989) Hamiləliyin birinci üçaylığında invaziv prenatal diaqnostikasının hansı üsulu tətbiq oluna bilər?
A) Xorionun biopsiyası
B) Sadalananların heç biri
C) Amniosentez
D) Fetoskopiya
E) Kordosentez
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов,П.Б.Гофман-Когдошников « Генетика для врачей», 1990 г.
990) Xromosom xəstəlikləri və anomaliyalarını aşkar etməyə imkan verən invaziv prenatal diaqnostika üsulu hansıdır?
A) Bütün sadalanan metodlar
B) Kordosentez
C) Xorionun biopsiyası
D) Amniosentez
E) Sadalananların heç biri
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов,П.Б.Гофман-Когдошников « Генетика для врачей», 1990 г.
991) Populyasiya səviyyəsində Daun sindromunun prenatal diaqnostikası zamanı ananın qanında hansı göstəriciləri təyin etmək daha effektiv sayılır?
A) Qeyri-konyuqasiyalı estriolu
B) Sadalananların hamısını
C) Heç birini
D) Alfa-fetoproteini
E) Beta-xorionik qonadotropini
Ədəbiyyat: Е.Т.Лильин, Е.А.Богомазов,П.Б.Гофман-Когдошников « Генетика для врачей», 1990 г.
992) Ananın serum faktorlrına görə prenatal skrininqin aparılması zamanı hamilə qadınlarda aşağıdakı göstəricilər aşkar olunmuşdur: AFP-normadan aşağı, İXQ-normadan çox, QE-normadan aşağı. Belə nəticələrə görə döldə hansı patologiyanı fərz etmək olar?
A) Hamısını
B) Dodaqların və ya damağın haçalanmasını
C) Xromosom xəstəliklərini
D) Sinir borusunun defektini (anensefaliya, spina bifida və s.)
E) Çoxlu anadangəlmə qüsurların inkişafını
Ədəbiyyat: Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Dostları ilə paylaş: |