GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
96
nın ekstensivlik və intensivliyini öyrənməkdir. Həmçinin insan və digər heyvanlarla ümumilik təş-
kil edən növləri müəyyən etməkdir.
Tədqiqat metodları.
Tələf olmuş və ya kəsilmiş heyvanların daxili orqanlar tam helmintoloji yarma
metodu ilə təd-
qiq edilmişdir. Bağırsaqlar kəsilir, möhtəviyyatları kuveytə yığılır, ardıcıl
yuma və süzmə ilə hel-
mintlər aşkar edilir. Digər daxili orqanlar isə (ağciyər, qaraciyər və s.) doğranır, su ilə doldurulur,
ardıcıl yuma ilə helmintlər tapılır, toplanılır, növü təyin edilir və konservləşdirilir. Həmçinin kopro-
loji müayinələr də aparılmışdır.
Tədqiqat işinin yeniliyi.
Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra ölkəmizin sosial-iqtisadi həyatında
köklü dəyişikliklər yaranmışdır. Respublika iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatında da
islahatların aparılması nəticəsində yeni təsərrüfat formaları yaranmışdır. Belə ki, fərdi və özəl təsər-
rüfatlar yaradılmışdır. Həmçinin qoyunçuluq təsərrüfatları da. Bele təsərrüfatların üstün cəhətlərilə
yanaşı çatışmayan tərəfləri də vardır. Belə ki, belə təsərrüfatlarda vaxtlı- vaxtında dehelmintasiya,
dezinvaziya tədbirləri aparılmır, bu da helmintoz xəstəliklərinin geniş yayılmasına səbəb olur. Belə
fərdi və özəl qoyunçuluq təsərrüfatlarında yetişdirilən qoyunların xəstəlikləri və onların törədiciləri-
nin öyrənilməsi, onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması vacib məsələlərdən biridir.
Məhz tədqiqat işimizin də yeniliyi ondan ibarətdir ki, ilk dəfə biz Abşeron bölgəsinin fərdi qoyun-
çuluq təsərrüfatlarında başlıca helmintoz törədicilərini, yoluxmanın ekstensivlik
və intensivliyini
öyrəndik, həmçinin həmin helmintlər arasında digər heyvanlar və insanla ümumi olan növləri aşkar
etdik.
Dostları ilə paylaş: