Fikrət Əlizadə
Dildə və kommunikasiyada gender amili
Müxtəlif təbəqə, vəzifə, peşə, yaş və jinslərə eyni zamanda xidmət göstərən ən möhtəşəm, ən möjüzəli, yeganə ünsiyyət vasitəsi dildir. Əlbəttə, bu jür fikri leksikası zəngin olmayan dillər haqqında demək olmaz. Düzdür, belədə istər Afrika tayfaları, istərsə Amerika hünduları sözlə də olmasa, digər vasitələrlə – jest, mimika və s. işarəvi yollarla öz fikirlərini çatdırmağa nail olurlar. Şübhəsiz ki, söz qüdrətli silahdır. O olmadıqda mürəkkəb anlayışlara yollar bağlanır. Elə dillər var ki, onun leksik omonimliyini ton tənzimləyir və eyni kök, məsələn, amorf Çin dilində 4 tona – adi, enən, qalxan, enib-qalxan tona görə müxtəlif mənalar daşıyır. Flektiv ərəb dilində kök samitlərin müxtəlif qəliblərə düşməsi külli miqdarda söz yaradır. İltisaqi Azərbayjan dili dünyada ən zəngin dillər sırasında duraraq, səsləniş və imkanlarına görə türk dillərinin tajı hesab olunur. İtaliyada ali musiqi təhsili almış böyük mügənnimiz Bülbül Aşıqların 11 qurultayında (1938) bir sıra rus musiqi nəzəriyyəçilərinin fikrini də əsas tutub qeyd etmişdir ki, doğma dilimiz vokal – opera sənəti üçün hədsiz uyğun gələn italyan dilindən heç də geri qalmayaraq, hətta onu özünəməxsus sait çoxluğu və spesifikliyinə görə üstələyən ən melodik dillərdəndir.
Azərbaycan dilinə hər bir klassiki, hər cür sahənin fikir dahisini çevirmək mümkündür. Çünki dilimizdəki həm leksik imkanlar, həmçinin poetik-üslubi çalarlar əcnəbi dildəki fikirləri, demək olar ki, əslinə yaxın, və ya eyni ilə tərcümə etməyə yol verir.
Dildəki imkanlar, onun leksikası çiy material, bir növ, istifadəsiz rəng palitrasını, çalınmamış alət klaviaturasını xatırladır. Qəlbləri istənilən səmtdə riqqətə gətirmək üçün bu rənglərdən, səslərdən məharətlə istifadə etmək olar (lazımdır!).
Eyni zamanda dil elə sistemli bir materialdır ki, ondan varlı da, kasıb da, vəzifəli də, vəzifəsiz də, uşaq da, böyük də, və nəhayət, kişi də, qadın da öz mövqeyindən, öz aləmindən çıxış edə bilər.
Dildə qadın və kişi nitqinə gəldikdə isə, çox maraqlı faktlarla üzləşmiş oluruq. Bu məsələyə gəlməzdən qabaq dillərdə cins kateqoriyasına toxunduqda, ya ərəb dilindəki kimi kişi, qadın, ya da rus dilindəki kimi 3 cinslə – kişi, qadın və orta cinslə rastlaşırıq. Lakin ingilis, fars, bir sıra Qafqaz dillərində olduğu kimi, ümumilikdə türk dillərində, həmçinin Azərbaycan dilində qrammatik cins kateqoriyası yoxdur. Cins kateqoriyasının olmaması heç də onu göstərmir ki, danışıqda anlaşılmazlıq yaranır. Sadəcə, qıza, qadına işarə etdikdə əlavə olaraq «o» işarə əvəzliyindən sonra «qız», «qadın», «xanım» sözlərindən istifadə olunur. Qeyd edək ki, kişiyə isə belə işarə nadir halda olur, yəni «o» (şəxs əvəzliyi!) deməklə kifayətlənilir. Deməli, kişi cinsinə bir qədər üstünlük verilir. Bir çox dillərdə özünəməxsus «ADAM» dedikdə, ilkin mənasına görə «kişi» nəzərdə tutulur. Məs.: ingilis dilində «mən» «kişi = adam», fars dilində də «mərd» «kişi = adam», türk dilində isə bir qədər tərsinə olaraq, «kişi» «adam», deməkdir. O da maraqlıdır ki, biz «mərd adam» dedikdə, əslində «kişi adam» deyirik.
