İCTİMAİ ELMLƏR
183
tabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam bu sahənin daha da inkişaf etməsini
sürətləndirdi. Həmin sərəncam Naxçıvan Muxtar Respublikasında da müasir tələblərə uyğun kitab-
xanaların fəaliyyəti üçün geniş zəmin yaratdı. Belə ki, Naxçıvan şəhərindəki elektron kitabxanaların
sırasına daha bir kitabxana-AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanası da qoşuldu. 2013-cü ildə
İnformasiya və Kommunikasiya texnologiyaları ili elan olunmuş bu ildə artıq bir neçə elektron ki-
tabxanaların yaradılması Naxçıvan ziyalıları, alim və mütəxəssislərinə göstərilən diqqət və qayğının
ümdə nümunələrindən biri oldu.
4 sentyabr 2013- cü ildə AMEA Naxçıvan Bölməsinin elmi kitabxanasının elektron kitabxa-
nasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbovun el-
ektron kitabxanalarda müasir texniki avadanlıqların quraşdırılması ilə yanaşı,
onlardan səmərəli isti-
fadənin vacibliyi haqqında demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölmə-
sinin əməkdaşları elektron kitabxanadan səmərəli istifadə etməli, alim və ziyalılarımızın dünya sə-
viyyəsində tanıdılmasında, yeni elmi əsərlərin, monoqrafiya və dissertasiyaların yazılmasında kitab-
xananın imkanlarından lazımınca bəhrələnməlidirlər” [4].
2013-cü ildə yaradılmış AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasında 12 terabayt
yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, 6 oxucu yeri olan elektron oxu zalı yaradılmışdır.
Kitabxana sürət köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli iz-
lənməsi üçün bir ədəd televizor, mobil elektron lövhə ilə təmin olunmuşdur. Kitabxanamızda lokal
şəbəkə və internet səhifəsi hazırlanmışdır (3). Hal-hazırda skaner otağında kitabların elektron versi-
yası hazırlanaraq lokal şəbəkə və ya internet vasitəsilə oxuculara təqdim olunur.
AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasının təşkilindən sonra kitabxana - bibloqra-
fiya proseslərinin elektronlaşmasında yeni texnologiyaların tətbiq edilməsi
ənənəvi proseslərin el-
ektron formalara keçməsinə imkan yaratmış, biblioqrafik informasiya xidmətini sürətləndirmişdir.
Kitabxananın
Dostları ilə paylaş: