda Sosialistlər fraksiyasının nümayəndəsi Sə-
məd ağa Ağamalıoğlu da çıxışında torpaq məsələsi həllini tapmayınca yer vergisinin yığılmasına 



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin