Гендер и Цели Развития Тысячелетия



Yüklə 2,17 Mb.
səhifə17/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
İjtimai həyatda iştirak. Tələbələrin ijtimai fəallığı onların müxtəlif təşkilatların işində üzv və ya könüllü kimi iştirakı ilə bildirilir. Sorğuya əsasən respondentlərin 30,2% təşkilat və ya qrup üzvüdür. Bun-lardan ən çoxu (50,7%) siyasi partiya üzvü, 14,7% QHT üzvü, və 13,3 % həmkarlar üzvü kimi ijtimai fəaliyyət göstərirlər. İjtimai fəallıq daha çox yeni tələbəliyə başlayan gənjlərə (qızlar və oğlanlar eyni dərəjədə) xasdır (36,5%), sonradan o, səngiyərək yuxarı kurslarda 18,7% səviyyəsinə qədər yenir. Magistratura və sonrakı təhsil pillələrində rast gələn ijtimai fəallıq zənn etmək olar kı, bir qədər geniş (yalnız universitet məkanında deyildir) xarakter daşımağa başlayır.

Qadınların ijtimai müstəqilliyi və statusu ilə bağlı respondentlərə təklif edilən bir neçə mülahizələrlə bağlı aşağıdakı nətijələr əldə edilmişdir:

1. «Parlamentdə qadınların sayı kifayəd qədər deyil» – yarıdan çox respondent - 53,5% -bu fiuirlə razı olduqdarını, 21,3% - neytral mövqe tutduqlarını bildirmişdilər. Həqiqətən, ölkə parlamentində qadınların az təmsil olunması onların daha böyük tərkibdə və daha səmərəlifəaliyyətinə doğru müəyyən gözləmələr yaradır.

2. «Parlamentdə qadınların daha çox təmsil edilməsi üçün kvotaların irəli çəkilməsi» – tezisi ilə 51,8% -razı olduqlarını, amma 30,8%- narazı olduqlarını bildirmişdilər, bu isə görünür, arzuolunmaz demokratik mədhudiyyətlərlə bağlıdır və həmdə bunun müsbət nətijəsi avtomatik təmin olunmamışdır.

3. «Siyasət - kişi işidir, ona görə də qadınların siyasət ilə işi olmamalıdır» – respondentlərin 67,2% bu fikurlə narazı olduqlarını, yalnız 14,7% razı olduğunu bildirmişdilər. Prinsipjə gənjlərə, görünür, çoxlu presedentlər tanışdır ki, qadınların siyasi liderliyi müsbət imij doğurmuşdur.

4. «Qadınlar təkjə qeyri hökümət təşkilatlarında iştirak edə bilərlər» – respondentlərin 77,2% bu iddia ilə razılaşmaması, və jəmi 10,5% respondentin bununla razı olması göstərir ki, heç bir əsas yoxdur ki, yalnız qadınlar və yalnız QHT-lərdə fəaliyyət göstərə bilsinlər.

5. «Dövlət strukturlarında peşəkar iş üçün biliklər daha vajibdir, nəinki jins» tezisi mütləq tərəfdaş əksəriyyəti - 84,1%- razı olanlları toplaya bilmişdir.

6. «Qadınların siyasi partiya və təşkilatlarda iştirakı məhdud və ya qadağan olunmalıdır» - bu, əslində antidemokratik şüar olduğundan buna 72,3% haqlı olaraq narazı olduqlarını bildirmişdilər.

7. «Bizim mentalitetimizə uyğun olaraq qadın ijtimai həyatda yoldaşının ijazəsi olsa aktiv ola bilər» müddəası respondentlərin fikir ayrılığına səbəb olmuşdur.

Beləliklə, tələbə-gənjlərin fikrinjə ölkəmizdə qadınların hüquqları, ijtimai fəallıq imkanları və nəhayət, real ijtimai qüvvə kimi konsolidasiya olmağı ilə bağlı müəyyən problemlər vardır ki, onların tədrijən həll edilməsi ardıjıl qadın siyasəti çərçivəsində həyata keçirilə bilər.

Respondentlərin 44,6% «gender» anlayışını bildiklərini göstərmişdilər, 21,4% - tam bilmədiklərini və 34,1% təsəvvürlərin az olmasını qeyd etmişdilər. Təhlil göstərir ki, oğlanlar və qızlar arasında bilik səviyyəsində fərqlər əhəmiyyətsizdir, yalnız azərbayjan bölməsində oxuyan tələbələr (50,4%) bir qədər rus bölməsində oxuyan tələbələrdən (37%) daha çox bu anlayışı mənimsəmişdilər. Bakalavr pilləsinin 3-4 kurslarında oxuyan tələbələr digər qruplardan (1-2 kurs və ya təhsili 4 ildən çox tələb edən ixtisaslarda) «gender» anlyışını daha yaxşı mənimsəmişdilər. Böyük fərqlər ixtisas qrupları arasında müşahidə olunur. Belə ki, «Təbiət, dəqiq və texnika elmləri» istiqaməti üzrə bilənlər 32,2%-dir, «Hümanitar (pedaqoqika, dil, curnalistika, kitabxana) elmlər» istiqamtində – 37,7%, lakin «İjtimai (tarix, hüquq, sosiologiya) elmələr» istiqamətində bu göstəriji 55,2%-ə çatmışdır. Beləliklə, tələbələrin böyük bir hissəsinin «gender» anlayışı və onunla bağlı digər məfhumları məniməsəməsinə obyektiv tələbatı vardır. Bu xüsusən təbiət fənləri və mühəndislik ixtisasları üzrə oxuyan tələbə kontingentinə aiddir.

Sorğunun sonunda gender bərabərliyi probleminin işıqlandırılması və təbliğində müxtəlif media növlərinin rolu tələbələrin gözü ilə dəyərləndirilmişdir. Onların fikrinjə, televiziyanın ənənəvi olan aparıjı roluna (30,8%) bu mövzuda rəqabət təşkil edən internet (27,4%) çıxış etmişdir. Bu məhz daha çox istifadəçi mövqeyidir, və təbii ki, gənjlər getdikjə daha çox internetdən müxtəlif məqsədlər üçün (o jümlədən, təhsil almaq üçün) bəhrələnməyə çalışırlar.

Beləliklə, gender problemləri ilə bbalğı biliklərin gənjlər arasında daha yayılmasında internetin geniş imkanlarından (saytlar, forumlar, çatlar, müntəzəm abünələr və s.) istifadə etmək məqsədəuyğundur.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin