837) Bir Barr cismi hansı kariotipli fərdlərdə olur?
A) Sadalananların hamısında
B) 47, XYY
C) 46, XY
D) 48, XXXY
E) 47, XXY ; 48, XXYY
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
838) İki Barr cismi hansı kariotipli fərdlərdə olur?
A) 47, XYY
B) 47, XXX ; 48, XXXY
C) 48, XXYY
D) Sadalananların hamısında
E) 47, XXY
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
839) İnsan genomunun xəritələşdirilməsi anlayışı nədir?
A) İnsanın bütün xromosomlarının tam genetik tərkibini aydınlaşdırmaq
B) Xromosom xəritəsinin incəliklərinə qədər qurulması
C) Sadalananların hamısı
D) Genin nazik strukturunun öyrənilməsi
E) Əlaqəli qrupların təyini
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
840) Somatik hüceyrələrin əkmə üsulu ilə hibridləşməsində nə xəritələşdirilir?
A) Sadalananların heç biri
B) Zülal məhsulları şəklində özünü göstərməyən genlər
C) Fenotipik ekspressiyası biokimyəvi üsullarla müəyyən edilən genlər
D) DNT-nin müxtəlif ardıcıllıqları
E) Sadalananların hamısı
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
841) Molekulyar-sitogenetik hibridləşmə üsulunun diaqnostik mahiyyəti nədən ibarətdir?
A) Genin strukturunun restriksion analizindən
B) Genin strukturunun deffektlərinin biokimyəvi analizindən
C) Ayrı-ayrı biokimyəvi deffektlərin diaqnostikasından
D) Bilavasitə xromosom preparatlarında ayrı-ayrı genlərin xəritələşdirilməsindən
E) DNT-nin ayrı-ayrı hibrid molekullarının klonlaşmasından
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
842) İnsan genomunun molekulyar-genetik müayinəsində DNT zondlarının praktiki istifadəsi nəyi nəzərdə tutur?
A) Xromosom patologiyasının diaqnostikasını
B) Sadalananların heç birini
C) Sadalananların hamısını
D) Prenatal diaqnostika zamanı gələcək dölün cinsinin və xromosom anomaliyasının xarakterini
E) Müxtəlif irsi deffektlərdə mutasiyaların tam molekulyar təsvirini
Ədəbiyyat: Н.Р.Бочков «Клиническая генетика», 1997 г.
Dostları ilə paylaş: |