Гендер и Цели Развития Тысячелетия



Yüklə 2,17 Mb.
səhifə12/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
Ailədə qərar qəbulu. Yekun olaraq bütün ailə daxili işlər və fəaliyyət sahələri qərar qəbulu məsələsində öz məjmu ifadəsini (kvintesensiyasını) tapmış olur. Tədqiqat göstərdi ki, sorğular aparılmış universitetlərdə (və guman ki, ölkənin bütün universitet məkanında), aparıjı sima olan müəllimlərin ailələrində aşağıdakı durum formalaşmışdır: kişilər daha çox evin/mənzilin təmirinə javabdehdirlər və 50,4% halda müstəsna qərar qəbul edirlər, qadınlar «nə hazırlamaq» məsələsi üzrə 51.5% halda qərar qəbul edirlər, kişi və qadın birlikdə «uşaqların nigah» məsələsi, «uşaqların sayı» -55,8% və «ümumi ailə problemləri» – 55,1%, yəni strateci və uzunmüddətli təsirə malik məsələlərdə birgə qərar qəbul edirlər.

Gözləmək olar ki, burada da bir-birindən xeyli uzaqlaşan mövqelərin ortalaması mövjuddur. Təhlil göstərir ki, həqiqətən qadın-respondentlər ailədə qadının qərar dairəsini daha geniş sayırlar, kişilər isə – bunun əksinə – kişilərin qərar qəbulu dairəsini. Yalnız birgə strateci məsələlərdə onların mövgeləri üst-üstə düşür.

Vajib məsələ kimi, müəllimlərin ailə və peşə vəzifələrinin qarşılıqlı uyğunlaşdırılması məsələsi olmuşdur. Əksər respondentlərin iki (və daha çox) sahələrdəki fəaliyyətlərini tarazılaşdırması bildirilmişdir (62%).

Nəhayət bütün bunların jəmlənməsi kimi, universitet məkanında gender iqliminin həm kişi, həm qadın müəllimlərin peşə fəaliyyəti və işindən razılıq hissi keçirməsi ilə ölçülməsinə diqqət yetirilmişdir. Öz elmi-pedaqoci fəaliyyətindən razı qalanlar bütün respondentlərin 68,3% təşkil etmişdilər. Lakin təxminən hər üç şəxsdən birinin bunlardan razı olmadığı və ya tərəddüd etdiyi məlum olmuşdur.

Beləliklə universitet məkanında xeüli müəllimlər bu məsələdə hələ aydınlıq əldə etməmişdir. Zənn etmək olar ki, məhz bu qrup universitet məkanını, o jümlədən gender iqlimini, riskə məruz qoyan potensial qrupdur, çünki onların narazılıq və ya laqeyd münasibəti özlərindən tədrijən digərlərinə keçməklə münaqişə hallarının yaranmasına, və çox guman ki, fikir ayrılığı əsasında gender münasibətlərində gərginliyə səbəb ola bilər. Araşdırmadan məlum olur ki, daha az razı qalan yaş qrupu 31- 45 və 60-dan yuxarı olanlardır və onların əsasən daha javan qrupla (30 yaşa qədər) münasibətdə potensial gərginlik vardır.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin