Gigiyena elmi,məqsədi,vəzifələri və inkişaf tarixi



Yüklə 194,14 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix14.01.2022
ölçüsü194,14 Kb.
#51258
  1   2
referat 6203



Gigiyena elmi 

Gigiyena elmi,məqsədi,vəzifələri və inkişaf tarixi 

Gigiyena qədim yunan sözü olub,sağlamlıq gətirən deməkdir.Rəvayətə görə 

Təbabət allahı Eskulapın iki qızı varmış,onlardan biri xəstələri 

sağaldırmış.Higiyena adlı digəri isə sağlamlıqı qoruyurmuş.Həmin qızı əlində 

ilan sarınan badə tutmuş kimi təsvir edirlər.Görünür gigiyena elminin adı həmin 

qızın adı ilə bağlıdır. 

Gigiyena profilaktik təbabətin elmi əsaslarını təşkil edir.Onun əsas məqsədi 

ətraf mühitin müxtəlif amillərinin və istehsalat şəraitinin insan 

orqanizminə,onun iş qabiliyyətinə və ömründün uzadılmasına təsirini 

öyrənməkdir. 

Gigiyenanın vəzifələrindən ən başlıcası insanın əmək və həyat şəraitinin 

sağlamlaşdırılması üçün  profilaktik tədbirlər işləyib hazırlamaqdır. 

Gigiyenanın digər vəzifələrindən aşaıdakıları göstərmək olar: 

-  Ətraf mühitin amillərinin insan orqanizminə və onun sağlamlıqına təsirini 

öyrənmək; 

-  İnsan orqanizminə müsbət təsir göstərən amillərdən iftifadə 

etmək,zərərli təsir göstərən amilləri aradan qaldırmaq üçün elmi 

müddəalar əsasında normativlər,qaydalar və profilaktik tədbirlər işləyib 

hazırlamaq; 

-  Hazırlanmış gigyenik normativləri,tədbirləri və qaydaları həyata 

keçirmək.  

Xəstəliklərin qarşısını almaq hələ qədim zamanlarda meydana çıxmışdır.Belə 

ki,qədim Çin kəlamında deyilirdi: “Təbabət ölümün qabaqını ala bilməz,lakin 

ömrü uzada bilər,dövlətləri və xalqaları öz tövsüyələri ilə möhkəmlədə bilər. 

Məşhur yunan həkimi Hipokrat həkimlərdən tələb edirdi ki,onlar “sağlam 

adamaların qayğısına qalmalıdır ki,xəstələnməsinlər” 

Gigiyena,insan orqanizminin inkişafını daha da təkmilləşdirmək,ömrü 

uzatmaq,qocalmanı mümkün qədər ləngitmək,ölümü uzaqlaşdırmaq kimi bəzi 

məsələlərə xidmət edir. 

İnsanı əhatə edən ətraf mühit daima hərəkət və inkişaf edib dəyişdiyi üçün 

insan orqanizmi arası kəsilmədən dəyişən amillərin təsirinə məruz qalır.Lakin 

xarici mühit amillərinin adi dəyişmələri insanlarda pataloji hal törətmir,çünki 



insan orqanizmi bunlara uyğunlaşır və orqanizmlə mühit arasında dinamik 

tarazlıq yaranır,bu tarazlıq pozulduqda isə xəstəlik baş veriri. 

Orqanizmə təsir edən mühit amillərini bir neçə əsas qrupa bölmək olar: 

-  


Yüklə 194,14 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin