39) Tibbi genetik məsləhətxanaya əri fosfatdiabetlə xəstələnmiş (hipofosfatemiya) qadın müraciət etmişdir. Fosfatdiabetin uşaqlara irsən keçmə təhlükəsi nə qədərdir?
A) Oğlanların xəstələnmə təhlükəsi 50%-dir
B) Bütün oğlanlar xəstə olacaqdır
C) Bütün qızlar xəstə, oğlanlar isə sağlam olacaqdır
D) Qızların xəstələnmə təhlükəsi 50%-dir
E) Bütün qızlar sağlam olacaqdır
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников.»Генетика для врачей» 1990 г.
40) Fosfatdiabetdən əziyyət çəkən qadın tibbi-genetik məsləhətxanaya nəslin proqnozu məqsədi ilə müraciət etmişdir. Əri sağlamdır. Onun uşaqlarının fosfatdiabetlə xəstələnmə təhlükəsi nə qədərdir?
A) Cinsiyyətindən asılı olmayaraq 50%-dir
B) Bütün oğlanlar sağlamdır
C) Bütün qızlar xəstə olacaqdır
D) Bütün qızlar sağlamdır
E) Bütün oğlanlar xəstə olacaqdır
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников.»Генетика для врачей» 1990 г.
41) Sağlam ər-arvaddan xondrodistrofiyalı uşaq doğulmuşdur. İkinci uşaqda xondrodistrofiya təhlükəsi nə qədərdir?
A) Cinsiyyətindən asılı olmayaraq 25%
B) Ümumpopulyasiya təhlükəsi
C) Bütün qızlar xəstə olacaqdır
D) Bütün oğlanlar xəstə olacaqdır
E) Cinsiyyətindən asılı olmayaraq 50%
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников.»Генетика для врачей» 1990 г.
Dostları ilə paylaş: |