Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə70/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   66   67   68   69   70   71   72   73   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Ключевые слова: 
национальный парк

дистанционное зондирование, спутниковые 
снимки Landsat, растительный покров,
 индекс растительного покрова
, мониторинг, лес 
 
 


GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1 
86 
UOT 632.931.4:634.64 
 
NARIN ƏSAS XƏSTƏLİKLƏRİ İLƏ MÜBARİZƏDƏ TƏTBİQ EDİLƏN
AQROTEXNİKANIN ROLU 
 
F.A. Quliyev, L.A. Hüseynova, 
AMEA-nın Lənkəran bölməsi, Lənkəran, Azərbaycan
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Gəncə, Azərbaycan 
fitopatoloq.Lale@mail.ru 
 
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca 
şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödə-
nilməsi üçün davamlı olaraq, müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.
Azərbaycanda yetişdirilən böyük sənaye əhəmiyyətinə malik olan subtropik bitkilərdən biri də 
nardır(Punica L.). Azərbaycanda narın becərilməsi ilə eramızdan xeyli əvvəl ibtidai əkinçilik əmələ 
gələn vaxtlardan məşğul olmuşlar. Cənubi Qafqaz coğrafi regionunda Azərbaycan əsas narçılıq ba-
zasıdır və istehsala görə qabaqcıl yer tutur. Ölkəmizdə nar əkini sahələrinin genişləndirilməsi hə-
min meyvəyə tələbatın artması, onun tərkibində keyfiyyətli müalicəvi və dietik əhəmiyyətə malik 
olan maddələrin olması ilə sıx əlaqədardır. 
Məqalədə Gəncə-Qazax coğrafi bölgəsi şəraitində nar bağlarında narın ən geniş yayılmış 
əsas xəstəlikləri ilə mübarizədə tətbiq olunan aqrotexnikanın rolu ön plana çəkilir. Aqrotexniki və 
ya qarşısıalınan mübarizə üsulunun mahiyyəti bitkilərin normal böyümə və inkişafını təmin edən 
müxtəlif tədbirləri həyata keçirməklə, ekoloji şərait yaratmaq, eyni zamanda xəstəlik törədicilərin 
yayılması və inkişafının qarşısını almaqdan ibarətdir. Ölkəmizdə ekoloji kənd təsərrüfatının inkişaf 
etdirildiyi bir vaxtda kimyəvi mühafizənin rolunu minimuma endirmək və ekoloji təmiz məhsul əldə 
etmək baxımından tətbiq edilən aqrotexnikanın, yəni aqrotexniki mübarizə üsulunun rolu mühüm 
əhəmiyyət kəsb edir.

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin