Gigiyena elmi,məqsədi,vəzifələri və inkişaf tarixi



Yüklə 194,14 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix14.01.2022
ölçüsü194,14 Kb.
#51258
1   2
referat 6203

Kimyəvi amillər.Orqanizmlə mühitin kimyəvi tərkibi arasında maddələr 

və enerji mübadiləsi gedir.Bir çox kimyəvi element və birləşmələr 

orqanizmə plastik və enerjetik prosesləri həyata keçirmək üçün lazım 

olur. 

İstehsal və məişət fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadıqı mühitə 



zərərli və zəhərli kimyəvi maddələr düşə bilər.Mühitdə - 

havada,suda,qidada zərərli maddələrin olması orqanizmdə pataloji 

dəyişikliklərə səbəb ola bilər. 

-  Fiziki amillər.Bura havanın fiziki xassələri – 

tempuraturu,rütubəti,hərəkəti,atmosfer təzyiqi,günəş radiasiyası,səs-

küy,radioaktiv şüalanma və s. aiddir.Bunların bəziləri orqanizmin 

yaşaması üçün zəruridir,lakin intensivlik dərəcələrindən asılı olaraq,onlar 

orqanizmə zərərli təsir də göstərə  bilər. 

-  Bioloji amillər. Bunlara patogen (xəstəlik törədən) mikro 

orqanizmlər,viruslar,göbələklər və s. aiddir. 

İnsan orqanizminə nəinki mühitin amilləri,həm də söz,danışıq,insanlar arasında 

münasibət,başqa sözlə,ikinci siqnal sisteminə aid olan bütün qıcılandırıcılar da 

təsir  göstərir.Bunlar  insanda  müxtəlif  emosiyalar  və  ruhi  vəziyyət  – 

fikir,dərd,qorxu  və  s.  əmələ  gətirərək  orqanizmin  normal  vəziyyətinə  və  onun 

sağlamlıqına təsir edir. 

Mühit amillərinin insanın sağlamlıqına təsirini öyrənmək üçün gigiyena elmi 

müxtəlif üsullardan istifadə edir.Bunlardan 

kimyəvi,fiziki,bakterioloji,toksikoloji,kliniki,eksperimental və statistik üsulları 

göstərmək olar. 

Fiziki üsullardan havanın tempuraturunu,təsyiqini,rütubətini,iqlim və 

mikroiqlim şəraitini,radiasiyanı,hərəkətini,suyun 

tempuraturunu,şəffaflıqını,bulanıqlığını,iyini,dadını və s. öyrənmək üçün 

istifadə edilir. 

Kimyəvi üsullardan qida maddələrinin,havanın və suyun kimyəvi tərkib 

hissələrinin,orada olan zəhərli qarışıqları,onların bioloji qiymətini və 

s.öyrənmək üçün istifadə edilir.Bakterioloji üsullardan 

suda,havada,torpaqda,qida maddələrində və s. mikrobların,xüsusilə patogen 



mikrobların varlıqını öyrənmək,həmin maddələrin mikrobla çirklənmə 

dərəcəsini təyin etmək üçün istifadə edilir. 

Toksikoloji,bioloji və heyvanlar üzərində aparılan ekspermental üsullarla 

kimyəvi maddələrin orqanizmə təsiri öyrənilir və onların ətraf mühitdə icazə 

verilən hədd miqdarı təyin edilir. 

Kliniki üsuldan istifadə edilərək mühit amillərinin insan orqanziminə,onun 

sağlamlıqına olan təsirini klinikalarda,xəstəxanalarda kliniki yoxlanmalar və 

dispanser müşahidə aparmaqla öyrənmək olar. 

Sanitar-statistik üsuldan iqtisadi,məişət,təbii və digər amillərin əhalinin 

sağlamlıqına təsirini qiymətləndirmək üçün istifadə edilir.Bu,təbii dəyişmələrin 

– doğum-ölüm hadisələri,təbii artım,xəstələnmə,fiziki inkişaf və s. 

dinamikasının öyrənilməsinə imkan verir. 

Bir sözlə sağlamlıqı qorumaq və yaxşılaşdırmaq haqqında elmdir.Sanitariya isə 

gigiyenanın işləyib hazırladığı elmi müddəaları təcrübədə tərtib edir.Sanitariya 

sahəsində iş təcrübəsinin ümumiləşdirilməsi isə öz növbəsində gigiyena elmini 

zənginləşdirir.O, öz təkliflərini həyata keçirmək üçün texniki elmlərə istinad 

edir. 

Gigiyenanın inkişaf tarixi 



Profilaktik təbabət öz dərin kökləri ilə çox qədim zamanlara sirayət 

edir.İnsanlar yaradıldıqı gündən öz sağlamlqlarını qorumağa 

çalışmışlar.Tədricən özlərinin şəxsi,sonralar ictimaiyyətin sağlamlıqını qorumaq 

haqqında təcrübə toplamışlar.Yer kürəsinin müxtəlif guşələrində aparılan 

qazıntılar göstərmişdir ki,hələ çox qədim zamanlarda insanlar sağlamlığı 

qorumaqın sadə,elementar qaydalarını bilirmişlər.Onlar qidalanmaya,şəxsi 

gigiyenaya,mənzil təminatına və digər məsələlərə ciddi fikir 

verirmişlər.Gigiyenaya ən çox misirlilər,çinlilər,hindlilər və eləcə də Orta Asiya 

ərazisinin sakinləri əhəmiyyət vermişlər.Misirdə,Hindistanda,Çində dini 

kitablardan götürülmüş və lazımi vərdişlərə çevrilmiş müəyyən qaydalar – 

torpaqı çirklənmədən qorumaq,su təchizatı mənbələrini seçmək və 

abadlaşdırmaq,bədəni təmiz saxlamaq,infeksiyanın  yayılmasının qarşısını 

almaq üçün yoluxucu xəstələri ayırmaq,onların işlətdikləri şeyləri 

yandırmaq,meyitləri basdırmaq və s. kimi tədbirlər həyata keçirmişlər. 

Sadə gigiyenik bilikləri ilk dəfə ümumiləşdirən b.e.ə IV əsrdə yaşamış,antik 

təbabətin banilərindən biri Hipokrat olmuşdur.Hava,su və torpaq



 

Yüklə 194,14 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin