GiGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 9,94 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix25.12.2016
ölçüsü9,94 Mb.
#2887
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
Ulduz İBRAHİMOVA

Klinikanın 6 aylıq  hesabatı dinlənilib


16 sentyabr 2016-cı il

http://www.amu.edu.az

5

Sentyabrın 8-də Azərbaycan 

Milli Elmlər Akademiyasının 

(AMEA) Mərkəzi Elmi Kitabxa-

nasında “Azərbaycan multikul-

turalizmi: din və dil siyasətinin 

inkişaf perspektivləri” mövzu-

sunda beynəlxalq konfrans işə 

başlayıb.

Tədbir  AMEA-nın  Nəsimi  adına 

Dilçilik  İnstitutunun,  Azərbaycan 

Respublikasının  Prezidenti  yanın-

da  Bilik  Fondunun,  Dini  Qurum-

larla  İş  üzrə  Dövlət  Komitəsinin  və 

Bakı  Beynəlxalq  Multikulturalizm 

Mərkəzinin birgə təşkilatçılığı ilə baş 

tutub. 

Konfransı  açan  AMEA-nın  vit-

se-prezidenti, 

akademik 

İsa 

Həbibbəyli  hazırda  ölkədə  olduqca 



aktual  xarakter  daşıyan  multikul-

turalizm  dəyərlərinin  Azərbaycan 

modeli  barədə  danışıb.  Prezi-

dent  İlham  Əliyevin  2016-cı  ilin 

Azərbaycanda 

“Multikulturalizm 

ili”  elan  edilməsi  haqqında  imza-

ladığı  Sərəncamın  əhəmiyyətindən 

bəhs edən İ.Həbibbəyli dövlətimizin 

başçısının  təşəbbüsü  ilə  multi-

kulturalizmin  dövlət  siyasətinin 

əsas  istiqamətlərindən  biri nə  çev-

rildiyini  vurğulayıb:  “Azərbaycan 

modeli  üç  prinsipə  əsaslanır: 

tarixi  milli  dəyərlər,  tolerant-

lıq  və  azərbaycançılıq.  Burada 

azərbaycançılıq  prinsipi  xüsusi 

önəm daşıyır”.

Azərbaycan 

Respublikasının 

millətlərarası,  multikulturalizm  və 

dini  məsələlər  üzrə  Dövlət  müşa-

viri,  akademik  Kamal  Abdullayev 

Azərbaycanda  multikulturalizmin 

həyat  tərzi  olduğunu,  ölkəmizdə 

multikultural  dəyərlərin,  tolerantlıq 

ənənələrinin  əsrlərə  söykəndiyini 

qeyd edib.

Azərbaycan  multikulturalizminin 

dünyanın müxtəlif ölkələrində təbliğ 

və  tədris  edildiyini  diqqətə  çatdı-

ran  komitə  sədri  ölkənin  ali  təhsil 

müəssisələrində bu fənnin tədrisinin 

əhəmiyyətini önə çəkib.

Konfransda  Dini  Qurumlarla  İş 

üzrə  Dövlət  Komitəsinin  sədri  Mü-

bariz  Qurbanlı  da  çıxış  edərək  bu 

gün  dünyada  multikulturalizmin 

alternativinin  olmadığın  deyib: 

“Tarixən  tolerant  və  multikultu-

ral dəyərləri üstün tutan, əhalisinin 

96  faizini  müsəlmanlar  təşkil  edən 

Azərbaycanda 

bütün 


dinlərin 

nümayəndələri–müsəlman,  xris tian, 

yəhudilər əsrlərdir sülh və qardaşlıq 

şəraitində yaşayırlar”. 

Tədbirdə  Azərbaycan  Respublika-

sının Prezidenti yanında Bilik Fondu-

nun icraçı direktoru Oqtay Səmədov, 

Dilçilik  İnstitutunun  direktoru, 

AMEA-nın  müxbir  üzvü  Möhsün 

Nağısoylu,  Qafqaz  Müsəlmanları 

İdarəsinin sədr müavini Qəmər Ca-

vadlı,  Rusiya  Dövlət  Pedaqoji  Uni-

versitetinin  professoru  Marianna 

Dvoreçkaya və başqaları mövzunun 

aktuallığını vurğulayaraq, multikul-

turalizm  dəyərlərini  birgə  səylərlə 

təşviq etməyin vacibliyini bildiriblər.

Konfransın  bölmə  iclaslarında 

“Müasir  Azərbaycanda  dövlət-din 

münasibətləri”, “Azərbaycan tatları-

nın dilinin etnoqrafik leksikasına dair 

Azərbaycan dilinin nitq mədəniyyəti 

problemləri”, “Azərbaycan Respubli-

kasında milli azlıqların mədəni irsi-

nin qorunması və inkişafı” və digər 

mövzularda  məruzələr  dinlənilib. 

Azərbaycan  Tibb  Universitetinin  I 

daxili xəstəliklər və reanimatologi-

ya kafedrasının dosenti Nağdəli Za-

manovun “Heydər Əliyevin nitqində 

multikultural dəyərlər” adlı məruzəsi 

də maraqla qarşılanıb.

Konfrans  işini  sentyabrın  9-da 

başa çatdırıb.




Yüklə 9,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin