117
Qərb cəbhəsinin aviasiya general-mayoru Şidlovskinin, hərbi təyyarəçi ştabs-kapitan
Sabelnikovun və baş zabit, kapitan Lazarevin imzası ilə təsdiq olunmuş, əski rus əlifbası ilə
yazılı iri bir vərəqdə iyirmi üç yaşında qəhrəmanlıqla həlak olan təyyarəçinin göstərdiyi
hünərdən danışılır.
... On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov Qərb cəbhəsi qərargahının
tapşırığı ilə 1916-cı il sentyabrın 12-də Borunıya hücum etmiş,
intendant və artilleriya
anbarlarını, aerodromu, 89-cu alman ehtiyat diviziyasını bombardman etmişdir.
Qayıbova düşməni havadan bomba və pulemyot atəşinə tutmaq, həm də düşmən
mövqeyinin şəklini çəkmək kimi mühüm hərbi tapşırıq verilmişdi. O, elə ilk uçuşunda strateji
cəhətdən çox vacib olan Neman üzərindəki nəhəng körpünü partladıb, alman qoşunlarının və
döyüş sursatlarının daşınmasının qarşısını almışdır.
Zenit batareyalarının atəşinə baxmayaraq Qayıbov böyük cəsarətlə Borunıda rəqibin
nəzərdə tutulmuş anbar və qərargahını dağıdıb külə döndərmişdir.
Vilen istiqamətindəki bombardman vaxtı onun təyyarəsinə eyni zamanda dörd düşmən
qırıcı təyyarəsi hücum etmişdir. Bunların ikisi “Albatros”, ikisi isə “Fokker” tipli idi. Qeyri-
bərabər döyüş zamanı igid şahin düşmənin üç qırıcı təyyarəsini vurmuş, özü isə aldığı ciddi
zədədən təyyarəsi ilə bərabər yerə düşərək həlak olmuşdur.
Səhərisi gün düşmən təyyarəçilərinin atdığı kağızlarda yazılırdı ki, qəhrəmancasına
vuruşaraq, həlak olduğu üçün poruçik Qayıbovu hətta almanlar
özləri əsgəri qaydada dəfn
etdilər.
Ölümlə nəticələnən misilsiz qəhrəmanlığına görə, poruçik Qayıbov ikinci dəfə dördüncü
dərəcəli müqəddəs Georgi ordenilə təltif olunub.
Vaxtsız ölüm Fərruxun qısa ömrünə əbədiyyət gətirdi. Adı xalqının tarix kitabına zərli
hərflərlə yazıldı. Bu cəsur şahin haqqında “Azərbaycan tarixi” kitabının ikinci cildində ürəkaçan
sətirlər var: “Birinci dünya müharibəsi illərində ilk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux
Qayıbov da müqəddəs Georgi ordenilə təltif olunmuşdu. On altı nömrəli “İlya Muromets”
təyyarəsində uçan Fərrux Qayıbov düşmən istehkamlarını dağıdır, hava döyüşlərində alman
təyyarələrini pulemyot atəşinə tutur, havadan düşmən mövqelərinin şəklini çəkirdi. 1916-cı ilin
sentyabrında Qayıbov rus hava donanmasının Volnada olan hərbi məntəqələrə hücumunda
iştirak etmişdi. Şəhər üzərində şiddətli hava döyüşü olmuşdu. On altı nömrəli “İlya Muromets”
öz üzərinə gələn dörd düşmən təyyarəsinin hücumunu
bir saat müddətinə dəf etmiş, onlardan
üçünü vurmuş, nəhayət özü də yandırılmışdı. Ekipajla birlikdə Fərrux Qayıbov da həlak
olmuşdu”.
Kür qırağında bir yaşılbaş sonanın ahından səmada durna qatarı pozuldu. Bu səs ucsuz-
bucaqsız Rusiya çöllərində bir qartal məzarını diksindirdi. Taleyin hökmünə bax, Kür sahilində
böyüyən bir gənc Neman uğrunda vuruşaraq iyirmi üç yaşında əbədiyyətə qovuşdu.
Şəkillərə baxıram: mavi gözlü, qalın bığlı bir gənc təlim vaxtı, dostlarıyla istirahət
zamanı deyib-gülür, komandirlə söhbət edir, döyüş dostları ilə təkərli top yanında...
Şəkillərdən biri
diqqətimi xüsusilə cəlb edir; geniş və səması tərtəmiz təyyarə meydanı,
Fərrux hərbi libasda təyyarədən düşüb gülə-gülə dostlarına tərəf gəlir. Görünür, növbəti uçuşdan
zəfərlə qayıdıb.
Qovluqda yaşıl rəngli bir karton parçasına 6 balaca şəkil səliqəylə yapışdırılıb. Şəkillərin
altında qara rənglə rus dilində yazılıb: “8 sentyabr 1916-cı ildə güclü döyüş zamanı
qəhrəmanlıqla həlak oldular. Ekipajın heyəti aşağıdakılardan ibarətdi: komandir - poruçik Dmitri
Dmitriyeviç Makşev, komandir köməkçisi, poruçik Mitrofon Aleks Raxmin, artilleriya zabiti
poruçik Fərrux ağa Qayıbov və nəzarətçi poruçik Oleq Sergeyeviç Karpov”.
Yaşıl kartonun o biri üzündəki şəkildə isə səliqəli bir otağın küncündə qoyulmuş stolun
üstündə şamlar yanır. Şəklin aşağısındakı yazını zorla oxumaq olur. “Qrafinya Uspenskayanın
evində mərdliklə həlak olmuş təyyarəçilərin yas mərasimi, 22 sentyabr 1916-cı il”.
Qovluqdakı sənəd və şəkillərlə tanış olub qurtardıqdan sonra Nərmin xanıma belə bir
sualla müraciət edirəm:
- Bəlkə Fərruxun yaxın adamlarından birini tanıyasınız?
118
- Bu sənədləri bizə Fərruxun gəncədə yaşayan mərhum bacısı Dilrüba təqdim etmişdi.
İndi Qayıbovlar nəslindən Bakıda yaşayanı çoxdur. Siz isə birinci
növbədə Zülfüqar müəllimi
görməlisiniz. O, bizim muzeyə Qayıbovlar haqqında çox qiymətli sənəd və şəkillər təqdim edib.
Hələlik Zülfüqar Qayıbovun ünvanını tapa bilmədiyimdən arabir muzeyə baş çəkirdim.
Bəlkə muzey işçiləri mənim sorğumdan sonra Fərrux haqqında yeni bir sənəd tapıblar fikriylə bir
gün yenə muzeyə getdim. Nərmin xanımı soruşdum. “Məzuniyyətdədir” - dedilər. Geri qayıtmaq
istəyəndə:
- Bir dəqiqə ayaq saxlayın, - deyə işçilərdən biri məni çağırdı. - Səhv etmirəmsə siz
təyyarəçi Fərrux Qayıbovla maraqlanırsınız, eləmi?
- Bəli, - dedim.
- Bir azca gözləyin, təyyarəçiyə məxsus yeni bir eksponat tapmışıq.
Bir azdan Sara Cavanşirova ipək bir yaylıqla qayıdır. Üstündə Peterburqdakı Pavlova
teatrının afişası olan bu zərif yaylığı illərin sınağı zərrəcə soldurmayıb.
Yaylıqda 5 noyabr 1912-ci ildə verilmiş iyirmi birinci konsert-balın proqramı əski rus
əlifbası ilə həkk olunub. Konsert-bal sözlərinin altında: “Kasıb azərbaycanlı - müsəlman
tələbələrinin nəfinə” yazılıb.
Konsert-balın proqramı üç şöbədən ibarətdir. Birinci və ikinci şöbələrdə rus, Avropa
bəstəkarlarının əsərləri, operalardan parçalar verilib. Uçüncü şöbədə isə Azərbaycan milli
rəqslərindən “Uzundərə”, “Qaytağı”, və “Cəngi” rəqslərinin oynanıldığı göstərilir.
Konsertin baş himayədarı tələbə İslambəy Hacıbəylinskidir. Məsul təşkilatçısı Gəray
Cabağıyevdir.
Yaylıq bu günlərdə general-leytenant Əliağa Şıxlinskinin şəxsi əşyalarının arasından
tapılıb.
Bu ipək yaylıq zərfə qoyulub üstündə belə yazılmışdı: “İlk tayyarəçi Fərrux Qayıbova
məxsusdur”.
Dostları ilə paylaş: