Gənc təDQİqatçI, 2020, VI cild, №1



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə73/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   69   70   71   72   73   74   75   76   ...   175
Genc Tedqiqatci N1 2020 (1)

Tədqiqatın məqsədi.
Tədqiqatın əsas məqsədi və vəzifələri 2018-2020-ci illər ərzində nar bitkisinin əsas xəstəliklə-
rinin və xəstəlik törədicilərinin növ tərkibinin öyrənilməsi və onların başlıcalarına, yəni ən çox təsa-
düf olunanlarına qarşı təkmilləşdirilmiş, daha mütərəqqi mübarizə üsullarının işlənib hazırlanmasın-
dan ibarətdir. Tədqiqatın proqramına aşağıdakı məsələlərin öyrənilməsi daxil edilmişdir
1.
Nar plantasiyalarının mikobiotasının öyrənilməsi və onun ən zərərli nümayəndələrinin 
aşkar edilməsi
2.
Nar bitkisinin ən təhlükəli xəstəlik törədicilərinin bioekologiyasının öyrənilməsi
3.
Nar bitkisinin əsas xəstəliklərinin yayılmasının və zərərinin müəyyən edilməsi;
4.
Tədqiqat aparıldığı bölgədə əsas xəstəliklərin inkişaf dinamikasının öyrınilməsi; 
5.
Narın əsas xəstəliklərinə qarşı elmi əsaslandırılmış mübarizə üsullarının işlənib hazır-
lanması; 
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, aşağıdakı problemlərin tədqiq edilməsi nəzərdə tu-
tulmuşdur; 
1.
Gəncə-Qazax coğrafi bölgəsində nar bitkisinin əsas xəstəliklərinin yayılmasının və zərə-
rinin aydınlaşdırılması; 
2.
Nar bitkisinin xəstəliklə sirayətlənmiş orqanlarının ( yarpaq, meyvə və s.) fitopatoloji 
laboratoriyada müayinəsi və diaqnostikasının həyata keçirilməsi; 
3.
Əsas xəstəlik törədicilərin identifikasiyası, xəstəliklərin əmələ gəlməsi və inkişaf dina-
mikasının öyrənilməsi; 
4.
Başlıca xəstəlik törədicilərin yerli şəraitdən asılı olaraq, bəzi bioloji inkişaf xüsusiyyət-
lərinin dəqiqləşdirilməsi; 
5.
Əsas xəstəliklərə qarşı tətbiq edilən fungisidlərin təsir müddətinin öyrənəlməsi
6.
Müxtəlif təsir mexanizminə malik olan fungisidlərin ayrı-ayrı çiləmə müddətlərində sı-
naqdan keçirilməsi və optimal çiləmə müddətinin təyin edilməsi; 
7.
Yayılması və zərərinə görə iqtisadi əhəmiyyət kəsb edən xəstəliklərə qarşı fungisidlərin 
tətbiqi, onların bioloji, təsərrüfat və iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi. 

Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin