KIMYA
ELMLƏRİ
29
Bir qrup İranlı tədqiqatçılar alüminium oksid hopdurulmuş NiCl
2
∙6H
2
O katalizatorunun iştirakı
ilə heterogen sistemdə benzil, aromatik aldehid və ammonyak mənbəyi kimi NH
4
OAc – dən istifadə
edərək 2,4,5-triaril imidazollar sintez etmişlər. İmidazolların çıxımı 86-94 % təşkil etmişdir [18].
Hindistanlı tədqiqatçılar tərəfindən kalium dihidroortofosfatın təsirilə benzil/benzoin, müxtə-
lif əvəzli aldehidlər və ammonium asetatdan 2,4,5-triaril-1H-imidazollar sintez edilmişdir. Reaksi-
yaların bir neçə istiqamətdə optimal şəraiti tədqiq edilmişdir. Reaksiyalar müxtəlif həlledicilərdə
(su, toluol, dixlormetan, metanol, asetonitril, etanol) aparılmış, ən yüksək çıxım (93 %) etanol mü-
hitində müşahidə edilmişdir. Kalium dihidroortofosfat katalizatoru müxtəlif miqdarda yoxlanmış,
ən yüksək çıxım 5 mol%-də qeydə alınmışdır. Eyni reaksiyalar benzil və benzoinlə sınaqdan keçiril-
miş,
müəyyən edilmişdir ki, reaksiyanın bitmə vaxtı və çıxıma görə benzil üstünlük təşkil edir [19].
2,4,5-üçəvəzli imidazolların üçkomponentli reaksiya üsulu ilə yumşaq şəraitdə benzil, ammo-
nium asetat və aromatik aldehiddən sintezi üçün son dərəcə səmərəli katalizator kimi nano TiCl
4
∙Si-
O
2
-dən istifadə edilmişdir. Katalizatorun üstünlükləri reaksiyanı yüksək çıxımla aparması və ən azı
üç dəfə yenidən istifadə edilə bilməsidir. Lakin katalizatorun çatışmayan cəhəti reaksiya-nın bitmə
vaxtının uzun (0.5-2.5 saat) olmasıdır [20].
GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
30
Qalay IV oksid nanohissəciklərinin (SnO
2
-NPs) təsirilə etanol mühitində fenantrenxinon və
ya asenaftenxinon, aril aldehid və ammonium asetatın üçkomponentli kondensasiyasından qısa
vaxtda (2-3 dəq.) yüksək çıxımla (84-96 %) üçəvəzli imidazollar sintez edilmişdir [21].
InCl
3
∙3H
2
O, imidazolların birmərhələli sintezində katalizator kimi tədqiq edilmişdir. Üç kom-
ponentli reaksiya ilə 54-82 % çıxımla 2,4,5-üçəvəzli imidazollar, həmçinin dördkomponentli reaksi-
ya ilə 47-84 % çıxımla 1,2,4,5- dördəvəzli imidazollar sintez edilmişdir [22]. Reaksiyalar otaq tem-
peraturunda aparılmışdır. Tədqiqat işinin əsas çatışmayan cəhətləri reaksiya vaxtının uzun olması
(6,0-9,4 saat) və sintezlərin əksəriyyətində çıxımın aşağı olmasıdır.
Dostları ilə paylaş: