AÇIQ HÖKUMƏT KONSEPSIYASININ AZƏRBAYCANDA TƏTBIQI XÜSUSIYYƏTLƏRI
Əlizadə Elməddin Musaxan oğlu
AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun doktorantı
email: elmeddin.zade@gmail.com
Açıq Hökumət probleminə müxtəlif nəzəri baxışlar mövcuddur. Bir tərəfdən açıq hökumət texnoloji dəyişikliyin nəticəsi kimi idarəetmədə Web2 texnologiyasının findamental rol oynamasının nəticəsidir. Digər bir tərəfdən açıq hökumət ictimai xidmətlərin dəyərində baş verən dəyişikliyə uyğun olaraq yeni ictimai təşkilatlanma mədəniyyətinin zəruri olaraq meydana gətirdiyi struktur dəyişikliyidir. Bütün nəzəri baxışlar təsdiq edir ki, Açıq Hökumət müasir dövrün idarəetmə modelidir. Guardian Orta yazır ki, hökumətin həyata keçirdiyi siyasi doktrina bütün səviyyələrdə ictimai araşdırma və nəzarət üçün açıq olmalıdır. Calderon və Larenzonun fikrincə, açıq hökumət vətəndaşların nə dediyinin və nə soruşduğunu eşitmək üçün olarla daimi müzakirələr aparan, vətəndaşların istək və arzularına əsaslanaraq qərarlar qəbul edən, xidmətlərin göstərilməsində vətəndaş-dövlət əməkdaşlığını asalaşdıran açıq və şəffaf kommunikasiya quran dövlətdir [1,13].
Şəffaflıq, iştirakçılıq və əməkdaşlıq prinsipləri əsasında açıq hökumət informasiya texnologiyalarına əsaslanaraq idarəetməni modernləşdirmək və hökumətin səmərəli fəaliyyətini gücləndirmək üçün yeni strateji yol kimi dəyərləndirilə bilər. Hökumət qərarları qəbul edərkən, ictimai layihələri həyata keçirərkən vətəndaşların ehtiyaclarını nəzərə ala bilmək üçün şəffaflığa üstünlük verir. Şəffaflıq informasiyanın bütün ictimaiyyət üçün əlçatan olması və hökumətin qərarları barədə məlumat olması kimi müəyyən olunur. Demokratik hökumət üzərində ictima nəzarət mexanizmi olan şəffaflıq siyasəti vətəndaşların hökumət informasiyasını sərbəst əldə etməsi, bürokratiyanın korrupsiya hərəkətlərinin qarşısını almaq üçün tətbiq olunan mühüm vasitədir.
Vətəndaşların ictimai xidmətlərin göstərilməsi üzərində nəzarət etməsi hökumətlə vətəndaşlar arasında qarşılıqlı inam yardaraq geniş əməkdaşlıq üçün şərait yaradır. Açıqlıq siyasi sistemin nüfuzunun güclənməsi üçün tələb olunan inamı yaradır. İctimai xidmətlərin həyata keçirilməsi baxımından açıq hökumət idarəetmə sisteminin ictimai nəzarət və yaxşılaşdırmaya açıq olması mənasını verir.
Açıq hökumət dedikdə hökumətin və ictimai xidmətlərin idarə edilməsinin bütün tərəflərinin ictimai müzakirə üçün açıq olması nəzərdə tutulur. Beləliklə açıq hökumət idarəetmə sahəsinə geniş yayılmış mədəni və texniki reallıqdır [3, s.7]. Açıq hökumət yalnız internet erasında mümkün ola bilən yeni hökumət modelidir.
Bu model dövlət, vətəndaş və biznes arasında güclü, inamlı münasibətlər qurmaq üçün inzibati islahatların həyata keçirilməsinə əsaslanır. İnternet texnologiyalarıdaha effektiv iştirakçılıq modelinin qurulmasına imkan yaradır. Bunu nəticəsində, açıq hökumətin şəffaflıq, iştirakçılıq və əməkdaşlıq prinsipləri demokratiyanı gücləndirir, hökumət və vətəndaşların birgə fəaliyyətinə təkan verir. Hökumət vətəndaşların öz problemlərini özləri həll edə biləsi üçün onları informasiya ilə silahlandırmalıdır. İnformasiya texnologiyaları informasiya və məlumatı toplamaq, ümumiləşdirmək, nəşr etmək, paylaşmaq, görüntüləmək, məlümatı daha effektiv etmək üçün dəyər əlavə etmək inkanları yaradır.
Müasir texnologiyalar vətəndaşlarla dövlət arasında münasibətlərin köklü şəkildə dəyişməsinə imkan verir. İnformasiya texnologiyaları idarəetmə sahəsində və ictimai xidmətlərin həyata keçirilməsində modernləşmə üçün böyük potensial yaradaraq hökumətlərə öz fəaliyyətlərinin yenidən qiymətləndirmək və dəyişmək imkanı verir. Bu mühit idarətemədə yeni mədəni dəyər yaradır. İnformasiya texnologiyalarının tətbiqi hökumətlə vətəndaşlar arasında münasibətlərin yeni formalarını yaradır.
Açıq hökumət vətəndaşların hökumətin idarəetmə işində yaxından iştirakçılığını təmin edən açıq platformadır. Hökumətin fəaliyyətinin yaxşılaşması ilə bağlı cəmiyyətdən gələn ideyaların qəbul edilməsi hökumətin açıqlığının əsas şərtidir.Hökumət informasiyanın əlçatan və faydalı olması üçün tədbirlır həyata keçirməli, vətəndaşlar, özəl sektor və işçilərə öz ideya və fikirlərini paylaşmaq üçün məkanlar yaratmalıdır. Açıq hökumətin əsas prinsipi olan şəffaflıq məlumatların ictimaiyyət üçün açıq olmasıdır. İnfromasiyanın açıqlığı üçün mühüm infrastruktur yaradılmalıdır.
Bütün vətəndaşların istifadə edə bildiyi onlayan platforma informasiyanın əlçatanlığını təmin edir. Vətəndaşların açıq hökumət planlarına cəlb olunmasının ən geniş yolu onlayn vasitələrdən istifadə etməkdir. Onlayn ictimai iştirakçılıq yeni ideyaların yaranması, problemlərin həll olunması üçün yeni yanaşmaların yaranması, ictimai açıqlığı təmin etmək, cəmiyyəti maarifləndirmək, formal və qeyri-formal əks əlaqəni təmin etmək imkanı verir. Onlayn ictimai iştirakçılıq karudsorsinq və ideya yaratma, onlayn müsabiqə və yarışlar, wiki texnologiyalar, onlayn söhbətlər və sosial media vasitəsilə həyata keçirilir.
Açıq hökumət konsepsiyası hökumətlərin öz fəaliyyətlərində üç əsas prinsipə sadiqliyini tələb edir: şəffaflıq, iştirakçılıq və əməkdaşlıq [4,21].
Açıq hökumət siyasətinin istiqamətlərindən biri hökumət idarələrinin sosial mediyaya açıq olmasıdır. Dövlət orqanları və onların vəzifəli şəxsləri twitter, youtube, facebook social şəbəkələrindən geniş istifadə etməklə vətəndaşlarla əlaqə qurmağa üstünlük verməlidirlər. Açıq Hökumət təşəbbüsləri xüsusən Web2 texnologiyası və sosial media vasitələri elə bir arxitektur yaradır ki, vətəndaşlar xidmətlərin passiv içtirakçısı olmur, həm də öz hüquqlarının təmin olunmasıda aktiv iştirak edirlər.
2009-cu ildə ABŞ prezidenti Barak Obama özünün ilk addımı kimi Şəffaflıq və Açıq Hökumət Memorandumunu elan etmişdir. Bu memorandum şəffaflıq, iştirakçılıq və əməkdaşlığı açıq hökumətin əsas meyarları kimi irəl sürür. 2009-cu ilin dekabrın 8-də təsdqi edilmiş Açıq Hökumət Direktivi eyni prinsiplərə söykənərək dövlət infromasiyasının açıqlığını genişləndirmək, informasiyanın keyfiyyətini yaxşılaşdırmaq, açıq hökumət mədəniyyətinin yaradılması və vətəndaşların idarəetmədə iştirakçılığını təmin edən təsisatların formalaşmasını tələb edir [5,9].
Azərbaycan müstəqil dövlət kimi şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması sahəsində siyasətin ardıcıl həyata keçirilməsini təmin etmək üçün “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edilmişdir [6].
Milli Fəaliyyət Planına uyğun olaraq şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı tədbirlərin görülməsi təmin ediləcəkdir:
İnformasiya əldə edilməsinin asanlaşdırılması
Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi
Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi
Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi
Elektron xidmətlərin təkmilləşdirilməsi
Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması
Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması
Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması
Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi
Azərbyacanda daha şəffaf, səmərəli və hesabatlı hökumət qurmaq üçün Açıq Hökumət Məlumatı nəzəriyyəsinin uğurla tətbiq edilməsi üçün aşağıdakı suallara elmi cəhətdən əsaslandırılmış cavab vermək lazım gəlir.
Açıq hökumət məlumatının faydası nədir?
Açıq Hökumət Məlumatının idarəetmədə mövcud statusu nədən ibartədir?
Hökumətin açıq olmasının əsas istiqamətləri hansılardır?
Ölkədə Açıq Hökumət təşəbbüsləri ilə bağlı hansı addımlar atılır?
Hansı problemlər meydana gələ bilər?
Gələcəkdə hansı tədbirlər görülməlidir ki, bu siyasət genişlənsin?
Ədəbiyyat
Open Government İmplementation Model: Moving to İncreased Public Engagement http://www.a51.nl/storage/pdf/
Freddy Mariñez Navarro Open Government: how to teach their lessons? http://www.freddymarinez.com/docs/OPEN-GOVERNMENT.pdf
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyahttp://president.az/articles/11312)
Ubaldi, B. (2013), “Open Government Data: Towards Empirical Analysis of Open Government Data Initiatives”, OECD Working Papers on Public Governance, No. 22, OECD Publishing. http://dx.doi.org/10.1787/5k46bj4f03s7-en
USAİD Open Government Plan V2.0 04.09.2012
http://pdf.usaid.gov/pdf_docs/pdact584.pdf
Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət PlanıAzərbaycan Respublikası Prezidentinin2012-ci il 5 sentyabr tarixli 2421 nömrəliSərəncamı ilə təsdiq edilmişdirhttp://www.justice.gov.az/31.htm
Dostları ilə paylaş: |