GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
170
UOT 94 479.24
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNDƏ AQRAR SİYASƏT
L.M. Sultanova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
tarix1650@yandex.ru
1918-ci ildə Azərbaycan kənd təsərrüfatı ölkəsi olduğu üçün kəndlilərin sosial-iqtisadi vəziy-
yətinin yaxşılaşdırılması vacib məsələlərdən biri idi. Torpaq məsələsinin həlli kəndlilərin yaşayışı-
nın rifahı ilə yanaşı, həm də kəndlilərin yeni təsis edilmiş hökumətə olan inamını daha da artırmış
olardı. Azərbaycan kəndində torpaqsız və ya aztorpaqlı kəndlilər mülkədarlardan torpağı icarəyə
götürüb muzdur kimi işləməyə məcbur olurdular. Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti Parla-
mentinin iclaslarında siyasi partiyaların aqrar proqramları, aqrar məsələ ilə bağlı fraksiyaların
mövqeyi, aqrar qanun layihəsi ətrafında fikir ziddiyyətləri təhlil edilmişdir.
Açar sözlər
: Azərbaycan Xalq Cümhuriyyəti, Parlament, fraksiya, aqrar islahat
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran həlli vacib məsələlərdən
biri də aqrar mə-
sələ idi. Nəzərə alsaq ki, statistik göstəricilərə görə əhalinin əksər hissəsini kəndlilər təşkil edirdi, o
zaman bir daha aqrar məsələnin xüsusi çəkisini anlamış oluruq. Azərbaycan Xalq Cümhuriyyətində
aqrar məsələnin həlli kəndlilərin sosial-iqtisadi cəhətdən inkişafına çox mühüm təsir göstərə bilərdi.
Aqrar islahatın icrası üçün müvafiq olaraq qanun qəbul edilməli idi. Məlumdur ki, aqrar məsələnin
həlli üçün 2 istiqamətdə: Parlament və Hökumət səviyyəsində işlər görülürdü.
Sovet tarixşünaslığında da Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələyə toxunulmuşdu.
Ağayev Mahmud “Müsavatın aqrar siyasəti” əsərində aqrar məsələdən qismən bəhs edərəkən parla-
mentin aqrar komissiyasının fəaliyyətindən yazmışdı. Müəllifin məlumatından aydın olur ki, torpaq
komissiyasi 1919- cu il fevral ayında təsis edilmiş, başında isə sosial-demokrat( menşevik) durmuş-
du. Parlamentin aqrar komissiyasının fəaliyyəti haqqında tam məlumat verilməsə də, onun hazırla-
dığı qanun layihəsinin 1919-cu il 2 oktyabr tarixində Parlament müzakirəsinə çıxarılması diqqətə
çatdırılmışdı. Hazırlanan qanun layihəsindən məlumat verən müəllif manastr, vəqf, xanədan, xəzinə
torpaqlarının, meşələr, suların pulsuz olaraq torpaq komitələrinə keçməsinin tələb olduğunu göstər-
mişdi. [1,s.42] Qanun layihəsinin nöqsanları barədə M.Ağayev qeyd etmişdi ki, burada torpaqların
mülkədarlardan alınmasından danışanda torpaqdan istifadə qaydalarına səthi yanaşıldığıdından layi-
hə yarımçıq idi. Çünki mülkədarlar kəndlilərdən aldığı torpağı yenidən onlara satırdı.
N.Pçelin də “ Крестьянский вопрос при Мусавате (1918-1920)” əsərində
aqrar məsələyə
toxunmuşdu. Müəllifə görə, müsavatçılar heç də aqrar məsələnin həllinə tələsmirdi. 4 fevral 1919-
cu ildə aqrar komissiyanın təsis edilməsindən məlumat verən Pçelin aqrar məsələnin parlament ic-
laslarından birindən digərinə keçdiyini yazmışdı. Müsavat ancaq “aqrar layihənin hazırlanması” da-
nışıqları ilə məşğul idi. Müsavatçılar çalışırdı ki, kəndlilər görsün ki, aqrar məsələ ilə bağlı “iş ge-
dir”. Parlamentdə aqrar qanunun uğursuzluğunu müəllif Bakı və əyalətlərdə bəylərin ”sinfi birliyi”
və yerlərdə torpaq sahiblərinin xeyrinə bəhrə vergisinin alınması ilə əlaqləndirirdi. [ 7,s.32 ]
Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti, aqrar islahat keçirilməsi üçün gördüyü işlər
sovet tarixşünaslığında hökumətin bu məsələnin həllində mülkədarların mənafeyini daha üstün tut-
ması mövqeyindən göstərilmişdi. Mövcud olduğu illər ərzində aqrar məsələnin həllinin yubadılma-
sında Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti səbəb kimi göstərilir.
Vətən tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti Parlementinin
fəaliyyətində aqrar
məsələnin müzakirəsinə həsr olunan parlament iclasları haqqında Seyfəddin Səməndərovun “1917-
1920-ci illərdə Azərbaycanda aqrar məsələ”, Ziyad Əmrahovun “Azərbaycan Parlamentarizmi-
100”, Kamran İsmayılovun “Партии и парламент в политической
системе Азербайджанской
Демократической Республики (1918-1920 гг.) və s. əsərlərdə aqrar məsələyə toxunulmuşdu. Mə-