693) Aşağıdakı xüsusiyyətlərdən hansı irsi mənşəli karlıq üçün xarakter deyil?
A) Əhali arasında daha az yayılması
B) Kliniki polimorfizm
C) Prosesin proqressivləşməsi
D) Genetik heterogenlik
E) Əksər hallarda xəstələrin evlənməsi
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
694) Anadangəlmə və erkən karlıqda irsi mənşəli karlıq təxminən neçə faiz təşkil edir?
A) 10-15 %
B) Təxminən 100 %
C) 25 % - ə qədər
D) 5 %-dən az
E) 50 %-ə qədər
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
695) Aşağıdakılardan hansı multifaktorial anadangəlmə anomaliyalara aiddir?
A) Anadangəlmə budun çıxığı
B) Anensefaliya
C) Sadalananların hamısı
D) Dodaq və damağın yarığı
E) Spina bifida
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
696) Hansı patologiya üçün multifaktorial irsi ötürmə xarakter deyil?
A) Polidaktiliyalar
B) Spina bifida
C) Dodaq və damağın yarığı
D) Pilorostenoz
E) Anensefaliyalar
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
Dostları ilə paylaş: |