Gigiyena elmi,məqsədi,vəzifələri və inkişaf tarixi



Yüklə 28,62 Kb.
səhifə3/6
tarix13.12.2022
ölçüsü28,62 Kb.
#74295
1   2   3   4   5   6
referat 6203

Havanın tempuraturu.Atmosfer havası günəşin yer səthini qızdırması nəticəsində qızır.Müəyyən edilmişdir ki,qumlu torpaq günşdən aldıqı istiliyin 37%-ni havanın qızmasına verir.Havanın günlük,aylıq və illik tempuraturunu dəyişməsinə günəş radiasiyasının intensivliyi,ərazinin xüsusiyyətləri,relyefi,dəniz səthindən hündürlüyü,dənizlərə yaxınlıqı,yerin bitki örtüyü və s. təsir göstərir.
Havanın tempuraturunun artması və azalması orqanizmdə fizioloji proseslərin gedişində təsir göstərir.Tempuraturun 25-35 dərəcəyə qədər yüksəlməsi orqanizmdə maddələr mübadiləsinin bir qədər ləngidir,nəfəsalma sürətlənir və səthiləşir,ağciyər ventilyasiyası dəyişir.Yüksək tempuraturun orqanizmə uzun müddət təsiri nəticəsində su və duz mübadiləsi pozulur.Bu cür dəyişikliklər xüsusilə,fiziki işlə məşğul olduqda nəzərə çarpır.
Havanın rütubəti.Havanın rütubətliliyi dənizlərin,okeanların,həmçinin yerin səthindən suyun buxarlanması hesabına əmələ gəlir.
Atmosfer havasında su buxarının miqdarı su hövzələrinə yaxınlıqından,dündürlüyündən,yerin örtüyündən və s. asılı olaraq dəyişir.Su buxarı sıxlaşaraq bəzən qar və yağış şəkilində yerə düşür.Rütubətliyi xarekterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilməlidir:
Mütləq rütubət – hazırk şəraitdə olan su buxarının sıxlıqıdır ki,bu da millimetr civə sütunu ilə öyrənilir.
Maksimal rütubət – hazırk tempuratur şəraitində havanı su buxarı ilə doyuzdurmaq üçün lazım olan su buxarının miqdarına deyilir.
Nisbi rütubət – mütləq rütubətin,maksimal rütubətə faizlə nisbətinə deyilir.
Nisbi rütubət gün ərzində dəyişir,bu hər şeydən əvvəl havanın tempuraturu ilə əlaqədardır.Tempuratur nə qədər yüksək olarsa onu doyuzdurmaq üçün bir o qədər çox su buxarı tələb olunur.
Havanın rütubətliliyindən asılı olaraq orqanizmə tempuraturun təsiri müxtəlif olur.Rütubətlilik az olan şəraitdə insan yüksək tempuraturun təsirinə daha asan dözür.
Havanın hərəkəti. Məlum olduqu kimi hava daim hərəkətdədir.Bu günəş şüualarının yer səthini qeyri-bərabər qızdırması nəticəsində əmlə gəlir.Havanın hərəkətinin xarekterizə etmək üçün onun istiqamətinin və sürətini nəzərə almaq lazımdır.

Yüklə 28,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin