Flora və faunası
Qobustan ərazisində, xüsusilə onun şimal-qərbində və cənub-qərbində yovşanlı, yovşanlı-şoranlı quru çöl bitkiləri, cənub-şərqində isə şoranotulu xırda kollu (kəngiz) yarımsəhra bitkiləri vardır. Abşeron yarımadasının mərkəz hissəsində efemerli, müxtəlif otlar, sahil zonası boyu isə qum bitkiləri yayılmışdır. Şor göllərin yerində və sahillərində, həmçinin tirəarası çökəkliklərdə şoranlıqlar vardır. Abşeron yarımadası bitkiləri bəzən yarımsavanna xarakterini daşıyır. Qobustanın şərq zonasında dar zolaq şəklində birillik şoran otlu sahələr (Bağaz düzü, Lökbatan-Sanqaçal düzü və s.) vardır.
Qobustan-Abşeronda çöl siçanı, qırmızıquyruq qum siçanı çox geniş yayılmışdır. Keçmişdə sürü ilə olan ceyranlardan indi əsər-əlamət qalmamışdır. Burada qırqovul və kəklik vardır. Bu ərazi əsasən qışlaq kimi istifadə olunur. Burada maldarlıq, suvarma əkinçiliyi, üzümçülük və bağçılıq ilbəil inkişaf edir. Zeytun plantasiyaları yüksək məhsul verir. Badam və püstə sahələridə yetərincə genişdir.
Şəkil5. qırmızıquyruq qum siçanı
Şəkil 6. qırqovul
Şəkil 7. kəklik
Ədəbiyyat:
G.Həsənov, S.B. Məmmədov, Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti «Təhsil» Bakı-2005.
Azərbaycan Respublikasının fiziki coğrafiyası, I cild, Bakı 2016, 529 s.(421-423 s.)
Микаилов А.А., Гарибов Я.А. Некоторые вопросы типизации горных ландшафтов Азербайджанской ССР по устойчивости антропогенных факторов. Изв. АН Азерб. ССР. серия наук о Земле., 1987, №5, с. 44-50.
https://www.wiki.az-az.nina.az/Bak%C4%B1.html
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/24072/az%C9%99rbaycanda-iqlim.html
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/24072/az%C9%99rbaycanda-iqlim.html
https://coqrafiya.blogspot.com/2013/12/azrbaycan-respublikasinin-iqlim.html?m=1
http://www.e-derslik.edu.az/books/238/units/unit-1/page93.xhtml
https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_land%C5%9Faftlar%C4%B1