Nadir halda ya sözə qarşılıq tapmaq olmur, ya da başqa bir söz ağırlığı öz üzərinə çəkərək omonimləşir. Məs.: rus dilində «malğçik – devoçka», «sın – doçğ» olduğu halda, Azərbaycan dilində «oğlan – qız» və «oğul – qız» işlənir. Göründüyü kimi, «qız» həm cinsə, həm də övlada işarədir. Yaxud yenə rus dilində həm oğlanın, həm də qızın ata-anası tam fərqli sözlərlə verilir: «testğ – tёha» oğlanın, «svёkr – svekrovğ» qızın ata-anasıdır. Azərbaycan, o cümlədən türk dilində oğlan-qız tərəfinin valideynlərinə fərq qoymadan «qayınata və qayınana» sözləri işlənir. Maraqlıdır ki, nitq etiketlərini tam nəzərə alan fars dilində bu anlayışlar «pedərşouhər – madərşouhər», «pedərzən - madərzən», yəni «ərin atası- «ərin anası», «arvadın atası – arvadın anası» kimi verilir. Azərbaycan dilində isə kişi-qadına etik qadağa – tabu qoyularaq, hər iki cinsin mövqeyindən «qayınata, qayınana» işlədilir. Həmçinin qarşılıqlı qadağa hər iki tərəfin bir-birini başqalarına təqdim etməsində də aydınca görünür: qadın «uşaqların atası» - «həyat yoldaşım» - «evin ağası» - «o», «oğlunuz», kişi isə «uşaqların anası» - «həyat yoldaşım», «qızın(ız)» deyir. Nadir halda bəzi dialektlərimizdə kişi sərbəst olaraq, «arvadağa», hətta «arvadım» işlədir.
Digər qohum-əqrəbaya gəldikdə isə, rus dilində kişi-qadın tərəfə fərq qoyulmadan Azərbaycan dilindəki «əmi – dayı» «dədə», «bibi – xala» «tёtə» olur.
Bioloji-fizioloji baxımdan fərqli olan qadın və kişilər həm psixoloji , həm də məntiqi cəhətdən – fikir tərzi, ümumiləşdirmə və assosiasiyalarına görə nəzərəçarpacaq dərəcədə müxtəlifdirlər. Psixologiyada sol yarımkürə – Çin fəlsəfəsinə istinadən kişi başlanğıclı olub, «yan» adlanır – məntiqi, mexaniki nitqi tənzimləyir, sağ yarımkürə isə – qadın başlanğıcı ilə bağlı olub, «in» adlanır – fantaziya, yaradıcılıq, duyğu, emosional mərkəzləri idarə edir. Kişidə sol yarımkürə daha üstün – dominant olub, abstrakt təfəkkürə, qadında isə sağ yarımkürə inkişaflı olub, konkret düşüncəyə meyllidir. Sağ yarımkürənin idarə etdiyi nitq qadın ifasında emosionallaşır. Sanki həmahənglik yaransın deyə, Allah bu iki cinsi naqisliklər cəhətdən bir-birini tamamlamaq üçün yaradıb. Kişinin duyğu aləmi nə qədər səthidirsə,qadın bu baxımdan hədsiz həssasdır. Əqli ümumiləşdirmələr yönündən kişi daha məntiqli, yaradıcıdır. Dini istinadlara görə, dilin yaradıcısı məhz kişidir, onun yaratdığının məharətli, təsirli ifaçısı isə qadındır.
Təsviri yanaşma, sosioloji sorğu və əldə olunan nəzəri materiallar təsdiq edir ki, qadın nitqi, doğrudan da, kişi nitqindən xeyli emosionaldır. Buna səbəb qadının daha duyumlu, ekstrasensor qabiliyyətli – öncəgörümlü, intuitiv məxluq olmasıdır. Məhz qadın qada-bəlaları öncədən duyub xəbərdarlıq edir. Kişi isə bunun müqabilində daha duyumsuz, ötkəm, məğrur, öz məntiqinin qulu kimi görünür ki, bu da onu inadkar edir. Lakin təəssüf doğuranı odur ki, «Qadın məsləhətinə qulaq as və tam onun əksini et» fikri Şərq dünyasından qırmızı xətlə keçir. Ümumiyyətlə, qadına münasibət hələ dini kitablardan tutmuş ya mənfi, ya da ikilidir. Məs.: Əhdi-Ətiqdə Adəm Allahın iradəsi ilə yaranmış düşüncəli məxluqdur. O darıxmasın deyə, Allah onun qabırğasından Həvvanı yaradır. Yəni belə başlanğıc artıq kişi cinsinə üstünlük verir. Adəmin cənnətdən qovulması Həvvanın hisslərə qapılıb onu Şeytanın dediklərinə əməl etdirməsindən irəli gəlir. Diimizdə mənfi mənada işlənən «qabırğa»,yəni «kənək, öz bildiyini edən, sözə baxmayan», təəsüf ki, Həvvanın timsalında qadına işarə ilə bağlıdır. (Və ya Həvvanın = qadının şeytan əməlinə uyduğunu qeyd edən və əcdadının cənnətdən qovulmasına görə acıqlı olan kişilər (bəzənsə qadınlar) «Qadın şeytan əməlidir», «Qadın şeytandır», «Qadın yıxan evi fələk də yıxa bilməz» deyirlər. Qadından başqa şeytanın felinə uşaq – saf hissli məxluq, əyyaş və ruhi xəstə kimi ağlıçaşmışlar düşə bilər. Odur ki uşaq üçün də deyilir: «Uşaq şeytandır» və ya «Şeytan uşaqdır», «Şeytan balası»). Amma digər tərəfdən, ana səviyyəsində artıq belə bir fikir – «Cənnət anaların ayağının altındadır» (Məhəmməd peyğəmbər) bütün Şərq üçün hakimdir. Ümumiyyətlə, qız, qadınlarımızı tərif edən atalar sözlərimiz, yazılı bədii nümunələrimiz, hikmətli sözlərimiz az deyil: «Qızı verərsən, özünə oğul qazanarsan», «Ana ürəyi – dağ çiçəyi» (Kitabi-Dədə Qorqud»), «Qadın mələkdir», «Qadın gözəllikdir», «Qadın ilk-öncə bəşəriyyətin qoruqçusudur» (belə münasibət poeziya və nəsrimizdə çox işlənir) və s.
Türk, Azərbaycan mentalitetinə görə bizi qoynunda bəsləyən, heç bir nemətini əsirgəməyən torpağımız, ocağımız, yurd-yuva-el-obamız, bir sözlə, vətənimiz ANA Vətən adlanır. Şirin ANA südündən qidalanmış balalarımızın ilk şirin mənəviyyat dili ANA dili-dir. Andlarımızda «Anam(ın) (əziz) canı (üçün)», « Anamın başına and olsun!», «Anamın ruhu haqqı» işlədirik. Yaxud «Ana haqqı – Tanrı haqqı («Kitabi-Dədə Qorqud»), «Ananın haqqını tapdalamaq olmaz», «Ana haqqını itirənin gözü kor olar («Ana haqqını itirən gün görməz») kimi ifadələr vardır.
Yaxud peşmançılığa, zülmə işarə kimi «Anadan əmdiyim süd burnumdan gəldi» deyirlər. Qıza, anaya münasibətdə toxunulmazlıq, müqəddəslik xalqımızın mənəviyyatının önəmli tərəfini təşkil etdiyi üçün «Qıza, qadına əl qaldırmaq kişilikdən deyil» və ya «Anasına əl qaldırandan nə gözləmək olar?» ifadəsi hər şeyi aydınca anladır.
Həmçinin türk dünyasının ulu diyarı Azərbaycanda qız, qadına formal deyil, həqiqi, qeyrətli münasibət kiçik planda «Qız (qadın) yanında söyüş söymək, artıq hərəkət etmək olmaz» fikrindən savayı, böyük planda «Qadın örpəyini tapdalayıb-keçmək olmaz!» fikri xalqımızın ərənləri üçün böyük Çin səddidir. Qarabağda təcavüzkarlığın ilk qığılcımları zamanı xalqımızın əliyalın oğulları başdan-ayağa silahdı ermənilərin üstünə gedərkən ilk növbədə böyükürəkli ANA olan Xuraman Abbasovanın ayaq altına atdığı örpək heç kəs tərəfindən tapdalanmadı. Bu hərəkətdən heyrətə gəlmiş müxtəlif millətlərin nümayəndələri arasında rus şairi Y. Yevtuşenko da var idi. O bu münasibətlə örpəyə şer həsr edib yazmışdı ki, kaş bütün ölkələrin mərd kişilərinin qarşısına onları dəhşətlərdən, müharibələrdən çəkindirmək üçün örpək atmaq mümkün olaydı.
Dilimizdə sözlərin bir qismi semantikasına görə eşidilən kimi assosiativ cinslənir. Məs.: «igid, coşqun, ağciyər, ovlamaq» kimi sözlər ilk qavrayışda kişiyə xas sözlərdir; «gözəl, zərif, nazlı, doğmaq» qadınlara xasdır. (Maraqlıdır ki, rus dilində assosiativ yöndən kişilərə aid olan sözlər qrammatik əlamətinə görə – məs.; «voyna» (müharibə, «bomba», «aqqressiə» (təcavüz) qadın cinsindədir. Hətta əgər təbii cins nəzərə alınmasa idi, «mujçina» (kişi), «papa» (ata), «dədə» (əmi, dayı) sözləri də bu baxımdan qadın cinsinə aid olacaqdı). Əlbəttə, müştərək sözlər daha çoxdur. Bəzən qarşılıqlı söz tapmaq olmur. Məs.: «nakişi»yə qadın tərəfdən uyğun söz yoxdur və bu heç mümkün də deyil! Bəzi hallarda isə şərqli təfəkkürü üçün anlaşılmaz olan «alfons» – qadın hesabına yaşayan kişi anlayışı bildirən sırf Azərbaycan və ya ərəb-fars mənşəli söz yoxdur. Bu baxımdan qadın və kişi dilinə görə fərqli olan yapon dili maraqlıdır. Ümumiyyətlə, bu dildə qadın danışıq imkanına və ictimai sayqısına görə aşağı mövqedə durduğu üçün hamı ondan yüksəkdə durur. Bunun nəticəsində zərif , nəcib danışıq forması yaranmışdır. Hətta qadın kişinin dediiyi bir qisim əvəzlik və felləri işlətmək hüququndan məhrumdur; kişidən fərqli olaraq cümlə sonuna xüsusi hissəciklər artırır.
Bu baxımdan türk dünyasının istər ərəb, istərsə farslarla müqayisidə qadına qarşı demokratikliyi, onu islamdan sonra da yaşmalanmağa, çadra altına az meylliliyi dildə də öz əksini tapır. Qadını gözəllik mücəssiməsi kimi verən klassiklərimiz ona dərin sevgi, hörmətlə yanaşmışlar. Türk dünyasında kişilər qadınlara bərabər hüqüq verdiyi üçün onlrar həm məişətdə, həm hərbdə, həm də siyasət və diplomatiyada kişilərdən geri qalmamışlar. Tariximizdə Tomiris, Sara xatun, Natəvan kimi qadınlar nümunədir. Hökmdarlar öz xanımları ilə birlikdə dövlət başçıları və diplomatlarla görüşüb, həyat yoldaşlarını da dövlət işlərinə qoşmuşlar.
Türk dünyasında, xüsusən Azərbaycan mühitində qadınlara münasibətdə demokratiklik, özünə bərabərtutma 2000-ə yaxın müştərək kişi, qadın adlarının olmasından da görünür. Məs.: Arzu, Tərlan, İsmət, Çərkəz, Şövkət, Məhəbbət, İzzət, Əsmət. Hətta: İlqar, Murad, Yaşar, Yalçın, Yavər, Ədalət, Əzəmət və s. Halbuki çox inkişaf etmiş rus dilində bircə dənə də olsun, qarşılıqlı kişi-qadın adı tapmaq olmaz. (Rus dilində əzizləmə – kiçiltmə forması aldıqda 4-5 ad hər iki cinsə xidmət edir; Jenə =Evqeniy – Evqeniə, Saşa =Aleksandr – Aleksandra, Valə = Valentin – Valentina). Zəngin ərəb dilində bu hala tək-tük rast gəlindiyi halda, ingilis dilində, demək olar ki, heç təsadüf olunmur.
Qadınlar üçün azərbaycanlılar deyir: «Adəmi Adəm edən Həvvadır», müasir variantı: «Kişini kişi edən qadındır», «Aslanın erkəyi, dişisi olmaz», «Yüz fərsiz oğüldansa, bir fərli qız yaxşıdır», «Həcəri özündən qoçaq Nəbi» və s.
Kişi cəmiyyətin bel sütunu kimi sarsılmaz, mərd, öz ağlı ilə oturub-duran bir şəxs kimi nəzərdə tutulur. Odur ki onun nitqi istər ton, istərsə söz ifadəsinə görə sərt, təmkinli, az melodik olmalıdır ki, təsir qüvvəsi olsun. Qadınlar isə nitqlərində nəinki qəşəng, mənalı danışmağa, həm də onu melodik bəzəməyə çalışır, həmçinin məzmundan asılı olaraq, gülüş və kədər elementlərindən, müxtəlif prosodik vasitələrdən – temp, fasilə, vurğu, intensivlik və s. istifadə edir. Qadın danışarkən sanki oxuyur. Çünki onun nitqi daha çox melodikaya köklənib. Emosional təbiət qadını məcbur edir ki, o daha çox nida, ədat işlətsin. Nidaları bir neçə dəfə təkrarlamaq, onlardan qabarıq vasitə kimi istifadə etmək, saitləri «dartmaq» – uzatmaq, çox zaman cümlə sonunda emosiyanı bildirmk və «melodik oxumaq» üçün nida işlətmək, samitləri qoşalaşdırmaq, yamsılamalardan çox istifadə etmək yalnız qadınlara xasdır. Məs: ay //ay-yay-yay// a-ya- yay;uf // u-fu-fuf;
oy // oy-yoy-yoy; …… ay, …… uy, ey, iyx; gup-gup, tap-tup, tuup-tup – tuup-tup; «Azzar», «Başşıma xeyir» və s.
Qadın danışığını izləmək üçün bədii ədəbiyyatımıza müraciət edək:
Kamilə: Of, ürəyim tıp-tıp tıppıldayır (S.Rəhman, Toy)
Maral – Ay, ürəyim xarab oldu. (S.Rəhman, Toy)
Həlimə – Bıy, ay Maral bacı… (S.Rəhman, Toy)
Zalxa; - Ətin tökülsün, a kişi (S.Rəhman, Toy)
Zalxa – Ay ağrınızı alım, oqədər pıç-pıç elədiniz ki…kolxozda uşaq əlindən ayaq atmaq olmur. (S.Rəhman, Toy)
Zərifə – Başındakı olan-qalan tükü də mən tökərəm ha, az danış (S.Rəhman, Nişanlı qız)
Zərifə – Ala e, bu da özünü kişilər cərgəsinə qoyur.
(S.Rəhman, Nişanlı qız)
Dostları ilə paylaş: |