700) Daun xəstəliyi üçün xarakter olmayan əlamət hansıdır?
A) Qulaqların deformasiyaları
B) Çanaq böyrəyi
C) Alçaqboy
D) Ürək qüsuru
E) Göz yarıqlarının çəpliyi
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов, П.Б.Гофман-Когдошников «Генетика для врачей» 1990 г.
701) Yenidoğulmuşlar arasında Daun xəstəliyinin tezliyi nə qədərdir?
A) 1: 5000
B) 1: 1500-2000
C) 1: 500
D) 1: 600-1200
E) 1: 2000-3000
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
702) Bunlardan hansında xromosom sindromu olan uşaqların daha çox doğulması ananın yaşı ilə əlaqədar deyil?
A) Şereşevski-Terner
B) Patau
C) Klaynfelter
D) Edvards
E) Daun
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
703) Yenidoğulmuş oğlan uşaqlarında Klaynfelter sindromunun klinik şəklinə aid olan hansıdır?
A) Praktiki normal fenotip
B) Damağın yarığı
C) Limfatik ödem
D) Ginekomastiya
E) Xarici cinsi üzvlərin anomaliyası
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
704) Uşaq aralıq tip genitali ilə doğulubsa genetik cinsin müəyyənləşdirilməsi üçün hansı müayinə aparılmalıdır?
A) Uşağın kariotipinin təyini
B) Ananın kariotipinin təyini
C) Uşaqda cinsi xromatinin tədqiqi
D) Ananın cinsi xromatinin təyini
E) Uşağın sidiyində 17-ketosteroidlərin təyini
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
Dostları ilə paylaş: |