Aparıcı: 1906-1907-ci illərdə digər ziyalılar və əziz dostu Sabirlə birlikdə Şamaxı şəhərində kitabxananın yaradılması işində Səhhət yaxından iştirak etmiş, öz şəxsi kitabxanasından götürdüyü bir neçə qiymətli əsəri bu yeni mədəniyyət ocağına bağışlamış, onun açılışı mərasimində kitabxana işinin xalqın tərəqqisində roluna dair parlaq bir nitq söyləmişdir. Vətəninə canı, qanı ilə bağlı olan şair millətinin savadlanması, elm, mərifət sahibi olması üçün əlindən gəldiyincə çalışırdı.
Abbas Səhhət XX əsrin əvvəllərində ən gözəl uşaq şeirlərini yazan şairlərdən idi. Onun uşaq şeirləri ahəngdarlığı, səmimiliyi və axıcılığı ilə fərqlənir.