119
ki, 1914-18-ci illərin dünya müharibəsində iştirak edən üç min azərbaycanlı içərisindən çıxmış
ilk hərbi təyyarəçi Fərrux Qayıbov idi. Doğrudan da Fərruxun hərbi işə marağı olmasaydı, o,
1910-cu ildə Tiflis kadet korpusunu on iki balla (o vaxt bu rəqəm əla qiymət sayılırmış,
Ə.Şıxlinski özü də həmin korpusu on iki balla bitirib - Ş.N.) qurtardıqdan sonra könüllü olaraq,
Peterburqdakı üçillik Mixaylovsk topçuluq məktəbinə getməzdi.
Zülfüqar muəllimdə olan sənədlər göstərir ki, Fərrux üç illik Mixaylovsk topçuluq
məktəbində iti zehninə, gözlə dəqiq
ölçmə qabiliyyətinə, xüsusilə topdan bacarıqla atəş açdığına
görə birinci dərəcəli mükafat almışdır. Həmin mükafat İsveçrənin “Pavel-Bure” firmasında
hazırlanan qızıl saatdır” Saatın üzərində “Yunker Fərrux ağa Qayıbova, 1913-cü il” sözləri
yazılıb.
Sinəsi ötən günlərin xatirələrilə dolu olan Zülfuqar Qayıbovun zəngin şəxsi arxivi var. O,
səliqəylə saxladığı bağlamadan balaca bir gümüş papiros qutusu çıxarır. Papiros qutusu
dramaturq M.F.Axundova məxsusdur. M.F.Axundovla Fərruxun əmisi Hüseyn Əfəndi Qayıbov
yaxın dost olublar.
Əliağa Şıxlinski 1944-cü ildə çap olunmuş “Xatirələrim” kitabında yazır: “Mirzə Hüseyn
Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda
Mirzə Fətəliyə kömək edərdi,
çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi”.
Ərəb və fars dillərində gözəl təhsilə malik olan M.H.Qayıbov bir müddət Tiflisdə ruhani
idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olmuş, Qori müəllimlər seminariyasında
Azərbaycan şöbəsinin açılması üçün M.F.Axundovla birgə fəaliyyət göstərmişdir. Lakin bu
təşəbbüs böyük dramaturqun ölümündən bir il sonra həyata keçirilir.
Qori müəllimlər
seminariyasının nəzdində Azərbaycan şöbəsi açılır. M.Qayıbov 1879-cu ildən həmin
seminariyada Azərbaycan və Şərq dilləri müəllimi işləyir. O, kasıb tələbələr üçün dövlətdən min
manat vəsait alır və dolanacağı ağır olan tələbələrdən qırx üç nəfərinə kömək edir. 1881-ci ildə
Zaqafqaziya müftisi vəzifəsinə seçilərkən Mirzə Hüseyn demişdir: “Mən heç bir vaxt ruhani
olmamışam və heç bir dini ayin icra etməmişəm
və bundan sonra da etməyəcəyəm, lakin mənə
təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi
güman edirəm”.
Müsəlman qızlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda
mübarizə edən Qayıbov öz yazılarında sübut etmişdir ki, heç bir şəriət qızın və ya qadının
təhsil
almasını qadağan etmir, edə də bilməz. Şəriətin qara qanunlarının hökm sürdüyü belə ağır bir
vaxtda o, öz həyat yoldaşı Səadət xanıma “Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti”ndə iştirak
etməyə icazə vermiş, qızları Nigar və Gövhəri Tiflisdə rus dilindəki Nücabə Qızlar İnstitutunda
oxutmuşdur. Həmin institutu 1889-cu ildə Nigar, 1903-cü ildə isə Gövhər qızıl medalla
bitirmişdir.
Ömrünün sonuna kimi müfti vəzifəsində çalışan xeyirxah Mirzə Hüseyn Qayıbov
yüzlərlə azərbaycanlı gəncin savadlanmasında fəal iştirak edib.
Böyük Azərbaycan şairi Seyid Əzim Şirvani 1879-cu ildə “siyasi etibarsızlığ”a görə işdən
çıxarılanda böyük şairin müəllimliyə qaytarmasına şəxsən M.H.Qayıbov kömək etmişdir. Şirvani
- yaxın dostu və məsləkdaşı Qayıbova həsr etdiyi səksən dörd misralıq
qəsidəsində onu ilk dəfə
məktəb bina edən peyğəmbər adlandırmışdır.
Dostları ilə paylaş: