Naftalan neftinin fiziki-kimyavi xassələri
Cədvəl 1
Xüsusi çəki d420
|
500S temperaturada şərti özlülük
|
Temperatura C0
|
Turşuluq %
|
Miqdarı %
|
Fraksiya tərkibi
|
Alışma
|
Donma
|
Adsorbentlə aylılmış qətran
|
Asfalt
|
Kükürd
|
Azot
|
Başlanğıc qaynama temperaturu
|
3500S qaynayan fraksiya %
|
0,9395
|
51,48
|
125
|
-20
|
1,29
|
11,4
|
0,49
|
0,31
|
0,24
|
238
|
25
|
Naftalan neftinin kimyavi tərkibini hansı karbohidrogen qrupundan təşkil olunduğunu təyin etmək üçün bizim tərəfimizdən kompleks fiziki kimyavi metodlardan istifadə edərək nefti öz tərkib hissələrinə ayıraraq tədqiq etmişik.
Naftalan neftinin karbohidrogen tərkibi və ondan ayrılmış
karbohidrogen qrupunun xarakteristikası
Cədvəl 2
-
Karborhid-rogen qrupu
|
Çıxımı, %
|
nD20 – işıq sındırma əmsalı
|
d420 – xüsusi çəkisi
|
Molekula kütləsi
| Qrup-quruluş tərkibi |
Molekulda həlqələrin sayı
|
Karbonun miqdarı, %
|
hü
|
ha
|
hn
|
cn
|
cp
|
Naften
|
55,0
|
1,4830
|
0,8870
|
285
|
2,5
|
-
|
2,5
|
59,0
|
41,0
|
Aromatika: yüngül
|
9,0
|
1,5152
|
0,9373
|
330
|
2,8
|
0,9
|
1,9
|
55,7
|
44,3
|
orta
|
11,7
|
1,5549
|
0,9944
|
290
|
3,5
|
1,5
|
2,0
|
75,8
|
24,2
|
Ağır aromatik karbohid-rogenlər
|
10,1
|
1,6125
|
1,0492
|
345
|
4,7
|
3,1
|
1,6
|
80,0
|
20,0
|
Qətran
|
14,2
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
|
-
|
hü – ümumi həlqələrin sayı
ha - aromatik həlqələrin sayı
hn - naften həlqələrin sayı
cn - naften həlqəsində karbonun %-lə miqdarı
sp - yan zəncirində karbonun %-lə miqdarı
Xromotoqrafiya adsorbsiya üsulu ilə naftalan neftinini öz tərkib hissəsinə ayırıb hər bir karbohidrogen qrupunun bioloji aktivliyi, müalicə etmə (müxtəlif xəstəlikləri) qabiliyyətini tam müəyyən etmək üçün Azərbaycan Elmi Tədqiqat Kurortologiya və fiziki metodla müalicə institutunda, Azərbaycan Dövlət Tibb Universitetinin mikrobiologiya kafedrasında, Azərbaycan Elmi Tədqiqat Fiziologiya İnstitutunda, Bakı Dövlət Universitetinin fiziologiya Kafedrası, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq kafedrasında, və Moskva şəhərində bir neçə klinikalarda tədqiqat işləri həyata keçirilmişdir.
Aparılan çoxsaylı tədqiqat işləri nəticəsində müəyyəe edilmişdir ki, Naftalan neftinin 55%-nı təşkil edən naften yağ karbohidrogen qrupu yüksək bioloji aktiv xassəyə malik olub əsas müalicə edici qabiliyyəti olan təbii karbohidrogen qrupudur. Yuxarıda adları göstərilən elmi tədqiqat institutlarının və tibbi müalicə mərkəzlərinin verdiyi rəyə görə naftalan neftindən ayrılmış ağır və orta aromatik karbohidrogenlər və qətran maddəsi konsorogen olub, toksiki xassə göstərir, bioloji aktiv xassəyə malik deyillər.
Ə.N.Muradov naftalan neftinin kimyəvi tərkibini müasir fiziki-kimyəvi üsullarla tədqiq etməklə və həkimlərin apardıqları kompleks müalicə üsullarına əsaslanaraq aşağıdakı nəticəyə gəlmişdir: otaq temperaturasında susuzlaşdırılmış təbii naftalan neftindən ayrılan ağ rəngli müalicəvi naften yağı, yüksək fizioloji aktiv xassəyə malik olub, tərkibi kondensləşmiş qapalı qurluşlu 4-5 və 6 nüvəli sikloparofinlərdən təşkil olmaqla insan orqanizmdəki ferment, hormonlar və D qrup vitaminlərinə oxşardır. Naftalan neftinin yüksək müalicə etmə qabiliyyəti onun tərkibindəki, kondensləşmiş çox nüvəli naften karbohidrogenlərinin olmasına görədir.
Gəncə şəhərində 2006-cı ildən fəaliyyət göstərən «Gəncə – Naftalan Sağlamlıq Mərkəzində» baş həkim Ş.Babayevin rəhbərliyi ilə naftalan nefti və ondan alınan müalicəvi naften yağı ilə xəstələrin kompleks müalicəsi aparılır. Naftalan neftinin bioloji aktiv təsirə malik xassələri onun iltihab əleyhinə sorulma qabiliyyətinə, damar genişlənmə, ağrı kəsici, antimikrob və bakteristik xüsusiyyətləri imkan verir ki, müalicə üçün geniş şəkildə tədbiq edilsin. Susuzlaşdırılmış təbii naftalan neftinin tərkibində qətran və aromatik birləşmələr olduğu üçün müalicə məqsədi ilə onu daxilə qəbul etmək olmaz. Lakin Ə.N.Muradov tərəfindən naftalan neftindən otaq temperatunda ayırdığı ağ rəngli müalicəvi naften yağı «Gəncə Naftalan Sağlamlıq Mərkəzində» (GNSM) tromboflebitin, radikulitin, qızıl yelin, osteoxondrozun, hər cür dəri yanığı xəstəliklərin, daxili şişlərin, mədə və 12 barmaq bağırsaq yaralarının, babasil və yoğun bağırsaqda əmələ gələn xəstəlikləri, ağız boşluğunda əmələ gələn səpkilər, qızartıların müalicəsi, dişlərin dibinin iltihabının müalicəsi aparılır. Ən maraqlı hadisələrdən biri də Gəncə şhərində fəaliyyət göstərən GNSM-də müalicəvi naften yağı ilə zob və mədəaltı vəzlərin funksiyası pozulduqda ona qarşı effektli müalicə aparılır.
GNSM-də naftalan nefti və ondan alınan ağ rəngli müalicəvi naften yağı ilə xəstələr üzərində aparılan müalicə üsuları əyani olaraq aşağadakı şəkillərdə əks etdirilmişdir.
GNSM-nin kimya-laboratoriyasında sikloparofinlərdən ibarət müalicəvi naften yağının istehsalı, həkimlərin tələbini ödəmir. Otaq temperaturunda naften yağını yarım istehsal qurğu ilə, sutkada 10-20 litr və daha artıq istehsal etmək üçün, müəyyən maliyyə dəstəyi tələb olunur. Naften yağı istehsalı üçün bizim tərəfimizdən işlənmiş (yeni texnoloji metodla) tələb olunan avadanlıqlar, adsorbentlər və həlledicilər aşağıdakılardır: silikogel və alumosilikat adsormentləri.
- həlledicilər – petroleyn efiri, sikloheksan.
Lazım olan cihaz və avadanlıqlar – vakkum nasos, distillə qurğusu, rezervuar, kompressor, fotokalorimetr, termostat, quruducu şkaf, reaktor və s. avadanlıqlar.
GNSM-də baş həkim Ş.Babayevin, kimyaçı-bioloq Ə.Muradovun rəhbərliyi ilə navftalandan alınmış müalicəvi naften yağı ilə müxtəlif dərman bitkilərinin efir yağlarını, ekstraktlarını, spitdə tenkturasını təyin edilmiş dozada əlavə etməklə müxtəlif məlhəmlər, dəri yumuşaldıcı kremlər, üz qırışları və sinirlərin müalicəsi üçün yeni preparatlar, saçın tökülməsinin qarşısını alınması, müxtəlif şampunlar hazırlanması nəzərdə tutulmuşdur.
Hazırda Gəncə-Naftalan Sağlamlıq Mərkəzində bu ecaskar yağ sayılan naften karbohidrogenləri ilə xəstələr üzərində kompleks müalicə aparılır. Bu müalicə üsulları aşağıdakılardır:
-
Sümük-oynaq və əzələ sistemi xəstəlikləri;
-
Periferik sinir sistemi xəstəlikləri;
-
Dəri xəstəlikləri;
-
Qadın xəstəlikləri;
-
Uroloji xəstəliklər;
-
Kişi və qadın sonsuzluğu;
-
Mədə-bağırsaq sistemi xəstəlikləri;
-
Periferik dammar xəstəlikləri;
-
Fizioterapiya;
-
Fitioterapiya - dərman bitkilərinin efir yağları, qatı ekstraktları və təbii balla aparılan müalicələr.
BÖLMƏ II
FİTOTERAPİYA – BİTKİLƏRLƏ MÜALİCƏ
Xalq təbabəti, xalqın minillər ərzində əldə etdiyi təcrübələrlə zəngin tükənməz xəzinəsidir. Bu xəzinədən həmişə istifadə etmək lazımdır.
Məhşur Yunan həkimi Hipokrat, 2310 il bundan qabaq 200-qədər dərman bitkisində istifadə etmiş və onların adlarını öz əsərində çəkmişdir.
Azərbaycanda dərman bitkilərinin öyrənilməsi xalq təbabəti ilə sıx bağlıdır. Təkcə onu demək kifayətdir ki, ürək-damar sistemi xəstəliklərində işlədilən dərmanların 80% bitkilərdən alınır. Hazırda elmi təbabətdə 250 –dən artıq bitki xammalından müalicə vasitəsi kimi istifadə edir. Bəşəriyyətin ilk inkişaf dövründən bəri bitkilər insanlar üçün ən yaxşı qida və dərman vasitələrindən biri olmuşdur. Qızılgül, reyhan, əsməgül, qərənfil, ətirşah, inciçiçəyi və bir çox başqa ətirli dərman bitkilərinin çiçəklərinin qoxusu insanın sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda dərman bitkilərinin becərməsi sahəsində müəyyən naliyyətlər əldə edilmişdir. Respublikamızın tropik və subtropik rayonlarında zəfəran, evkalibt, limon, portağal, razyana,badam, ərik, nar, incil, və digər qiymətli bitkilərin becərilməsi təşkil edilmişdir. Azərbaycan respublikasının təbbi sərvəti dərman bitkilərinin planlı surətdə tədarükünün təşkili üçün son dərəcədə əlverişlidir. Gəncə şəhərinin ətraf rayonlarından Daşkəsən, Gədəbəy, Göy-Göl, Samux ərazilərində müxtəlif dərman bitkiləri bitir. Bu rayonların mineral elementlərlə zəngin olan torpağında bitən dərman bitkilərinin tərkibində müxtəlif vitaminlər, ətirli efir yağları, karatinoid, aşı maddələri, bioloji aktiv maddələr, müxtəlif qlikozitlər, askorbin turşusu, linalol, sitronellol vəs. maddələrlə zəngindir.
GNSM-də fitoterapiya sahəsində çalışan əməkdaşları ilin müxtəlif fəsillərində aşağıda adları çəkilən dərman bitkilərini, meyvə və giləmeyvələri: dazıotu (zveroboy / hypertcum perioratum L.), boymadərən (tısəçalistnik), razyana (duşiüa obıknovennaə), andız (devəsil vısokiy), acı bıyan (qebeliə lisoxvostnikovaə), qanqal (bodəq), qaraqovak (topolğ çёrnıy), qarakəndalaş (budina çёrnaə), qatırquyruğu (xvoh polevoy), solmazçiçəyi (bessmertnik), qırxbuğun (qreçixa), dağtərxunu (pejina), damaotu (pustırnik), dəvədavanı (matğ i maçexa), itburnu (şipovnik), bağayarpağı (podorojnik), moruq (ejevika), çiyələk (zemlənika), qarağat (smorodina), qaragilə (çernika), qoz, fındıq və s. toplanıb havalı və kölgəli yerdə qurudularaq onları müalicə üçün istifadə edirlər.
Dərman bitkiləri və onun xalq təbabətində istifadəsinə həsr edilmiş layihədə qarşımıza qoyulan əsas məqsəd bu dərman bitkilərindən, meyvə və giləmeyvələrdənalınan bioaktiv maddələrin efirini ekstraktlarını məlhəm və konsentrat halında olan yağlarını təbabətin farmokologiyanın və kimya əczaçılıq sənayesinin tələbini ödəyən miqyasda istehsal etməkdir. Bu tələbi yerinə yetirmək üçün biziim tərəfimizdən Gəncə ətrafı rayonlarda dərman bitkiləri toplanıb tədarük olunan sahələrdə çardaqlar (40-50m2) tikdirib onun içərisində ətirli bitkiləri qurutmaq, tədarük edib sortlaşdırma aparmaqdır.
Dərman bitkiləri, ətirli meyvə və giləmeyvələr qurudulub tədarük edildikdən sonra, onlardan müxtəlif texnoloji üsullarla bioaktiv maddələrin, efir yağlarının, sirop və ekstraktların kütləvi şəkildə (sənaye miqiyasında) istehsalını əldə etməkdir. Bu sahədə biziim qarşımızda əsas çətinliklər müxtəlif soyuducu aparatların, fotokolorimetrin, termostatın, distillə qurğuların, enerjiyə qənaət edən qızdırıcıların və s. qurğu və cihazlara olan ehtiyacımızdır. Bu qurğu və cihazları almaq üçün bizə maliyyə dəstəyi lazımdır.
Bizim tərəfimizdən aşağıda müalicə üçün tədbiq edilən dərman bitkilərindən meyvə və giləmeyvələrdən yeni texnologiya əsasında hazırlanmış preparatların laborotoriyada görünüşü.
Azərbaycan Respublikası Gəncə şəhəri, Nizami küçəsi – 72
Tel.: (+99422) 56 32 16, faks: (+99422) 52 10 09, mobil: (+99455) 768 33 27, (0099450) 363 55 97
Web sayt: http://www.naftalansm.com E-mail: ganja_naftalan@yahoo.com
Dostları ilə paylaş: |