Gəncə-Naftalan Sağlamlıq Mərkəzində, təbii naftalan nefti və ondan alınmış müalicəvi naften yağı ilə eləcə də dərman bitkiləri və müxtəlif arı məhsullarından


BÖLMƏ I NAFTALAN nefti haqqında qısa məlumat



Yüklə 2,25 Mb.
səhifə2/3
tarix25.12.2016
ölçüsü2,25 Mb.
#3103
1   2   3
BÖLMƏ I
NAFTALAN nefti haqqında qısa məlumat
Bioaktiv maddə olan naftalan nefti (yağı) müalicəvi əhəmiyyətinə görə dünya miqiasında analoqu olmayan yeganə neft olub, yalnız Azərbaycanda tapılmışdır.

Qədim Gəncə şəhərindən 50km. aralı məsafədə yerləşən Murovdağ silsiləsinin ətəyində qara-qonur rəngli naftalan nefti çıxarılır. Bu neft qədim dövrlərdən müxtəlif dəri xəstəliklərinin osteoxondrozun, revmatizmanın, qızıl yelin və s. müalicəsində müalicə yağı kimi istifadə edilmişdir. 1890-cı ildə Alman mühəndisi E.İ.Yeqor naftalanda xüsusi torpaq sahəsini istifadəyə götürərək quyu qazdırıb naftalan neftini çıxırtdırır, primitiv xəstəxana və zavod tikdirir. Bu zavoda patentləşdirilmiş naftalan mazı istehsal edir. Onlar həmin zavodda susuzlaşlırılmış naftalan neftini sulfat tuşusu ilə emal edərək tərkibində aromatik karbohidrogenlər olan qətransızlaşdırılmış naftalan mazı istehsal edirlər. E.İ.Yeqor Almaniya ölkəsində 2 şirkət yaradır. Qətransızlaşdırılmış naftalan neftini Almaniyadakı şirkəilərə – Maqdenburq və Drezden şəhərlərində naftalan auksioner cəmiyyətinə göndərir.

Həmin şirkətlərdə bu yağın tərkibinə müxtəlif komponentlər əlavə etməklə müxtəlif dərmanlar hazırlatdırıb ayrı-ayrı ölkələrə qızıl pula satdırır.

1912-ci ildə başqa bir Alman mühəndisi A.Kevel, naftalan neftindən istifadə edərək müxtəlif dərman preparatları hazırlatdırıb satış üçün müxtəlif ölkələrə göndərir.

1968-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin Naftalan şəhərində naftalan neftinin probleminə həsr edilmiş konfransda Azərbaycan ET Aşqarlar kimyası institunu direktoru kimya elimləri doktoru 3-dəfə Dövlət Mükafatı lauriatı prof. Mərhum Ə.M.Quliyev və onun aspirantı Ə.N.Muradov çıxış edərək təbii naftalan neftinin mürəkkəb maddə olunduğunu və onun tərkibində aşağıdakı karbohidrogen quruplarının:


  1. naften karbohidrogen qruppu – 55%

  2. yüngül aromatik karbohidrogenlər – 9,0%

  3. orta aromatik karbohidrogen – 11-7%

  4. ağır aromatik karbohidrogen – 10,1%

  5. qətran maddəsi - 14,2%

olması haqqında məlumat verirlər. Həmin konfransda iştirak edən həkimlərə və elmi işcilərə bizim tərəfimizdən məlumat verildi ki, bu neft üçün əsas xarakterik cəhət yüksək xüsusi çəkiyə (0,94qr/sm3) malik olmaqla tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenin olmamasıdır. Tərkibində kifayət miqdarda qətranın olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi onun başqa neftlərdən fərqləndirir. Ə.M.Quliyevin konfransda naftalan nefti haqqında söylədiyi fikirlər böyük marağa səbəb oldu.

Kimyaçı alim Ə.N.Muradov 1968-1970-ci illərdə susuzlaşdırılmış naftalan neftini otaq temperaturunda xromotoqrafik adsorbsiya üsulu ilə tərkib hissələrinə ayırmış alınan hər bir karbohidrogen qrupunun tərkibini və xarakteristikasını müəyyənləşdirmişdir. Cədvəl 1-də naftalan neftinin fiziki-kimyavi xassələri, cədvəl 2-də isə karbohidrogen tərkibi və bu nefdən ayrılmış karbohidrogen qrupunun xarakteristikası verilmişdir.



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin