GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
182
kitabxanası universal xarakterli elmi kitabxana olduğundan həm fondların tərkibi, həm də oxucula-
rın tərkibi əsasən elmə xidmət edir. Muxtar Respublikada çalışan qeyri-akademik müəssisələrdən
olan mütəxəssislərə də nümunəvi xidmət göstərən kitabxananın bu gün 600-dən artıq oxucusu var.
Bu oxucular arasında müxtəlif elmi dərəcəsi olan alimlər,
elmi işçilər, doktorant və dissertantlar,
universitet müəllim və tələbələri daha çox üstünlük təşkil edirlər. Bu səbəbdən də onları daha çox
elmi ədəbiyyatlar maraqlandırır. Naxçıvan Bölməsinin nəzdində olan Elmi-Tədqiqat İnstitutlarının
profilinə uyğun olaraq oxucular məhz həmin istiqamətdə ədəbiyyatlara daha çox müraciət edirlər.
Kitabxanada əsasən biblioqrafiya-informasiya xidməti kataloq-kartoteka sistemi vasitəsilə
həyata keçirilir. Hal-hazırda kitabxanada fəaliyyət göstərən kataloq-kartoteka sisteminin ümumi sa-
yı 36-dır. Oxuculara xidmət işində biblioqrafiya şöbəsi tərəfindən yaradılmış müxtəlif kartotekalar:
ümumi kartotekalar, aktual mövzuları əks etdirən mövzu kartotekaları, diyarşünaslıq kartotekası
mühüm əhəmiyyətə malikdir. Bu karotekalar özündə əsasən dövri və nəşri davam edən çap məhsul-
larındakı materialları əks etdirir. Mövzu kartotekalarından “Azərbaycan elmi: inkişaf və perspektiv-
ləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Xocalı faciəsi”, “Qanlı 20 yanvar”, “Azərbaycanda rep-
ressiya qurbanları”, “Molla Nəsrəddin və mollanəsrəddinçilər”, “Azərbaycan gəncliyi”, “Həsən bəy
Zərdabi və Əkinçi qəzeti”, “Azərbaycanlıların ermənilər tərəfindən soyqırımı: erməni siyasəti”,
“Şahtaxtinskilərin tarixi” və digər mövzu kartotekaları oxucuların istifadəsindədir [3].
Kitabxanada eyni zamanda Azərbaycan dövlətçiliyinin, milli ideologiyamızın, Azərbaycançı-
lığın təbliğat mərkəzi kimi Ümummilli lider Heydər Əliyev irsinin toplanıb saxlanması
mühüm əhə-
miyyət daşıyır. Bu məqsədlə kitabxanada həm Ümummilli liderin həyat və siyasi fəaliyyətini əks et-
dirən şöbə, həm də “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı kartoteka yaradılıb. Bu kartote-
kada artıq 20-yə yaxın rubrika açılıb. Bunlardan “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər
Əliyev və neft strategiyası”, “Heydər Əliyev və Azərbaycan ordusu”, “Heydər Əliyev və Azərbay-
can dili”, “Heydər Əliyev və müstəqilliyimiz”, “Heydər Əliyev konstitusiyamızın banisidir” və bir
çox digər rubrikalar oxucular tərəfindən olduqca maraqla və fəal şəkildə istifadə olunur. Qeyd edək
ki, artıq bu kartotekanın elektron versiyası tam şəkildə hazırlanıb oxucuların istifadəsinə verilmiş-
dir. Kitabxanada ənənəvi kartotekalarla yanaşı, elektron kartotekalar da yaradılır. Ümumi sayı 65
olan elektron kartotekalara indiyə qədər 15096 qəzet, 4280 jurnal məqaləsinin biblioqrafik təsviri
yerləşdirilib. Bu proses müntəzəm olaraq davam etdirilir [3].
Dostları ilə paylaş: