64) Bunlardan hansı monoziqot əkizlərin aşkar olunmasına səbəbdir?
A) Mitozun pozulması
B) Oovulyasiyanın pozulması
C) Ziqotun iki qata ayrılması
D) Bir neçə yumurta hüceyrənin pozulması
E) Sadalananların hamısı
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников. «Генетика для врачей» 1990 г.
65) Regionların birində qalxanabənzər vəzinin eynitipli xəstəliyi olan xəstələr toplanmışdır. Xəstələrin ailələrdə paylanması irsiyyətin xarakteri haqqında nəticə çıxartmağa imkan vermir. Mono- və diziqot əkizlərin konkordantlığı praktiki olaraq eyni olmuşdur. Bu halda söhbət hansı xəstəliklərdən gedir?
A) Sadalananların hamısından
B) Qeyri-irsi xəstəliklərdən
C) Multifaktorial xəsitəliklərdən
D) Xromosom sindromundan
E) Monogen xəstəliklərdən
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
66) İnfeksion xəstəliklər zamanı əkizlərin konkordantlığını nəzərə almaqla daha cox genetik meyillilik hansında müşahidə olunur?
A) İnfeksion hepatitdə - MƏ: 45,5 % DƏ: 18,2 %
B) Sadalananların hamısında
C) Skarlatinada(qızılazar) - MƏ: 54,6 % DƏ: 47,1 %
D) Sadalananların heç birində
E) Göyöskürəkdə - MƏ: 97,1 % DƏ: 92,0 %
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников. «Генетика для врачей» 1990 г.
67) Şizofreniya zamanı monoziqot əkizlərin konkordantlığı (MƏ) 80%, diziqot əkizlərdə (DƏ) -13% təşkil edir. Bu nə ilə əlaqədardır?
A) Sadalananların hamısı ilə
B) Sadalananların heç biri ilə
C) Genetik faktorlarla
D) Xarici mühit faktorları ilə
E) Müəyyən genetik meyillilik zamanı xarici mühitin faktorları ilə
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
Dostları ilə paylaş: |